Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-4330/2025 17.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Həsənli Məhəmməd Vahid oğlu, X3 tərəfindən inzibati xəta haqqında qərardan verilmiş şikayəti və əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyənetdi: X3 xx.xx.2025-ci il tarixdə məhkəməyə şikayət verərək Gəncə Şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin barəsində tərtib etdiyi xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət və ona əlavə olunmuş sənədlər baxılmadan X2 geri qaytarılmalıdır. Belə ki, şikayətdə inzibati xəta haqqında qərar mübahisələndirilsə də, inzibati xəta haqqında protokol və protokol üzrə qəbul edilmiş inzibati xətaya dair qərar şikayətə əlavə edilməmiş, şikayətçi tərəfindən şikayət ərizəsinə onun portaldan əldə edilmiş qərara dair məlumatları əks etdirən çıxarışın şəkli və şəxsiyyət vəsiqəsinin surəti əlavə edilməklə kifayətlənilmişdir. Məhkəmə hesab edir ki, X1 şikayətini icraata götürərək baxmaq hazırda mümkün deyildir. Mübahisələndirilən inzibati xəta haqqında protokol və protokol üzrə qəbul edilmiş inzibati xətaya dair qərarın təqdim edilməməsi onun qanuniliyinin yoxlanmasını mümkünsüz edir. Qərarın mövcud olub-olmamasının, hansı tarixdə, kim tərəfindən tərtib edilməsi və qəbul edilməsinin dəqiq məlum olmaması, qanuniliyinin yoxlanmasının qeyri-mümkünlüyü həmin qərardan şikayəti icraata götürüb baxmağa yol vermir və bunlar şikayət üzrə icraatı rədd edən hallardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcudluğu araşdırılır. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Belə olan halda, məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş materiallar natamam olduğundan və düzgün tərtib edilmədiyindən verilmiş şikayət şikayətçiyə geri qaytarılmalı, ona yenidən şikayət ərizəsini düzgün tərtib edərək, mübahisələndirdiyi protokolun və qərarın təsdiq olunmuş surətlərini şikayətinə əlavə edərək təkrarən məhkəməyə şikayət vermək hüququnun olması izah edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 132 və 135-ci maddələrini rəhbər tutaraq qəraraaldı: X3 tərəfindən inzibati xəta haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. X2 izah edilsin ki, göstərilən nöqsanları aradan qaldırmaqla yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(125)-4330/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-4330/2025
17.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver