Məhkəmə qərarları › İş №3(125)-434/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-434/2025

05.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-434/2025 05.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X2 rəisi X6 xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X12 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X1 Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə şərti olaraq tətbiq edilməklə 1500 (min beş yüz) manat inzibati cərimə olunması barədə xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının rəhbəri olaraq, 14 noyabr 2024-cü il tarixində, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 "b" maddəsinə əsasən, Samir Məhərrəmovla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Bu qərar, əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq qanuni şəkildə qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2 "b" maddəsi, əmək müqaviləsinin müddətinin bitməsi ilə müqaviləyə xitam verilməsini təmin edir. Məhərrəmovla bağlanan əmək müqaviləsinin müddəti 14 noyabr 2024-cü il tarixində başa çatmış və bu əsasla müqaviləyə xitam verilmişdir. Bundan əlavə, əmək müqaviləsinin bitməsindən ən azı bir ay əvvəl Məhərrəmova yazılı və şifahi şəkildə xəbərdarlıq edilmişdir. Bir neçə dəfə bu barədə onunla söhbətlər aparılmış, həmçinin yazılı şəkildə əmək müqaviləsinin bitməsi və xitam veriləcəyinə dair məlumat verilmişdir. Bu, əmək qanunvericiliyinə tam uyğun olaraq həyata keçirilmişdir. X15 Xidmətinin qərarı 21 yanvar 2025-ci il tarixdə rəsmi qaydada ona verilmişdir. X15 Xidmətinin qərarı əsassızdır və hüquqi pozuntular var. X15 Xidmətinin X2 17 yanvar 2025ci il tarixli qərarında qeyd olunur ki, onun tərəfindən 14 noyabr 2024-cü ildə Samir Məhərrəmova verilmiş əmək müqaviləsinin xitamı ilə bağlı hər hansı bir pozuntu baş vermişdir. Lakin bu qərar hüquqa uyğun deyil və onun tərəfindən əmək müqaviləsinin xitamı tam qanuni şəkildə həyata keçirilib. X15 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən aparılan araşdırma və qəbul edilən qərar yalnız bir tərəfi - Məhərrəmovu nəzərə almış və tərəfindən edilən qanuni addımlar nəzərə alınmamışdır. Bu, qərarın birtərəfli və qeyri-obyektiv olmasına səbəb olmuşdur. Şikayətçinin vəzifəsi, əmək qanunvericiliyinə uyğun hərəkət etməkdir, və bu halda da əmək müqaviləsi tamamilə qanunauyğun şəkildə başa çatdırılmışdır. Şərti cərimənin tətbiqinin qanunsuzluğu - X15 Xidmətinin 17 yanvar 2025-ci il tarixli qərarı ilə 1500 manat məbləğində şərti cərimə tətbiq edilmişdir. Bu cərimə əmək qanunvericiliyinə və tətbiq olunan hüquqi normativlərə ziddir. Şərti cərimənin tətbiqi, yalnız hüquqi pozuntu hallarında mümkündür və bu halda hər hansı bir hüquqi pozuntu mövcud deyil. Əmək müqaviləsinin xitamı ilə bağlı heç bir qanun pozuntusu baş verməmişdir. Bu səbəbdən, şərti cərimənin tətbiq edilməsi qanunsuzdur və şikayətçi tərəfindən qəbul edilə bilməz. Cərimənin tətbiqi, yalnız işçinin hüquqlarının pozulması və qanun pozuntusu halında tətbiq edilə bilər ki, bu hal da mövcud deyil. X3 əmək müqaviləsinin xitamı ilə bağlı hər hansı bir qanunsuz hərəkət və ya pozuntu edilməmişdir. Həmçinin, müvafiq qanunvericilik, işçinin haqlı olaraq müqavilə müddətinin bitməsi barədə məlumatlandırılmasını və onun əmək müqaviləsinin sona çatdığını göstərən xəbərdarlıqların verilməsini tələb edir. Bütün bu prosedurlar qanunla tələblərə uyğun olaraq yerinə yetirilmişdir. X15 Xidmətinin X2 qərarında göstərilən arqumentlər və cərimənin tətbiqi, hüquqi çərçivəyə uyğun olaraq müvafiq faktlarla təsdiqlənməmişdir. Bu səbəbdən, 17 yanvar 2025-ci il tarixli qərarın əsassız və qanunsuz olduğu qənaətindədir. Şikayətçi olaraq, bu qərarın ləğv edilməsini və tərəfindən edilən qanuni hərəkətlərin təsdiqlənməsini tələb edir. Odur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X2 xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana və qərardan şikayət vermiş şəxsə lazımı qaydada məlumat verilsə də, səlahiyyətli orqanın nümayəndəsi və qərardan şikayət vermiş şəxs məhkəmə iclasında iştirak etməmişlər, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Qərardan şikayət verən şəxs isə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini bildirmişdir. Bu səbəbdən məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin və qərardan şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-in direktoru X12 İXM-in 192.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə, yəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1-ci maddəsinin tələbinə riayət edilməyərək X4 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmiş və o, şərti tətbiq edilməklə 1500 (min beş yüz) manat inzibati cərimə edilmişdir. İş materiallarında olan “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ tərəfindən X4 ünvanına göndərilmiş zərfin surətindən görünür ki, sözügedən zərf X5 çatdırılmamış, çatdırılmama səbəbi kimi “Bu ünvanda yaşamır” qeydi qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası TƏBİB PHŞ “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-in 14 noyabr 2024-cü il, 18-1-37/3-1-3504/2024 nömrəli əmrindən görünür ki, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-in Təcili və X10 şöbəsinin şöbə müdiri ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2. “b” əmək müqaviləsinin müddətinin qurtarması maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilməsi, işçinin xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 60 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi əmr edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Beləliklə, məhkəmə baxışında müəyyən olunmuşdur ki, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-in direktoru X12 vəzifəli şəxs qismində işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X2 rəisi X13 tərəfindən xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəməyə verilmiş şikayət ərizəsində qəbul edilmiş qərarla bağlı mübahisələndirilmiş məqamlar məhkəmə iclasında öz təsdiqini tapmadı. Belə ki, iş materiallarına əlavə edilmiş sübutlardan aydın şəkildə görünür ki, X9 “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-in direktoru X12 tərəfindən əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmişdir. Lakin qərardan şikayət vermiş şəxs şikayət ərizəsində əmək müqaviləsinin bitməsindən ən azı bir ay əvvəl Məhərrəmova yazılı və şifahi şəkildə xəbərdarlıq edildiyini, bir neçə dəfə bu barədə onunla söhbətlər aparıldığını, həmçinin yazılı şəkildə əmək müqaviləsinin bitməsi və xitam veriləcəyinə dair məlumat verildiyini və hər şeyin əmək qanunvericiliyinə tam uyğun olaraq həyata keçirildiyini qeyd etmişdir. Lakin iş materiallarında olan sənədlərlə şikayət ərizəsində qeyd edilmiş xüsusatlar təkzib olunur. Belə ki, iş materiallarında olan “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ tərəfindən X4 ünvanına göndərilmiş zərfin surətindən görünür ki, sözügedən zərf X5 çatdırılmamış, çatdırılmama səbəbi kimi “Bu ünvanda yaşamır” qeydi qoyulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1-ci maddəsindən aydın şəkildə görünür ki, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Göründüyü kimi qanunvericilikdə tərəflərin müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməsi imperativ norma kimi göstərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-in direktoru X12 tərəfindən Əmək Məcəlləsinin 73.1-ci maddəsinin tələbinə riayət edilmədiyindən İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olmuşdur. Göründüyü kimi hazırki iş üzrə inzibati xəta hadisəsinin törədilməsi inzibati tənbeh vermə haqqında qərarla və iş üçün əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq olunur. Beləliklə, qanunvericiliyin yuxarıda sadalanan maddələrinə və işin faktiki hallarına əsaslanaraq məhkəmə verilmiş şikayət üzrə bütün sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, X7 şikayəti əsassız olduğundan təmin olunmamalı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X2 X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6cı maddəsi ilə təqsirli bilinib, şərti olararaq tətbiq edilməklə 1500 (min beş yüz) manat məbləğində inzibati qaydada cərimə olunması barədə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X2 rəisi X6 xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar