Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4349/2024 11.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin İTB-in polis sahə rəisi, polis leytenantı X1, zərərçəkmiş şəxs X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1999-cu ildə Gəncə şəhərində doğulmuş, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2n Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda və ona əlavə edilmiş sənədlərdə qeyd edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanında yaşayan X3 döymüşdür. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X4 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanında yaşayan X3 döymüşdür. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlaməti olduğundan barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, o, X3 tanıyır. Əvəzlə əvvəllər sevgili olmuşlar, lakin sonradan ayrılmışlar, ayrılandan sonra Bakı şəhərinə getmiş, avqust ayında isə Türkiyə Respublikasına getmişdir. xx.xx.2024-cti il tarixdə Gəncə şəhərinə gəlmiş, gəldikdən sonra Əvəz ondan əl çəkməmiş, onu narahat etmişdir. xx.xx.2024-cü il tarixdə saat 05 radələrində "Karizma" restoranından çıxıb evə getmək istəyən zaman Əvəz onun olduğu taksiyə əyləşmiş, onu öz evinə dəvət etmiş, o da Əvəzin təkidi ilə getmiş, xx.xx.2024-cii il tarixdə Əvəzin yaşadığı evdə aralarında mübahisə baş vermiş, mübahisə zamanı Əvəz onun bədəninin müxtəlif nahiyyələrindən vuraraq onu döyümüşdiir. O Əvəzin barəsində polisə şikayət etmək istəsə də Əvəz onun mobil telefonunu verməmişdir. Əvəz yatdıqdan sonra o, evdən çıxıb getmişdir. Polis Şöbəsində olarkən polis əməkdaşları onun İphone 15 Pro Max markalı və İphone 6+ markalı mobil telefonunu alıb ona qaytarmışlar. O, həmin vaxt X3 vurmamış, ona qarşı hər hansı fiziki zor tətbiq etməmişdir. Buna görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 bildirdi ki, hazırda tələbədir. Şəxs onun keçmiş sevgilisidir. xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Günayla onun Orxan adlı ortaq dostları ona zəng etmiş və Günaygillə Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən “Karizma" restoranında yeyib-içdiklərini deyib onu da oraya qonaq çağırmış, o da həmin vaxt onların olduğu yerə getmiş və birlikdə yeyib içmişlər. Həmin vaxt Günay spirtli içki qəbul etsə də, lakin o, özü spirtli içki içməmiş, sonra oradan çıxıb getmişdir. Təxminən 1 saat sonra Günay Orxanın telefonu ilə ona zəng etmiş, onu Gəncə şəhəri ərazisində yerləşən Xan Bağı adlanan parkın qarısına çağırmış, o da həmin yerə getmiş, Orxan və Günay ilə birlikdə taksi ilə onun yaşadığı evə gəlmişlər. Onlar evə gəldikdən sonra Orxan çıxıb getmiş, Günayla birlikdə evdə qalmışdır. Günay isə Orxan getdikdən sonra ikisi evdə olarkən onunla mübahisə etmiş, guya “Lola" adlı qızla əlaqəsi olduğunu demiş, sonra isə Günay mətbəxdə olan şüşə stəkanı sındırmış və onun üstünə gəlmişdir. Günayın əlindəki şüşəni alan zaman Günay öz əlini kəsmiş, sonra Günay onun sifətindən zərblə bir neçə dəfə sillə ilə vurmuş və sinəsindən də yumruqlamışdır. Bundan sonra o öz otağında Günay isə digər otaqda qalmış, bir neçə saat sonra oyanarkən Günayın polis əməkdaşlarını evə çağırdığını və ondan şikayət etdiyini bilmişdir. O, Günayın dediklərinin yalan olmasını, Günayı döymədiyini, əksinə olaraq Günayın onu döyməsini, həmin vaxt aralarında sözlə mübahisə olmuş, mübahisə zamanı Günay onu bir neçə dəfə zərblə vurmuş, aralarında mübahisə olan zaman və Günay onu vurub döyərkən evdə Günaydan və onun özündən başqa heç kim olmamışdır. Hazırda o, Günaydan şikayətçidir və onun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 10 dekabr 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan müəyyən olunaraq barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surətinin Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsinin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs X3 döyməsi faktını təsdiq edən heç bir mötəbər sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs X3 döyməsi halları öz əksini tapmamışdır. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Repubilkasının İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXMin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: 11 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-4349/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4349/2024
11.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver