Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-435/2022 23.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-in polis sahə rəisi, polis baş leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs (Qənirə) Ruslan qızının və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Gəncə şəhərində doğulmuş, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanda yaşayan Şəxs (Qənirə) Ruslan qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri X7 tərəfindən Şəxs əməlində Zərərçəkmiş şəxs döydüyü üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan Şəxs (Qənirə) Ruslan qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati icraatın başlanılmasına və qərarın baxılması üçün Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinə göndərilməsinə qərar vermişdir. Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin polis sahə rəisi, polis baş leytenantı X5 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2022-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs döymüşdür. Bununla o, İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-in polis sahə rəisi, polis baş leytenantı X1 Fidan Ruslan qızının əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlaməti olduğundan barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində qonşuluqda yaşayan Zərərçəkmiş şəxs avtomobilini onun yaşadığı mənzilin pəncərəsinin qarşısında saxladığı üçün ona yaxınlaşıb demişdir ki, burda saxlamasın. O da cavabında “sən kimsən get işinlə məşğul ol, get güvəndiyini çağır” demişdir. Bundan sonra o, yenidən Niyaməddinə avtomobilini orda saxlamamasını bildirsə də, qarşılığında Niyaməddin onu təhqir etməyə başlamış və o da Niyaməddini təhqir edən zaman onun üstünə gələrək, onun saçından tutmuş və başına vurduğu zaman o da Niyaməddinə əl ataraq vurmuşdur. Aralarında olan dava təxminən 5-10 dəqiqə davam etmiş, onun hər iki bilək nahiyəsində, sol qolunda, sinə nahiyəsində xəsarəti olmuşdur. Bundan sonra isə o, 102 xidmətinə müraciət etmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Qənirə İbrahimova onun qonşusudur, ona qarşı heç bir düşmənçiliyi və ədavəti olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində ona məxsus zirzəminin qapısının qarşısında öz avtomobilini saxlamışdır, lakin həmin vaxtı Şəxs evinin pəncərəsini açaraq ona nalayiq ifadələr işlədərək, avtomobilini saxladığı yerdən götürməyini tələb etmişdir. Həmin vaxtı o, Şəxs zirzəmidən əşya götürdüyünü, təxminən 5 dəqiqə sonra avtomobilini oradan götürəcəyini demiş, lakin o, yenidən onu nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. O da qarşılığında Fidanı təhqir etmiş, həmin vaxtı Şəxs evdən çıxaraq onun üzərinə gəlmiş və əli ilə ona cırmaq atmağa başlamışdır. Həmin vaxtı yanlarında anası X4 olmuş, aralarında olan dava təxminən 5-10 dəqiqə davam etmişdir. Onun boynunun sol nahiyəsində xəsarəti olmuşdur. X6 inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş “İnzibati xətaya dair icraat başlamaq haqqında” 30 may 2022-ci il tarixli qərardan görünür ki, Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri Azad Qarayev tərəfindən Şəxs (Qənirə) Ruslan qızının barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati araşdırma aparılmış və qərar baxılması üçün aidiyyəti üzrə Gəncə şəhər BPİnin 1-ci Polis Şöbəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi-ekspertizasının xx.xx.2022-ci il tarixli 547 saylı rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət - boyun nahiyyəsinin sıyrığı-bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin izahatı, özünün qismən etirafedici izahatı və iş materiallarındakı sübutlarla tam təsdiq edilir. Məhkəmə hesab edir ki, Şəxs hərəkəti düzgün olaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Azərbaycan Repubilkası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Bu maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün döymə və sair zorakı hərəkətlərin edilməsi nəticəsində şəxsə fiziki ağrı yetirilməsi kifayət edir. Şəxs zərərçəkmiş şəxslə mübahisə edib əlbəyaxa olduğunu, ona əl-qol atdığını etiraf etmişdir. Buna görə də Şəxs zərərçəkmiş şəxsi döyərək ona xəsarət yetirməsi, beləliklə də İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Buna görə də Şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, inzibati xətanın xarakterini, törədilməsi hallarını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi və onun tərəfindən yeni inzibati xətaların törədilməsinin qarşısının alınması məqsədləri üçün inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi kifayət edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 43, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-435/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-435/2022
23.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver