Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-4352/2024 13.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Gəncə Şəhər Məhkəməsinin hakimi Xanməmmədova Liza Əliəşrəf qızı, X4 xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayəti məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X4 onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1ci maddəsinə əsasən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından Gəncə Şəhər Məhkəməsinə şikayət edərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati işin baxılmağa hazırlanması zamanı şikayətin aidiyyəti üzrə düzgün verilmədiyi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmçinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İş materiallarından görünür ki, xətanın törədildiyi yer “Samux rayon Aznixi yolu” qeyd edilmişdir. Odur ki, hadisə Samux rayonunun ərazisində törədildiyindən işə baxılması üçün Samux rayon Məhkəməsinə müraciət edilməlidir. Beləliklə qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, şikayətçi X4 şikayəti aidiyyəti üzrə düzgün vermədiyi üçün şikayət geri qaytarılmalı və ona xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan inzibati xətanın törədildiyi yer üzrə məhkəməyə şikayət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43, 110.1 və 129-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət ərizəsi geri qaytarılsın. X1 xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan inzibati xətanın törədildiyi yer üzrə məhkəməyə şikayət etmək hüququ izah edilsin. Hakim: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-4352/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-4352/2024
13.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver