Məhkəmə qərarları › İş №3(125)-436/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-436/2023

09.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-436/2023 09.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, X1 və Azərbaycan Respublikası Qida X2-Daşkəsən regional bölməsinin Bitki sağlamlığı və fitosanitar nəzarət sektorunun böyük məsləhətçisi X3 iştirakı ilə, X4 Azərbaycan Respublikası Qida X2 regional bölməsinin 27 dekabr 2022-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 Azərbaycan Respublikası Qida X2 regional bölməsinin 27 dekabr 2022-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X6 Azərbaycan Respublikası Qida X2 regional bölməsinin 27 dekabr 2022-ci il tarixli MN № ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində cərimə edilmişdir. X6 hesab edir ki, qeyd edilən qərar əsassız və qərəzlidir. Belə ki, o, eyni məhsulların satışına görə eyni tarixli MN ******* nömrəli Qərarla artıq 500 manat cərimələnmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 şikayət ərizəsi ilə eyni məzmunlu izahat verərək, cəriməni ödəməyə maddi imkanı olmadığından və verilmiş qərardan yeni xəbər tutduğundan məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Qida X2-Daşkəsən regional bölməsinin Bitki sağlamlığı və fitosanitar nəzarət sektorunun böyük məsləhətçisi X5 bildirdi ki, şikayətçi barəsində iki inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Onlardan biri onun təmsil etdiyi Agentlik tərəfindən bilavasitə, digəri isə Gəncə Şəhər Prokurorluğunun topladığı material əsasında tərtib edilmişdir. 27 dekabr 2022-ci il tarixli MN ******* saylı X9 Məcəlləsinin 288.0.5-ci maddəsi əsasında, 27 dekabr 2022-ci il tarixli MN ******* saylı Qərar isə İnzibati Xətalar Məcəlləsinin 288.0.5-ci maddəsi əsasında tərtib edilmişdir. Qərarların qəbul edilməsinə əsas olmuş inzibati xəta əməlləri də müxtəlifdir. Bu baxımdan, şikayət vermiş şəxsin göstərdiyi faktları Qərarın ləğvi üçün əsas hesab etmir. Şikayətin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarı, nəzərdən keçirib, X4 izahatını dinləyib, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında elan edilmiş X4 barəsində tərtib edilmiş 27 dekabr 2022-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 288.0.5-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iclasında elan edilmiş X4 barəsində tərtib edilmiş 27 dekabr 2022-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, X4 şikayətində inzibati tənbeh vermə haqqında qərarla əlaqədar bildirdikləri və şikayətdə göstərdikləri onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar kimi inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri və digər hallar müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin olması, inzibati xətanı törətmiş şəxs və həmin xətanı törətməkdə X4 təqsiri təsdiq olunur. Beləliklə, X4 barəsində tərtib edilmiş 27 dekabr 2022-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ya ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, eyni zamanda şikayətçi tərəfindən belə halların mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Buna görə də, X4 barəsində Azərbaycan Respublikası Qida X2-Daşkəsən regional bölməsinin 27 dekabr 2022-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair ərizəsi (şikayəti) əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 75, 76, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Qida X2 regional bölməsinin tərtib etdiyi 27 dekabr 2022-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Qida X2 regional bölməsinin tərtib etdiyi 27 dekabr 2022-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar