Məhkəmə qərarları › İş №3(125)-4364/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4364/2024

25.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4364/2024 25.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X7 İdarəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 552-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X7 İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 552-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokoldan müəyyən olunur ki, Gəncə şəhəri “Şəmkir Avtovağzalı”-nın ərazisində saat 12:45 radələrində aparılan yoxlama zamanı **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı “Qazel” markalı nəqliyyat vasitəsinin sürücüsü Şəxs qanunvericilikdə müəyyən olunmuş tələb olunan “Fərqlənmə” nişanını təqdim etməmişdir. Nəticədə Azərbaycan Respublikası İXMnin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında AYNA-nın nümayəndəsi X5 protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs “Fərqlənmə” nişanı olmadan fəaliyyət göstərdiyi aşkar olunmuş və barəsində protokol tərtib olunmuşdur. O, sonda ikinci avtomobilə aydınlıq gətirərək bildirmişdir ki, digər avtomobilə fərqlənmə nişanı var, lakin həmin avtomobil nasaz olduğundan **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə fəaliyyət göstərirlər. Həmin vaxt əməkdaşlar tərəfindən aşkar edildikdə ona avtomobilin Tovuz regional tərəfindən fərqlənmə nişanı ilə təmin olunmalı olduğundan Tovuz regionala yaxınlaşmalı və rezerv olunması ilə bağlı sənəd almaqlarını və ya fərqlənmə nişanı ilə təmin olunmalarını izah etmişlər. Halbuki, **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərində trafaret var, xəttdə olmuş, lakin sənədləri olmamışdır. Məhkəmə iclasında Şəxs çıxışında onların sənədi olan avtomobillərə də cərimə yazıldığını qeyd edərək barəsində tərtib edilmiş protokolla razı olmadığını bildirmişdir. O, istifadəsində başqa bir avtomobilinin olduğunu, avtomobil nasaz olduqda şənbə və bazar günləri ikinci avtomobil ilə xəttə çıxdığını bildirmişdir. O, barəsində tərtib edilmiş protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İXM-in 76-cı maddəsinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan: - Azərbaycan Yerüstü Nəqliyyat X7 İdarəsinin mütəxəssisi X9 və kiçik inspektoru X6 xx.xx.2024-cü il tarixdə tərtib etdikləri aktdan müəyyən olunur ki, Gəncə şəhərində aparılan yoxlama zamanı **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı “Qazel” markalı avtonəqliyyat vasitəsini idarə edən Şəxs qeyri-qanuni sərnişin daşıma fəaliyyəti yerinə yetirməsi aşkar edilmiş və qanunvericiliklə müəyyən olunmuş tələb olunmuş sənədləri təqdim etməmişdir. X4 Məcəlləsinin 552-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilmiş Şəxs idarə etdiyi “Qazel” markalı, **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli, 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanının tətbiq edilməsi” Qaydalarının tələblərinə əsasən X3 Xidmətiin “X8” müraciət edərək “Fərqlənmə nişanı” almalı olduğu halda heç bir müraciət etməmiş və avtonəqliyyat vasitəsinə “Fərqlənmə nişanı” almamaqla vergidən yayınmışdır. Qaydaların 1.3-cü maddəsinə əsasən “Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinə Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən verilir. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı üçün Azərbaycan Respublikası Nəqliyyat Nazirliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almalıdırlar. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetirilmiş və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-in 552-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olunması, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsi inzibati məsuliyyətə cəlb etmək üçün əsas yaradır. Həmin Məcəllənin: - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. - 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 552-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 50 (əlli) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar