Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-439/2023 03.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Göranboy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Goranboy rayonu, Dəliməmmədli kəndi Tofiq Əkbəri küçəsi ev 9-da qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsində tərtib olunmuş material baxılması üçün xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin polis sahə rəisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 00-40 radələrində Gəncə şəhəri, Köhnə Yevlax avtovağzalında DYP əməkdaşlarının qanunu tələbinə tabe olmayıb ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X2 izahatında göstərdi ki, Ürfan Musayev və Asiman Qurbanov raportla müraciət edərək Şəxs barəsində qanuna müavafiq tədbir görülməsini xahiş etmişlər. Onların müraciət və işin halları əsasında müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 00-40 radələrində Gəncə şəhəri, Köhnə Yevlax avtovağzalında DYP əməkdaşlarının qanunu tələbinə tabe olmayıb ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdi. Ona görə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, yol polis əməkdaşları tərəfindən maşını saxlandıqda o maşının saxlamışdır. YPX əməkdaşları maşının konstruksiyasında dəyişiklik olduğunu bildirmişlər. O isə maşının yenicə bölmədən çıxartdığını və heç bir dəyişiklik olmadığını bildirmişlər. YPX əməkdaşları ona maşının duracağa gedəcəyini bildirmişlər. O isə maşında ailəsi olduğunu, ailəsini düşürüb gələcəyini bildirmiş, bu zaman mübahisə baş vermişdir. Etdiyi əməldən pemandır. Himayəsində əlil atası və anası var. Özünü Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilir. Lakin 510-cu maddəsi ilə özünü təqsirli bilmir. Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BP-İnin ƏYPX-bölüyünün baş inspektoru X3 izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə idarə etdiyi VAZ 2107 markalı **-VE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarakən tərəflərindən saxlanılmışdır.Ekipaj yoldaşı İ.Xudiyev sürücüyə yaxınlaşıb özünü təqdim edib və qayda pozuntusunu ona izah etdişMaşına baxış keçirildi. Maşında konstruksiya dəyişikliyi olduğunu sürücüyə bildirmişlər. Şəxs narazı olduğunu bildirərək polisin qanuni tələbinə tabe olmadı. Verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə zamanı onlardan başqa orda heç kim olmamışdır. Gecə vaxtı olduğuna görə mübahisəni görən və eşidən başqa heç kim omamışdır. İş materiallarında Gəncə şəhər BP-İnin ƏYPX-bölüyünün baş inspektoru X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə idarə etdiyi VAZ 2107 markalı **-VE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarakən tərəflərindən saxlanılmışdır.Ekipaj yoldaşı İ.Xudiyev sürücüyə yaxınlaşıb özünü təqdim edib və qayda pozuntusunu ona izah etdişMaşına baxış keçirildi. Maşında konstruksiya dəyişikliyi olduğunu sürücüyə bildirmişlər. Şəxs narazı olduğunu bildirərək polisin qanuni tələbinə tabe olmadı, ictimai yerdə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Həmçinin Şəxs özünü qeyri-səmimi apararaq özünə məxsusu mobil telefonla çəkiliş apararaq hüquqlarının pozulmasını iddia edərək DİN-nin 102 mərkəzi xidmətinə zəng etmişdir.Ona görə də Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş edir. İş materiallarında Gəncə şəhər BP-İnin PPXT-bölüyünün polis nəfəri polis kiçik serjantı Asiman Qurbanovda eyni məzmunlu raport verərək bildirmişdir ki, Şəxs. öz qanunsuz əməllərinə davam edərək polisin qanuni tələblərinə davam etmişdir. Daha sonra o PPX maşınına əyləşdirilmiş və Gəncə şəhər BPİ-nin 4-ci PB-nə gətirilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs xx.xx.2023cü il tarixdə tutulmuş həmin gün saat 16:20-də azad edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq edən mötəbər sübutlar yoxdur. Belə ki, protokol Şəxs xırda xuliqanlıq etməsi və polisin qanuni tələbinə qəsdən tabe olmadığı üçün tərtib edilsə də, həmin vaxt Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmadığı özünün ifadəsi və digər sübutlarla ilə təsdiq olunmuş, lakin sonuncunun ictimai qaydanı pozan hərəkətlər etməsi hər hansı sübutla (kamera görüntüləri, şahid ifadələri) təsdiq edilmir. Şahid ifadə verən zaman verilən suallara cavabında hadisə baş verən zaman gecə vaxtı olduğunu, eyni zamanda ətrafda heç kimin olmadığını bildirmişlər. Şəxs həqiqətən də ictimai qaydanı pozması öz təsdiqini tapmadığından onun hərəkətlərində İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bununla belə Şəxs hərəkətlərində İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və ona İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (yüz əlli) manat miqdarında cərimə tənbehi tətbiq edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-439/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-439/2023
03.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver