Məhkəmə qərarları › İş №3(125)-44/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-44/2023

13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-44/2023 13.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs borclu "xxxx" MMC-nin direktoru Şəxs iştirakları ilə, xx.xx.1962-ci ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-93/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 45.210 manat pul vəsaiti və 15 manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxsASC ödənilməlidir. İcra sənədi müvafiq olaraq xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində borclu "xxxx" MMC-nin adına elektron icra portalından və aidiyyatı orqanlara edilmiş sorğular nəticəsində borclunun adına hər hansı əmlak və ya tələbin yönəldilə biləcəyi gəlir müəyyən edilməmişdir. Borclu "xxxx" MMC-nin rəhbəri Şəxs bildiriş və xx.xx.2021-ci il tarixdə xəbərdarlıq göndərilmişdir. Bundan sonra borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə gətirilmiş və borcunu ödəməsi tələb olunmuşdur. Lakin o, borclu pulu olmadığını əsas gətirərək, borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmışdır. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə ünvan 2 ünvanı Gəncə şəhəri, Təbriz küçəsi 13/50 olan borclu "xxxx" MMC-nın rəhbəri xx.xx.1962cİ il təvəllüdlü borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bununla borclu "xxxx" MMC-nin direktoru Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, borclu "xxxx" MMC-nin rəhbəri Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə, icra sənədini könüllü icra etməsi üçün vaxt verilməsinə baxmayaraq icra sənədini icra etməmişdir. O, hazırda borcundan tələbkara heç bir ödəniş edə bilmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin direktoru Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən cavabdeh "xxxx" MMC-dən 45210 manat alınaraq Zərərçəkmiş şəxs ASC-yə ödənilməsi qərara alınmışdır. Həmin cərimə əsassız yerə yazılmış, qeyd edilən ASC-yə "xxxx" MMC-nin borcu yoxdur. Həmçinin direktoru olduğu "xxxx" MMC-nin barəsində olan icra sənədindən xəbərdardır, bu barədə icra məmuru onu xəbərdar etmişdir. Qeyd edilənlərin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, borclu "xxxx" MMC-nin direktoru Şəxs direktoru olduğu MMC-nin borcundan bu günə qədər heç bir ödəniş etməmişdir. Borclu borcunu qərəzli olaraq ödəmir. Ona görə də hazırda borcun tam şəkildə ödənilməsini, əks halda isə onun barəsində ciddi tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-93/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh "xxxx" MMC-dən 40610 manat əsas borc, 4600 manat cərimə, cəmi 45210 (qırx beş min iki yüz on) manat məbləğində pul vəsaiti və iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun 15 (on beş) manatı tutularaq iddiaçı Zərərçəkmiş şəxs ASC-yə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin və icraata başlamaq haqqında qərarın surətindən görünür ki, borclu "xxxx" MMCyə Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-93/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. İş materiallarında olan müvafiq idarə və təşkilatlara edilmiş sorğulardan görünür ki, borclunun heç bir əmanəti, əmlakı və gəlirləri müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş xəbərdarlıqdan görünür ki, "xxxx" MMC-yə icra sənədini icra etməsi üçün möhlət verilmiş və ona inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş 13 oktyabr 2001-ci il tarixli, 01 nömrəli əmrin surətindən görünür ki, Gəncə şəhəri Ədliyyə Nazirliyinin bölgə şöbəsi tərəfindən 13 oktyabr tarixli 3/524 nömrəli şəhadətnaməsi əsasında 13 oktyabr 2001-ci il tarixindən ünvan 4 ünvanda "xxxx" MMC-nin fəaliyyətə başlaması, təsisçi şəhadətnamə əsasında Şəxs olması, təsisçi olduğu üçun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru - Şəxs təyin edilməsi, cəmiyyətin sex rəisi, texnoloq, anbardar, kassir, mühasib, mexanik, ocaqçı, fəhlə işlərini yerinə yetirmək üçün işçilər əmrlə işə götürülməsi əmr edilmiş və "xxxx" MMC-nin konserv məhsulları istehsalı ilə məşğul olacağı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər Departamentindən verilmiş xx.xx.2015-ci il tarixli, **********284200 nömrəli Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Təbriz küçəsi, bina 13, mənzil 50 ünvanında yerləşən, qeydiyyata alındığı tarix xx.xx.2001ci il, əvvəllki dövlət qeydiyyat nömrəsi 3/524, dövlət qeydiyyat nömrəsi (VÖEN) ********** olan "xxxx" MMC-nin qanuni təmsilçisi Şəxsdur. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeyd hissəsində göstərilir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs borclu "xxxx" MMCnin direktoru Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, borclu "xxxx" MMC-nin direktoru Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-93/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindəki tələbi üzürsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş və məhkəmə qətnaməsinin qəbul edildiyi vaxtdan uzun müddət keçməsinə baxmayaraq qanuni qüvvəyə minmiş qətnamənin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə etinasız yanaşmışdır. Borclu "xxxx" MMC-nin direktoru Şəxs icra məmurunun qanuni tələblərinə riayət etməməsinə dair gətirdiyi dəlillər üzrlü hesab edilə bilməz. Şəxs direktoru olduğu "xxxx" MMC-nin borcunu icra sənədi ilə müəyyən edilmiş qaydada ödənilməsinə göstəriş verməyərək icra sənədinin icrasından yayınmış və tələbkarla borcun ödənilməsi ilə bağlı aralarında heç bir razılıq əldə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs borclu "xxxx" MMC-nin direktoru Şəxs hərəkətləri Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətanın törədilməsi səbəblərini və törədilmiş inzibati xətaya münasibətini nəzərə alaraq hesab edir ki, borclu "xxxx" MMC-nin direktoru Şəxs vəzifəli şəxs kimi törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 17, 40, 43, 48-51, 114, 115 və 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Borclu "xxxx" MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar