Məhkəmə qərarları › İş №3(125)-4416/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4416/2025

27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4416/2025 27.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan “X1” X2 Gəncə Regional İdarəsinin nümayəndəsi, aparıcı mütəxəssis Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci il tarixdə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, "xxxx" MMC-də sürücü vəzifəsində işləyən, ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində “Azərbaycan X1” X2 Gəncə Regional İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan “X1” X2 Gəncə Regional İdarəsindən Şəxs barəsində tərtib edilmiş 05 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə əsasən **-GP-*** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı sərnişin mikroavtobusunun sürücüsü Şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə saat 16:15-də Gəncə-Şəmkir avtovağzalında aparılan yoxlama zamanı tələb olunan “Fərqlənmə nişanı”nı təqdim etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan “X1” X2 Gəncə Regional İdarəsinin nümayəndəsi, aparıcı mütəxəssis Nümayəndə protokolun məzmununa uyğun çıxış edərək, əlavə etdi ki, protokolda qeyd olunan inzibati xəta həqiqətən Şəxs tərəfindən törədilmişdir. Həmçinin Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunduqdan, yəni xx.xx.2025-ci il tarixdən sonra xx.xx.2025-ci il tarixdə “fərqlənmə nişanını” almışdır. Alınmalı olan “fərqlənmə nişanı”nın müddəti oktyabr ayının 26-da bitib. Odur ki, qeyd edilənlərə görə onun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, sentyabr ayının axırından etibarən "xxxx" MMC-də sürücü vəzifəsində işləyir. **-GP-*** dövlət qeydiyyat nömrə nişanlı “Mercedes” markalı avtonəqliyyat vasitəsi ona məxsusdur. "xxxx" MMC-də işlədiyi üçün işdən sonra boş vaxtlarında həmin avtonəqliyyat vasitəsi ilə sərnişindaşıma ilə məşğul olur. Protokol tərtib edilən vaxt orada olmuş və “fərqlənmə nişanı” olmamışdır. Məhz özü inzibati xəta haqqında protokol tərtib edən orqanın əməkdaşlarına “fərqlənmə nişanı”nı almaq üçün 10 gün müddəti ötürdüyünü, bunun problem olub-olmadığını soruşmuşdur. Hazırda “Fərqlənmə nişanı” mövcuddur. Maddi imkanı zəif olduğuna görə 130 manat dövlət rüsumu dəyərində olan “fərqlənmə nişanını” biraz gec, yəni protokol tərtib olunduqdan sonra almışdır. Odur ki, hazırda “fərqlənmə nişanı” mövcud olduğundan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, iş materiallarında olan sənədlərə və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, Şəxs barəsində İXM-in 552-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. İş materiallarında olan və məhkəmə baxış iclasında tədqiq edilmiş: -xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Gəncə şəhəri “Şəmkir avtovağzalı” ərazisində aparılan yoxlama zamanı **-GP-*** dövlət qeydiyyat nömrə nişanlı “Mercedes” markalı avtonəqliyyat vasitəsini idarə edən Şəxs qeyri-qanuni sərnişindaşıma fəaliyyəti yerinə yetirməsi aşkar edilmiş, bu zaman əməkdaşların xidməti vəzifəsini yerinə yetirməyə maneə olaraq və qanunvericilikdə müəyyən olunmuş tələb olunan sənədləri – “Fərqlənmə nişanı”nı təqdim etməmişdir. -İş materiallarına **-GP-*** dövlət qeydiyyat nömrə nişanlı “Mercedes” markalı avtonəqliyyat vasitəsinin reysdə olan zaman çəkilmiş bir ədəd fotoşəkli əlavə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli 40 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi “fərqlənmə nişanı””nın tətbiq edilməsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinə “Fərqlənmə nişanı” və “Xüsusi “fərqlənmə nişanı””, habelə yük daşımalarını həyata keçirən vergi ödəyicilərinə “Xüsusi “fərqlənmə nişanı”” Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan X1 (bundan sonra – Agentlik) tərəfindən verilir. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Agentlikdən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə əlli manat məbləğində cərimə edilir. Şəxs təqsiri özünün etirafedici ifadəsi, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, Şəxs idarə etdiyi “Mercedes” markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə sərnişin daşınması fəaliyyəti ilə məşğul olarkən xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri “Şəmkir avtovağzalı” ərazisində aparılan yoxlama zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada tələb olunan “Fərqlənmə nişanı”nı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində “Azərbaycan X1” X2 Gəncə Regional İdarəsinin əməkdaşlarına təqdim etməmişdir. Beləliklə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici ifadəsi, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə təqsirli bilinməli və ona İXM-in 552-ci maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 50 (əlli) manat cərimə tənbehi tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar