Məhkəmə qərarları › İş №3(125)-4419/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4419/2025

11.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4419/2025 11.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, X1 iştirakı ilə, X7 tərəfindən Gəncə Şəhər Dövlət X16 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X7 şikayətlə məhkəməyə müraciət edərək, Gəncə Şəhər Dövlət X13 xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini qərar qəbul edilməsini xahiş etmişdir. X7 şikayətini onunla əsaslandırmışdır ki, protokolda qeyd olunduğu kimi yol nişanının tələblərini pozmamışdır, yerdə düz və sola işarətləri olsa da, inspektor yenə də cərimə yazmışdır. Həmin ərazidə yerin şəklini çəkmişdir, həmin şəkilləri təqdim edə bilər. X3 ərizə ilə müraciət edərək məhkəməyə vermiş olduğu şikayət ərizəsində İXP ******* nömrəli qərardan narazı olduğunu bildirmiş, verilən qərarın araşdırılmasını və təqsiri sübut olunmadığı halda qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X4 şəhəri X15 prospekti ilə hərəkətdə olarkən düzünə və sol hərəkət nişanları olan yolda işıqforun qırmızı işığında gözləyib yaşıl işığında düzünə hərəkət etmişdir. Yol patrul xidməti əməkdaşı arxasınca gələrək saxla əmri vermiş, polisin saxla əmrinə tabe olaraq avtomobilini saxlamışdır. Yol patrul xidməti əməkdaşının ilk sözü niyə əl-qolunu hərəkət etdirə-etdirə danışmasını bildirmiş, o isə cavabında maşında ailəsinin olduğunu, əl-qol hərəkətini ona qarşı etmədiyini deyərək saxlamasının səbəbini soruşmuşdur. Yol patrul xidməti əməkdaşı ona həmin işıqfordan düz keçməyin qadağan olduğunu bildirmişdir. Yol patrul xidmətinin avtomobilinə əyləşib həmin yolda olan nişana baxmaq üçün getmək istəyəndə telefonunu da götürmək istəmiş, lakin polis əməkdaşı telefonla avtomobilə əyləşmək üçün icazənin olmadığını bildirmişdir. Həmin yolun fotoşəkillərini məhkəməyə təqdim etmişdir. Hesab edir ki, qayda pozuntusuna yol verməmişdir. Odur ki, şikayətinin təmin edilməsini xahiş etdi. Hazırda həmin yolda düz və sola hərəkət nişanı qaralanmış, yalnız sola hərəkət nişanı qalmışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Gəncə Şəhər Dövlət X13 yol patrul xidməti inspektoru X6 izahatında bildirmişdir ki, X7 tərəfindən qayda pozuntusuna yol verilərək, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, yerdə yalnız sola əmredici nişanlanma xətti olduğu halda, X7 düzünə hərəkətini davam etdirmişdir. Hadisə Gəncə şəhəri Heydər Əliyev prospekti ilə X15 prospektinin kəsişməsində baş vermişdir. X7 qayda pozuntusuna yol verdiyi üçün saxla əmri vermiş, X2 istəmədiyi və əl-qol hərəkətləri etdiyi üçün ondan səbəbini soruşmuşdur. X7 ona aqressiv münasibət göstərmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati vermə haqqında qərarın surətindən görünür ki, X7 xx.xx.2025-ci il tarixdə, saat 08:19 radələrində Gəncə şəhəri, Mikrorayon 3, 7 ərazisində idarə etdiyi “Mercedes Benz E220 CDİ” minik markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol nişanının tələblərinə riayət etmədiyi üçün AR İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 40 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə şikayət vermiş şəxsin izahatını, iş materiallarında olan sənədləri nəzərə alaraq şikayətin qismən təmin olunması, Gəncə Şəhər Dövlət X16 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati materialın yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılması qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 115.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən müəyyən edilmiş hallar inzibati xəta haqqında qərarda göstərilməlidir. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 61-ci maddəsinin İ bəndinə əsasən yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə müəyyən məlumat saxlayan və yol hərəkətini nizamlayan əsas vasitələrdən biri yol nişanlarıdır (4 saylı Əlavə). Həmin maddənin İİ bəndinə əsasən yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat (lövhəciklər). 65-ci maddəsinin İ bəndinə əsasən məcburi hərəkət istiqaməti nişanları sürücülərə nəqliyyat vasitələrinin hərəkətinin icazə verilmiş istiqamətini, sürətini müvafiq nəqliyyat vasitələrinin hərəkətini, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulan yolları göstərir. Həmin maddənin İİ bəndinə əsasən bu nişanların dairəvi forması və mavi fonu vardır. Qeyd olunan maddənin İİİ bəndinə əsasən 4.1.1, 4.1.2, 4.1.3, 4.1.4, 4.1.5, 4.1.6 nişanları yalnız oxlarla göstərilən istiqamətlərdə hərəkətə icazə verir. Sola dönməyə icazə verən nişanlar geriyə dönməyə də icazə verir. 4.1.1-4.1.6 nişanlarının qüvvəsi avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşıma qaydalarına uyğun olaraq təsdiq edilmiş marşrut sxemi üzrə reyslərin yerinə yetirilməsi zamanı ümumi istifadədə olan nəqliyyat vasitələrinə şamil edilmir. Həmin maddənin İV bəndinə əsasən 4.1.1—4.1.6 nişanlarının qüvvəsi qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə şamil edilir. 69-cu maddəsinin İ bəndinə əsasən yolun nişanlanması (5 saylı əlavə) yol hərəkətinin nizamlanmasının səmərəli vasitələrindən biri olmaqla, nəqliyyat axınının qaydaya salınmasına və yolun buraxılış qabiliyyətinin yüksəldilməsinə xidmət edir. Həmin maddənin İİ bəndinə əsasən yol nişanlanmasına hərəkət təhlükəsizliyini artırmaq məqsəsi ilə yol hərəkəti qaydalarını müəyyənləşdirən, yol qurğularının ölçülərini və yolun istiqamətini bildirən, yolun hərəkət hissəsinə, yolun və yol qurğularının digər elementlərinə çəkilən xəttlər, yazılar və digər qeydlər aiddir. Yol nişanlanması müstəqil şəkildə, habelə yol nişanları və svetoforlarla birlikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında tətbiq olunur. Müvəqqəti nişanlanma xəttləri rənginə görə digər nişanlanma xəttlərindən fərqlənməlidir. Qeyd olunan maddənin İİ və İİ-İ hissəsinə əsasən yol nişanlanmasına hərəkət təhlükəsizliyini artırmaq məqsədi ilə yol hərəkəti qaydalarını müəyyənləşdirən, yol qurğularının ölçülərini və ya yolun istiqamətini bildirən, yolun hərəkət hissəsinə, yolun və yol qurğularının digər elementlərinə çəkilən xətlər, yazılar və digər qeydlər aiddir. Yol nişanlanması müstəqil şəkildə, habelə yol nişanları və svetoforlarla birlikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında tətbiq olunur. Müvəqqəti nişanlama xətləri rənginə görə digər nişanlama xətlərindən fərqlənməlidir. Eyni yol sahəsində tətbiq edilmiş nişanlanma xətlərinin tələbləri, habelə müvəqqəti yol nişanları və müvəqqəti nişanlanma xətləri istisna olmaqla nişanlama xətləri ilə digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Aşkar olunmuş hər hansı ziddiyyət və ya uyğunsuzluq təxirəsalınmadan aradan qaldırılmalıdır. Müvəqqəti nişanlama xətləri ilə digər nişanlama xətlərinin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq olarsa, müvəqqəti nişanlama xətlərinə üstünlük verilməlidir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, hazırki material üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın təmin edilməsi üçün Gəncə Şəhər Dövlət X16 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalı, əhəmiyyətli hallar araşdırılaraq həmin hallara düzgün hüquqi qiymət verildikdən sonra iş üzrə yekun nəticəyə gəlinməlidir. “4.1.5” (düzünə və sola hərəkət) yol nişanı qarşısında bu nişanın qoyulduğu hərəkət hissəsinin kəsişməsində nəqliyyat vasitələrinin yalnız nişanda göstərilən oxlar istiqamətində hərəkətinə icazə verir. Nişanın tələbi onda göstərilən oxlardan fərqli istiqamətdə hərəkət edildiyi zaman pozulmuş hesab edilir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, X7 xx.xx.2025-ci il tarixdə, saat 08:19 radələrində Gəncə şəhəri, Mikrorayon 3, 7 ərazisində idarə etdiyi “Mercedes Benz E220 CDİ” minik markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət edərkən “4.1.5” (düzünə və sola hərəkət) yol nişanının tələblərinə riayət edərək düzünə hərəkət etmişdir. Göründüyü kimi hazırki iş üzrə inzibati tənbehvermə barədə qərar qəbul edilərkən 4.1.5 nişanının tələbləri nəzərə alınmamış, zolaqlar üzrə hərəkət istiqamətləri - yol nişanlanma xəttinin tələbləri pozulması kimi qiymətləndirilmiş, yol nişanı əsas götürülməyərək əsassız qərar qəbul edilmişdir. Halbuki, X7 barəsində inzibati xəta haqqında qərar qəbul edilərkən onun həqiqətən də yol nişanının tələblərinə riayət etməməsini heç nə ilə sübut etmək mümkün olmamışdır. Bundan əlavə qeyd edilməlidir ki, qanunvericilik İXM-in 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq, həmin işlər üzrə faktiki halları hərtərəfli araşdırmaqla qərar qəbul etmək səlahiyyətini məhkəməyə deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə etmişdir (İXM-nin 43.1-ci maddəsi, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndi). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X7 xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarla İXM-in 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat cərimə edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Gəncə Şəhər Dövlət X16 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarla X5 İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi vəya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Odur ki, qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, X7 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən prosessual qanunvericiliyin tələbləri pozulduğundan və işin halları hər tərəfli araşdırılmadığından, inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və yenidən araşdırma aparmaq üçün qərarın surəti səlahiyyətli orqana qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. X5 barəsində Gəncə Şəhər Dövlət X16 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X5 şikayətində və hazırkı qərarda göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılsın. Araşdırma zamanı göstərilənlərlə kifayətlənməməklə qarşıya çıxan digər hallar da hərtərəfli, tam və obyektiv yoxlanılaraq iş üzrə qanuni qərar qəbul edilməsi təmin edilsin. Əlavə araşdırmanın aparılması üçün materiallar Azərbaycan Respublikası DİN-in Gəncə Şəhər Dövlət X14 göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar