Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-442/2022 22.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2022-ci il tarixli, 11000-2534/22 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda göstərilmişdir ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin, Gömrük Əməliyyatları İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 34/012/007458 saylı raportunun araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Göygöl rayonu, Quşqara kəndi ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasından 5 yük nəqliyyat vasitəsində gələn ümumi dəyəri 243413 (iki yüz qırx üç min dörd yüz on üç) ABŞ dollar, ümumi çəkisi 60730 kq olan “lateks və nitril əlcəklərin istehsal edilməsi üçün avadanlıq xətti (sökülmüş halda aksesuarları ilə birlikdə)” yükü xx.xx.2022-ci il tarixli **********3322, **********3333, **********2543, **********3328 və **********3327 nömrəli gömrük bəyyannamələri ilə MMC tərəfindən 4 (dörd) ay müddətinə xx.xx.2022-ci il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddətinin bitməsinə baxmayaraq MMC tərəfindən malları başqa gömrük proseduru altında yerləşdirilməsi üçün Qərb Ərazi Baş Gömrük İdarəsinə müraciət olunmamışdır. Bununla da, Gömrük Məcəlləsinin 179-cu maddəsinin tələbləri pozulmuşdur. Qeyd olunan faktla bağlı Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixdə, 11000-2534/22 saylı inzibati xəta haqqında iş üzrə inzibati araşdırma başlanmışdır. Araşdırma ərzində Şəxs MMC-nin direktoru X4 öz izahatında MMC-nin ünvanına gələn yüklərin saxlanca yerləşdirilmə səbəbini yüklər gəlməmişdən əvvəl rəsmiləşdirmə prosesi ilə bağlı Qərb Ərazi Baş gömrük idarəsinin rəhbərliyinin və Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisinin qəbulunda olduğunu ona idxal etdiyi yükün tam şəkildə, yəni 19 (on doqquz) konteynerin hamısı ölkə ərazisinə gəldikdən sonra yükü rəsmiləşdirə biləcəklərini, əks halda hissə-hissə bunun mümkün olmayacağını bildirmişlər. Bu səbəbdən MMC-nin ünvanına 5 konteynerdə gələn ümumi dəyəri 243413 (iki yüz qırx üç min dörd yüz on üç) ABŞ dolları, ümumi çəkisi 60730 kq olan “lateks və nitril əlcəklərin istehsal edilməsi üçün avadanlıq xətti ( sökülmüş halda aksesuarları ilə birlikdə)” yükünü müvəqqəti saxlanc gömrük proseduru altında yerləşdirmişdir ki, digər konteynerlərdə ölkə ərazisinə gəlib çatsın və təşviqi sənədi təsdiq elətdirib yükü rəsmiləşdirsin və nəticədə ilk 5 konteynerdə gələn yükün saxlanc müddətinin pozulduğunu bildirmişdir. Həmçinin digər konteynerlərin Çin Xalq Respublikasından gec gəlməyinin səbəbini isə mövcud pandemiya ilə əlaqədar olduğunu izah etmişdir. Eyni zamanda qismən özlərini təqsirli bildiyini və inzibati xətanın zərərli nəticələrinin aradan qaldırılmasına hazır olduqlarını qeyd etmişdir. Beləliklə, müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq Şəxs tərəfindən müvəqqəti saxlanc götürülmüş yükləri verilmiş müddət ərzində müvafiq gömrük proseduranda rəsmiləşdirilməsi təmin olunmamış, bununla da müvəqqəti saxlanc müddətinin tələblərinə əməl olunmamışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X6 protokolun məzmununa uyğun çıxış edərək, protokolda qeyd edilən əməlin həqiqətən də hüquqi şəxs tərəfindən törədildiyini bildirdi və buna görə də hüquqi şəxs Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Şəxsnə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işin təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak edən Şəxs təsisçisi X4 izahat verərək bildirdi ki, Göygöl rayonu, Quşqara kəndi ünvanında qeydiyyatda olan və 2017-ci ildən qeydiyyatdan keçmiş Şəxs MMC-nin qanuni təmsilçisi və direktoru vəzifəsində işləyir. Həmçinin MMC-nin gömrük işlərini, ünvanına gələn yüklərin rəsmiləşdirmə prosesini özü həyata keçirir. Direktoru olduğu Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasından “lateks və nitril əlcəklərin istehsal edilməsi üçün avadanlıq xətti" yükünü sifariş vermişdir. Qeyd etdiyi yük iriqabaritli olduğu üçün hissələrlə 19 (on doqquz) konteynerdə gələcəkdi. Yük gəlməmişdən əvvəl Qərb Ərazi Baş Gömrük İdarəsinə rəsmiləşdirmə prosesinin necə olacağı barədə şifahi şəkildə müraciət etmişdir. Çünki qeyd olunan avadanlıq yükünə dair İqtisadiyyat Nazirliyindən aldığı investisya təşviqi sənədini təsdiq etdirəcəkdir ki, yük ƏDV və idxal rüsümundan azad olunsun. Belə ki, Qərb Ərazi Baş Gömrük İdarəsi rəhbərliyinin və Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisinin qəbulunda olarkən ona idxal etdiyi yükün tam şəkildə yəni 19 (on doqquz) konteynerin hamısı gəldikdən sonra yükü rəsmiləşdirə biləcəklərini, əks halda hissə-hissə bunun mümkün olmayacağını bildirdi. Bundan sonra MMC-nin ünvanına beş konteynerdə gələn ümumi dəyəri 243413 (iki yüz qırx üç min dörd yüz on üç) ABŞ dolları, ümumi çəkisi 60730 kq olan “lateks və nitril əlcəklərin istehsal edilməsi üçün avadanlıq xətti (sökülmüş halda aksesuarları ilə birlikdə)” yükünü məcbur qalıb müvəqqəti saxlanc gömrük proseduru altında yerləşdirmişdir ki, digər konteynerlərdə ölkə ərazisinə çatdıqdan sonra yükə dair İqtisadiyyat Nazirliyindən aldığı təşviqi sənədi təsdiq etdirsin və yükü rəsmiləşdirsin. X11 Respublikasında baş verən mövcud pandemiya səbəbindən digər konteynerlər gecikdiyindən saxlanca qoyduğu 5 konteynerdə gələn yükün müddəti bitmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, "XANNİ-2017” MMC tərəfindən İXM-nin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirildiyindən "XANNİ-2017” MMC həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarında olan 16 avqust 2022-ci il tarixli barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında protokoldan görünür ki, X4 qismən məsuliyyət daşıdığını və bunun zərərli nəticələrini aradan qaldırmağa hazır olduqlarını, həmçinin hal-hazırda digər konteynerlər artıq 2-3 gün ərzində ölkə ərazisinə çatdıqdan sonra yükü rəsmiləşdirib bitirəcəklərini bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli **********3322, **********3333, **********2543, **********3328 və **********3327 sorğu nömrəli Gömrük bəyannamələrindən görünür ki, gömrük orqanına Şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə ünvanına Çin Xalq Respublikasından gələn mallara dair gömrük bəyannaməsi verilmişdir. İş materiallarında olan saxlancda olan mallara baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Qərb Ərazi Baş Gömrük İdarəsi Gömrük Prosedurları və Ödənişləri Şöbəsinin inspektorları X3, X5 və Göygöl rayonu, Quşqara kəndində yerləşən Şəxs MMC-nin direktoru Azərbaycan Respublikasının vətəndaşı, ünvan 2 ünvanında yaşayan X1 iştirakı ilə bu aktı tərtib etdik ondan ötrü ki, Göygöl rayonu, Quşqara kəndində yerləşən Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasından idxal olunmuş **********2543, **********3327, **********3328, **********3322, **********3333 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannamələri ilə 4 ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş və yuxarıda qeyd olunan Şəxs MMC-nin məsuliyyəti altında Göygöl rayonu, Quşqara kəndində yerləşən anbarına saxlanca qoyulmuş, cəmi çəkisi 60730 kq olan lateks və nitril əlcəklərin istehsal edilməsi üçün avadanlıq xətti (sökülmüş halda aksesuarları ilə birlikdə) yükünə gömrük baxışı keçirilmişdir. Gömrük baxışı keçirilən zaman məlum olmuşdur ki, qeyd edilən yüklər həmin anbarda toxunulmadan saxlanılır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 176.1-ci maddəsinə əsasən saxlanc xüsusi gömrük proseduru müvəqqəti saxlanc və gömrük anbarı prosedurlarından ibarətdir. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 179.1-ci maddəsinə əsasən malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri nəzərə alınmaqla, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla gömrük orqanı tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı həmin müddəti bu Məcəllənin 179.2-ci maddəsinin göstərilən müddət çərçivəsində uzadır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 179.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 179.3-cü maddəsinə əsasən mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. İXM-nin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalananlardan göründüyü kimi, hazırda baxılan iş üzrə məhkəmədə Şəxs İXM-nin 496.1-ci maddəsi ilə təqsirli olduğu müəyyən edilir. Çünki İş materiallarından müəyyən edilmişdir ki, Şəxs tərəfindən ünvanına Çin Xalq Respublikasından göndərilmiş mallar xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2022-ci il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda yerləşdirilmiş, lakin həmin müddətədək Şəxs tərəfindən malların digər gömrük proseduru altında yerləşdirilməsi təmin edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Şəxs tərəfindən İXM-nin 496.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə Şəxs İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri məhkəmədə tam sübuta yetirildiyindən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqi şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-nin 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngüləşdirən hallar və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, törədilmiş inzibati xətanın xarakterini, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki Şəxs İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və hüquqi şəxs qismində barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-nin 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Göygöl rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-442/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-442/2022
22.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver