Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-4444/2025 24.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən, hakim Xanməmmədova Liza Əliəşrəf qızı, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Yevlax rayonu DYPB tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: X1 rayonu DYPB tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan Gəncə Şəhər Məhkəməsinə şikayət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci, 329.3-cü, 333-1.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətdiyi üçün 600 (altı yüz) manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət icraata qəbul edilmədən X3 geri qaytarılmalıdır. Belə ki, şikayəti X4 versə də avtomobili X8 idarə etmiş və xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarla inzibati xətanın X8 tərəfindən törədildiyi və sonuncunun cərimə olunması qərara alınmışdır. Buna görə də xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan barəsində qərar çıxarılmış X7 şikayət vermək hüququ vardır. Çünki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Beləliklə hesab edirəm ki, xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar X8 barəsində çıxarıldığından X4 tərəfindən həmin qərardan verilmiş şikayət geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130, 133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 tərəfindən xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayət ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə X3 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-4444/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-4444/2025
24.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver