Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-446/2022 01.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elçin Xasıyevin xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında EQ 9904837, EQ 9904840, EQ 9904855, EQ 9904853, EQ 9904857, EQ 9904828, EQ ******* nömrəli, xx.xx.2022-ci il tarixli EQ 10564241 nömrəli, xx.xx.2022-ci il tarixli EQ 10617109 nömrəli, xx.xx.2022-ci il tarixli EQ 10654560 nömrəli və xx.xx.2022-ci il tarixli EQ 10906118 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarlarından verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnikleytenantı Elçin Xasıyevin xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında EQ 9904837, EQ 9904840, EQ 9904855, EQ 9904853, EQ 9904857, EQ 9904828, EQ ******* nömrəli, xx.xx.2022-ci il tarixli EQ 10564241 nömrəli, xx.xx.2022-ci il tarixli EQ 10617109 nömrəli, xx.xx.2022-ci il tarixli EQ 10654560 nömrəli və xx.xx.2022-ci il tarixli EQ 10906118 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarlarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 məhkəməyə ərizə təqdim edərək, işə baxılmadan şikayət ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayətçinin ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayətçinin xahişi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2 noyabr 2016-cı il tarixli qərarında götərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayətprosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 390.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində işə baxılmamışdan əvvəl apellyasiya şikayətini və apellyasiya protestini verən şəxs onu geri götürmək, dəyişdirmək və ya ona əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçısının apellyasiya şikayətinə, yaxud apellyasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Həmin Məcəllənin 391.11-ci maddəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verildiyi andan birinci instansiya məhkəməsinin hökm və ya digər yekun qərarı qanuni qüvvəyə minir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128 və 129-cu maddələrində inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək hüququ olan şəxslərin dairəsi və şikayət vermək qaydası göstərilsə də, şikayət vermiş şəxsin öz şikayətindən imtina etdiyi halda hansı prosessual hərəkətin edilməsi ilə bağlı müddəa yoxdur. Buna görə də məhkəmə Konstitusiya Məhkəməsinin Plenumunun 2 noyabr 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin apellyasiya şikayətindən imtina edilməsinin nəticələrini tənizmləyən 391.11-ci maddəsinin analogiya üzrə hazırkı məsələyə tətbiqini məqsədəmüvafiq hesab edir. Beləliklə məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında EQ 9904837, EQ 9904840, EQ 9904855, EQ 9904853, EQ 9904857, EQ 9904828, EQ ******* nömrəli, xx.xx.2022-ci il tarixli EQ 10564241 nömrəli, xx.xx.2022-ci il tarixli EQ 10617109 nömrəli, xx.xx.2022-ci il tarixli EQ 10654560 nömrəli və xx.xx.2022-ci il tarixli EQ 10906118 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarlardan X3 tərəfindən verilmiş şikayətə baxılmasına xitam verilməli və şikayət əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında EQ 9904837, EQ 9904840, EQ 9904855, EQ 9904853, EQ 9904857, EQ 9904828, EQ ******* nömrəli, xx.xx.2022-ci il tarixli EQ 10564241 nömrəli, xx.xx.2022-ci il tarixli EQ 10617109 nömrəli, xx.xx.2022-ci il tarixli EQ 10654560 nömrəli və xx.xx.2022-ci il tarixli EQ 10906118 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarlarından X3 tərəfindən verilmiş şikayətə baxılmasına xitam verilsin və şikayət əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-446/2022
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-446/2022
01.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver