Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4465/2025 11.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan “X1” X2 Gəncə Regional İdarəsinin nümayəndəsi, aparıcı mütəxəssis Nümayəndə iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində “Azərbaycan X1” X2 Gəncə Regional İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan “X1” X2 Gəncə Regional İdarəsindən Şəxs barəsində tərtib edilmiş 07 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə əsasən **-EC-*** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı sərnişin mikroavtobusunun sürücüsü Şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə saat 18:54-də Gəncə şəhəri Nizami prospektində aparılan yoxlama zamanı tələb olunan “Fərqlənmə nişanı”nı təqdim etməmişdir. Bu fakt 05 noyabr 2025-ci il tarixdə baş vermişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan “X1” X2 Gəncə Regional İdarəsinin nümayəndəsi, aparıcı mütəxəssis Nümayəndə protokolun məzmununa uyğun çıxış edərək, əlavə etdi ki, protokolda qeyd olunan inzibati xəta həqiqətən Şəxs tərəfindən törədilmişdir. Şəxs məhkəməyə təqdim etdiyi sənədlərin “fərqlənmə nişanı”na aidiyyəti yoxdur. **-EC-*** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı sərnişin mikroavtobusuna ildə cəmi bir dəfə, yəni xx.xx.2025-ci il tarixdə “fərqlənmə nişanı” alınmışdır. Şəxs tərəfindən etibarnamə əsasında idarə edilir. Odur ki, protokolu müdafiə edərək təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı-Gəncə marşrut xətti üzrə şəxsi **-EC-*** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı sərnişin mikroavtobusu var. 20 ildir ki, bu işlə məşğul olsa da, ilk dəfədir ki, başına belə bir hadisə gəlir. Belə ki, hər ay müqavilə bağlayaraq sərnişindaşıma fəaliyyəti ilə məşğul olur, özünəməxsus VÖEN-i və “ASAN imza” sertifikatı, həmçinin hər ay vergi ödəyir. Hesab edir ki, “fərqlənmə nişanı” sifarişlə işləyən nəqliyyat vasitələri üçün tələb olunur, o isə sifariş əsasında işləmədiyi və şəhərə daxil olmadığı üçün ona “fərqlənmə nişanı” zəruri deyil. İş materiallarında olan fotoşəkil Yeni Gəncə ünvanında çəkilmişdir. Avtobusu kimin sürüb ora aparmasını bilməmişdir, çünki beş nəfər sürücüsü var. Şəkil çəkilən zaman avtobusda heç kim olmamışdır, o, həmişə avtobusun işığını açıq saxlayır. Ondan hər hansı sənəd tələb edilməmişdir. Odur ki, sonda təqsiri olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, Şəxs barəsində İXM-in 552-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. İş materiallarında olan və məhkəmə baxış iclasında tədqiq edilmiş: -xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Gəncə şəhəri Nizami prospekti ərazisində aparılan yoxlama zamanı **-EC-*** dövlət qeydiyyat nömrə nişanlı “Mercedes” markalı avtonəqliyyat vasitəsini idarə edən Şəxs qeyri-qanuni sərnişindaşıma fəaliyyəti yerinə yetirməsi aşkar edilmiş, bu zaman əməkdaşların xidməti vəzifəsini yerinə yetirməyə maneə olaraq qanunvericilikdə müəyyən olunmuş tələb olunan sənədləri – “Fərqlənmə nişanı”nı təqdim etməmişdir. Bununla əlaqədar olaraq vətəndaş barəsində protokol tərtib edilmiş və protokol ilə tanış olmadığı üçün akt tərtib edilərək protokolun 1-ci nüsxəsi baxılması üçün aidiyyəti orqana, 2-ci nüsxəsi məlumat üçün poçt vasitəsi ilə vətəndaşa göndərilmişdir. -İş materiallarına **-EC-*** dövlət qeydiyyat nömrə nişanlı “Mercedes” markalı avtonəqliyyat vasitəsinin reysdə olan zaman çəkilmiş bir ədəd fotoşəkli əlavə edilmişdir. -İş materiallarına xx.xx.2025-ci il tarixli, 2016 nömrəli “Avtovağzal” ("xxxx" MMC) ilə “Daşıyıcı” (Şəxs) arasında qarşılıqlı münasibətlərin tənzimlənməsinə dair müqavilə əlavə edilmişdir. Həmin müqavilədən görünür ki, daşıyıcıya həvalə edilmiş marşrut istifadə etdiyi **-EC-*** dövlət qeydiyyat nömrə nişanlı “Mercedes” markalı avtonəqliyyat vasitəsi ilə Bakı (Abşeron) – Gəncə marşrutudur. -İş materiallarına **-EC-*** dövlət qeydiyyat nömrə nişanlı “Mercedes” markalı avtonəqliyyat vasitəsinə il ərzində cəmi bir dəfə, yəni xx.xx.2025-ci il tarixdə “fərqlənmə nişanı”nın alınmasına dair sistemdən çıxarış əlavə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli 40 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi “fərqlənmə nişanı””nın tətbiq edilməsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinə “Fərqlənmə nişanı” və “Xüsusi “fərqlənmə nişanı””, habelə yük daşımalarını həyata keçirən vergi ödəyicilərinə “Xüsusi “fərqlənmə nişanı”” Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan X1 (bundan sonra – Agentlik) tərəfindən verilir. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Agentlikdən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə əlli manat məbləğində cərimə edilir. Şəxs təqsiri inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, Şəxs idarə etdiyi “Mercedes” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə sərnişin daşınması fəaliyyəti ilə məşğul olarkən xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri Nizami prospektinin ərazisində aparılan yoxlama zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada tələb olunan “Fərqlənmə nişanı”nı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində “Azərbaycan X1” X2 Gəncə Regional İdarəsinin əməkdaşlarına təqdim etməmişdir. Beləliklə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə təqsirli bilinməli və ona İXM-in 552-ci maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 50 (əlli) manat cərimə tənbehi tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(125)-4465/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4465/2025
11.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver