Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-447/2023 30.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Gəncə şəhəri Baş Polis İdarəsinin İTİ-nin TŞ-nin təhqiqatçısı, polis baş leytenantı X7 iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X17 daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X17 məhkəməyə inzibati xəta haqqında material daxil olmuşdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 15 radələnndə sürücü Şəxs idarə etdiyi “Chevrolet Cruze” minik markalı ** EG *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhər Nizami prospektində hərəkətdə olarkən sürücü Məmmədov-Toğvul Qılman oğlunun idarə etdiyi “Daimler Benz 190” minik markalı ** BE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə toqquşmuş, nəticədə Daımler Benz 190 minik markalı ** BE *** dövtət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü X8 və həmin avtomobildə olan sərnişin X11 xəsarət alaraq xəstəxanaya müraciət etmişlər. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, 2019-cu ildən BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. “Chevrolet Cruze” minik markalı ** EG *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil X2 məxsusdur. Həmin avtomobili etibarnamə olmadan idarə edir. O dostu X9 ilə birlikdə xx.xx.2022-ci il tarixdə saat 15 radələrində idarə etdyi “Chevrolet Cruze" minik markalı ** EG *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri Nizami prospekti ilə saatda təxminən 50-60 km saat sürətlə hərəkətdə olub işıqforun yaxınlaşanda işıqforun qırmızı işığının yaşıl işığa keçdiyini görərək hərəkətini davam etdirmişdir. Bu zaman yolun sağ hissəsində yerləşən servisdən Mersedes Benz 190 minik markalı avtomobil hərəkət yoluna çıxıb hərəkət etdiyi üçün idarə etdiyi avtomobilin qabaq tərəfi həmin avtomobolin sol yan tərəfindən vuraraq toqquşmuşdur. Həmin vaxt məsafə az olduğu üçün avtomobilə tormoz verə bilməmişdir. Nəticədə həmin avtomobildə olan sənişinlər xəsarət almışlar. Sonra hadisə yerinə təcili tibbi yardım maşını gəlmiş və xəsarət almış şəxsləri xəstaxanaya aparmışdır. Daha sonra hadisə yerinə polis əməkdaşlar gəlmiş və hadisə yerini müayinə etmişlər. Hadisə zamanı heç bir spirtli içki qəbul etməmişdir. Hesab edir ki, əməlində inzibati xəta tərkibi mövcud deyildir. Belə ki, Mersedes Benz 190 minik markalı avtomobildə olan şəxslər inzibati üzrə materialda göstərilmiş şəxslər deyil, tamam başqa şəxslərdir. Tərəfindən bir neçə dəfə prokurorluğa şikayət verilmiş, prokurorluq Mersedes Benz 190 minik markalı avtomobildə olan şəxslərin müəyyən edilməsi üçün iki dəfə cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarı ləğv etmişdir. Sonuncu dəfə Qərar ləqv edildikdən sonra Qəbul edilmiş yeni qərarda Mersedes Benz 190 minik markalı avtomobildə sürücü ilə sərnişinin yeri dəyişdirilmişdir. Məhkəmədən inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında izahatı alınmış X1 Elmar Qaçay oğlu ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, inzibati protokol tərtib etmiş orqanın nümayəndəsi iclasda iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 08 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmiş, əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.8-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər BPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarına əlavə edilmiş 20 oktyabr 2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın ləğv olunmaqla əlavə araşdırmanın aparılması haqqında” Qərardan görünür ki, “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 08 sentyabr 2022-ci il tarixli qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 01 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmiş, əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.8-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər BPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarına əlavə edilmiş 06 yanvar 2023-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın ləğv olunmaqla əlavə araşdırmanın aparılması haqqında” Qərardan görünür ki, “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 01 noyabr 2022ci il tarixli qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 13 fevral 2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmiş, əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.8-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Gəncə şəhər BPİ-nin DYPŞ-nə göndərilməsi nəzərə alınmışdır. İş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X4 03 avqust 2022-ci il tarixli 1360 nömrəli rəyində göstərilmişdir ki, X10 bədəni üzərində müəyyən edilmiş xəsarətlər—alın nahiyəsinin və sağ əlin üst səthinin yaraları - bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasma səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir İş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X5 03 avqust 2022-ci il tarixli 1362 nömrəli rəyində göstərilmişdir ki, X3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər sol təpə-ənsə nahiyəsinin yarası - bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş İXP ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.8-ci maddələrinin tərkibi mövcud olduğu üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş 1741/2022 nömrəli xx.xx.2022-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” Aktından görünür ki, X12 hadisənin törədilməsi zamanı ayıq vəziyyətdə olmuşdur. İş materiallarına əlavə olunmuş 1 ədəd CD diskin içərisində törədilmiş qəza hadisəsinin görüntülərini əks etdirən videoya baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Gəncə şəhəri, Nizami prospektində avtomobillər işıqforun qırmızı işığında dayanmışlar. Bu zaman qırmızı rəngli Chevrolet Cruze markalı avtomobil sol zolaqla işıqfora yaxınlaşır, hərəkətini qırmızı işıqda davam etdirir. Bu zaman prospektə birləşən kənar yoldan çıxan Mercedes markalı avtomobillə toqquşur. İş materiallarını nəzərdən keçirən məhkəmə hesab edir ki, inzibati xətanın törədilməsi bu barədə tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər halları ilə tam təsdiq olunur. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə işin hallarını, barəsində icraat aparılan şəxsin ilk dəfə məhkəmə qaydasında inzibati tənbeh edilməsini nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə müəyyən edilmiş qaydada barəsində cərimə növündə tənbeh tətbiq etməklə onun qanunlara əməl etməsi ruhunda tərbiyələndirməyi, habelə başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədinin təmin olunmasını mümkün sayır. Azərbaycan Respublikası İXM-nin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Azərbaycan Respublikası İXM-nin 36.3-cü maddəsinə əsasən inzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 118-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-447/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-447/2023
30.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver