Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4472/2024 25.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 24820036 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli EQ 24820036 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, DİN Baş DYPİ-nin MMX-nın rəisi polkovnikleytenant Elvin Abdüləlizadə yuxarıda göstərilən qərarla Azərbaycan Respublikası İXMnin 327.1-ci maddəsində nəzərdə tutulan pozuntuların birinə görə 40 manat cərimə etmişdir. Həmin maddənin dispozisiyasında: “Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması qeyd edilmişdir." Göründüyü kimi, maddədə müxtəlif pozuntular nəzərdə tutur. O, hüquq pozuntusunun şəkli göndərilmədiyindən belə bir pozuntuya harada və necə yol verməyi öyrənmək üçün baza-materiala baxdıqda aydın olmuş ki, pozuntu Gəncə şəhəri, Heydər Əliyev prospekti ilə Ruzgar Qasımov küçəsinin kəsişməsi olan yerdə baş vermişdir. Baş vermişdirmi yoxsa uydurmadır? Baş vermişsə, necə baş vermişdir? Səhvi konkret nədən ibarətdir? Məlum deyil. Yalnız aydın edə bilmiş ki, pozuntunu Ruslan Hacıyev adlı operator qeyd etmişdir. Daha sonra öyrənmiş ki, BDYPİ-də belə operator yoxdur. Amma belə adda işçi var. O, nəinki yol polis inspektoru, ya operatoru, hətta yol polisinin əməkdaşı deyil. Başqa sözlə, o, pozuntu müəyyən etmək üçün ixtiyarlı şəxs deyil. Yol hərəkəti qanunun pozuntusunu səlahiyyətli operator, yaxud yol polis inspektoru müəyyən edə bilər. Pozuntu törədilməsi fakt kimi ortaya çıxandan sonra isə sürücüyə inzibati töhmət vermək olar. Belə olduğu halda İXM-nin 327.1-ci maddəsi tətbiq edilə bilməz, ikincisi hüquq pozuntusu mütləq sübuta yetirilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana və şikayətçi X2 lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə inzibati xəta törədilməsi haqqında işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan DİN Baş DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli EQ 24820036 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X3 29 noyabr 2024-cü il tarixdə, saat 07:08 radələrində Gəncə şəhəri, Heydər Əliyev prospekti ilə R.Qasımov küçəsinin kəsişməsində “X5” minik markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobillə (yol nişanlarının tələblərinə riayət edilməməsi) inzibati xətanı törətmişdir. Buna görə də İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin aşağıda qeyd olunan maddələrinə əsasən: 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qəbul edilən qərarlardan biridir. X3 şikayət ərizəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 24820036 nömrəli qərarını əsassız hesab etdiyini göstərsə də, bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 24820036 nömrəli qərarının ləğv edilməsi üçün əsaslar müəyyən olunmur və ona görə də həmin qərar dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137- ci maddərini rəhbər tutaraq, qəraraaldı: Şikayət təmin edilməsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 24820036 nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-4472/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4472/2024
25.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver