Məhkəmə qərarları › İş №3(125)-4480/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-4480/2024

18.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-4480/2024 18.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, X7 tərəfindən xx.xx.2023-cü il tarixli inzibati qərardan verilmiş şikayəti və əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdim: X7 şikayətlə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli inzibati qərarın avtomobilinə və inzibati tənbehə dair tədbiq edilmiş cəriməyə hesablanmış əlavə cərimə və dəbbə pullarının silinməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayət və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət və ona əlavə olunmuş sənədlər natamam olduğundan məhkəmənin icraatına qəbul edilmədən X5 geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-in 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında işlər üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsindən də göründüyü kimi fiziki şəxslər tərəfindən inzibati xəta haqqında işlər üzrə yalnız inzibati tənbeh vermə haqqında qərarlardan şikayət verilməsi nəzərdə tutulmuşdur. X3 isə öz şikayətində xx.xx.2023-cü il tarixli inzibati qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etsə də, həmin qərarın nömrəsini göstərməmiş və ümumiyyətlə həmin qərarı şikayət ərizəsinə əlavə etməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İXM-nin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıbtoplanmaması məsələlərini həll edir. Hazırki iş üzrə məhkəməyə yalnız şikayət ərizəsi daxil olmuş, lakin şikayət verilmiş qərarın surəti iş materiallarına əlavə edilməmişdir. Belə olan halda isə şikayətçinin qeyd etdiyi qərarın həqiqətən də mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Göstərilən xüsusatlar isə, yəni şikayət verilmiş qərarın surətinin iş materiallarına əlavə edilməməsi hazırda işin məhkəmə icraatını rədd edən hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 128 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 xx.xx.2023-cü il tarixli inzibati qərarın ləğv edilməsinə dair şikayət ərizəsi, həmin iş üzrə qərar ərizəyə əlavə edilmədiyi üçün şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər X5 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar