Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4489/2025 17.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X13 Umud oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Gəncə şəhər prokurorunun köməkçisi Nümayəndə2 və Şəxs icraçı direktoru Nümayəndə1 iştirakları ilə, Şəxs (VÖEN: **********, ünvan: Mingəçevir şəhəri, Natəvan, ev 1, mənzil 16) (bundan sonra Şəxs MMC) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar üzrə materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri Rauf Gözəlov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Hüquqi şəxs "xxxx" MMC xeyrinə və maraqlarının qorunması üçün onu təmsil etmək, adından qərar qəbul etmək, fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi icraçı direktor Nümayəndə1 tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin tələblərinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı halda həmin tələbləri pozaraq, yəni əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Gəncə şəhəri, Hacıkənd qəsəbəsində yerləşən "Cəsur Döyüşçü" adlanan mağazanın ətraf ərazilərinin və orada yerləşən hasarın təmir edilməsi üçün Şahid, X3, X6 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək usta vəzifəsində işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması qərara alınmışdır. Məhkəmə iclasında Gəncə şəhər prokurorunun köməkçisi Nümayəndə2 Şəxs MMC tərəfindən əmək müqaviləsi olmadan Şahid, X3, X6 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək usta vəzifəsində işlərin yerinə yetirilməsinə cəlb etmiş MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyini bildirdi və buna görə də Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs direktoru Nümayəndə1 izahat verərək bildirdi ki, Gəncə şəhər prokurorluğunun “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2025-ci il tarixli qərarı ilə razı deyil, özünü qeyd edilən inzibati xəta üzrə təqsirli bilmir. Belə ki, subpodratçı olaraq tikinti şirkətləri ilə bağlanmış müavilə əsasında təmir tikinti işlərini həyata keçirir və “Museum Construction" MMC ilə arasında xidməti müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Gəncə şəhərinin inzibati ərazisinə daxil olan Hacıkənd qəsəbəsində “Cəsur Döyüşçü” adlanan mağaza və onun ətrafında yerləşən hasarın təmir edilməsi nəzərdə tutulmuşdur. O, Ədalətlə subpodrat müqaviləsi bağlamış və bu səbəbdən işçi lazım olduğuna görə o, Ədalətə bu barədə bildirmişdir. Həmin şəxlərlə müqaviləni bağlamaq da onların gördüklərin işin müqabilində əmək haqlarının ödənilməsini də o etməli idi. Ədalət Yasin, Anar, Ənvər adlı ustaları təmir işlərinin aparılması üçün gətirmişdir. Yasin, Anar, Ənvər adlı ustalar həmin ərazidə təmir işləri görmüşdür. Görülən işlərin müqabilində "xxxx" MMC-dən ona pul ödənildikdən sonra o, işçilərin, yəni Kamran və Xəqani adlı işçilərin əmək haqlarını ödəmişdir. Qeyd edilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadə verərək, bildirdi ki, kəndçisi Ədalət adlı şəxs ona iş olduğunu bildirmişdir. O, kəndçiləri X4 və X7 ilə birlikdə Gəncə şəhərinə gəlmişlər. Onları Dilqəm adlı şəxs qarşılamışdır. Dilqəm ona və Anara həmin ərazidə yerləşən hasarın betopanının, boyanın və orada yerləşən “Cəsur Döyüşçü” adlanan mağazanın betopanını vurmalarını, bunun müqabilində görülən işin paqonmetri 10 manatdan hesablanmaqla əmək haqqı verəcəyini bildirmişdir. İş görülməsi ilə əlaqədar qiyməti Dilqəmlə danışmış Ədalət yalnız onları Dilqəmlə tanış etmişdir. Onlar da görəcəkləri işin qiymətini və işin detallarını Dilqəmlə danışıb razılaşmışlar. O, orada həm betopan həm də emosiya (rəngləmə) işi görmüşdür. Onlar danışıqlardan sonra (işə başladıqları tarixi xatırlamır) təxminən 10-15 gün ərzində işləri yekunlaşdırıb qurtarmışlar. İşləri yekunlaşdırıb qurtardıqdan sonra onlara ödənilməli olan əmək haqqı ödənilməmiş və buna görə də prokurorluğa şikayət etmişlər. İş materiallarında olan: - xx.xx.2025-ci il tarixli, MC/KA/013/25 saylı xidməti müqavilə üzrə tərtib edilmiş elektron qaimə-fakturadan görünür ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən görülmüş işlərin müqabilində "xxxx" MMC-dən "xxxx" MMC-yə ƏDV daxil 15348.496 manat pul köçürülmüşdür (suvaq vurulması, mata vurulması, püskürtmə məcun vurulması və son 2 qat slikonlu fasad boyanın vurulması işlərinin görürülməsi müqabilində). X2 Sisteminin “Əmək müqaviləsi məlumatları” bölməsindən çıxarışdan görünür ki, Şahid, X1, X5 adına "xxxx" MMC-nin direktoru Nümayəndə1 ilə bağlanmış əmək müqavilələri mövcud deyil. 11 saylı Ərazi Vergilər Baş İdarəsindən daxil olmuş məktubdan və “taxes.gov.az” saytından çıxarışdan görünür ki, "xxxx" MMC-nin ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərməsi, qanuni təmsilçisinin Nümayəndə1 olması müəyyən edilmişdir. X9 xidmətinin X12 Şöbəsinin xx.xx.2025-ci il tarixli, MN1869921 nömrəli qərarından görünür ki, işəgötürən Nümayəndə1 işçilər Şahid, X1 və X5 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsinə görə o, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən 3500 (üç min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə proses iştirakçılarını və şahidi dinləyərək, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 192.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirildiyindən Şəxs MMC həmin maddə ilə inzibаti məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci bəndinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 7-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Həmin Məcəllənin 7-ci maddəsinin 2-3.4-cü bəndinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda. Həmin Məcəllənin 42-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Məhkəmə araşdırması zamanı Şəxs MMC-nin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi müəyyən edilmişdir. Yəni hüquqi şəxs Şəxs MMC ilə Şahid, X1, X7 arasında əmək qanunvericiliyinin tələbi baxımından bağlanmalı olan əmək müqaviləsi bağlanmamışdır. Bununla da Şəxs MMC tərəfindən İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam şəkildə sübuta yetirilmişdir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli qərarında göstərilir ki, Əmək Məcəlləsinin 7-ci maddəsinə yeni məzmunda 2-3-cü və 2-4-cü hissələr də qeyd edilən Tövsiyəyə uyğun olaraq əlavə edilmiş və 2-3-cü hissədə göstərilən hallarda, o cümlədən tərəflər arasında münasibətlərin işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandığı halda (2-3.4-cü hissə), həmin münasibətlərin məhz əmək münasibətləri hesab olunduğu və əmək müqaviləsinin bağlanılmasının məcburiliyi müəyyən edilmişdir. Əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsi işəgötürənin üzərinə qoyulmuş öhdəlikdir və bu öhdəliyin pozulması əvvəldə də göstərildiyi kimi, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən məsuliyyətin yaranmasına səbəb olur. Həmin maddəyə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Nəzərə alınmalıdır ki, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. Belə ki, işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Lakin, bir sıra hallarda işəgötürənin əsas fəaliyyət sahəsinə aid iş və xidmətlərə dair münasibətlər də birdəfəlik və ya qeyri-mütəmadi olmaqla, daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək deyil, mülki-hüquqi məzmunlu ola bilər. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflər arasında əmək münasibətlərinin olub-olmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Əlavə olaraq qeyd olunur ki, Şəxs MMC-nin hüquqi ünvanı Mingəçevir şəhəri, Natəvan, ev 1, mənzil 16 olsa da, inzibati xəta Gəncə şəhəri ərazisində törədilmişdir. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan maddələrini, işin hallarını, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatları nəzərə alaraq hesab edir ki, Şəxs MMC-yə hüquqi şəxs qismində təqsirli bilindiyi İXM-in 192.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 40, 114, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs MMC (VÖEN: **********, ünvan: ünvan 3cəlləsinin 192.1-ci mаddəsi ilə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(125)-4489/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4489/2025
17.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver