Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4495/2025 25.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X6 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X10 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, icra sənədi müvafiq olaraq xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Lakin o, borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmışdır. Bugünkü tarixə borclu Şəxs icra sənədi üzrə 5890 manat borcu yaranmışdır. Borclu Şəxs sonuncu izahatında borcunu ödəməyəcəyini bildirmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir icra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X10 izahatında bildirdi ki, borclu tərəfindən bugünədək icra sənədi üzrə 2910 manat pul ödənilmişdir. Borclunun icra sənədi üzrə aliment borcu 5890 manat təşkil edir. Borclu tərəfindən icra sənədi üzrə hər ay qismən ödənişlər edilir, o, sonuncu dəfə oktyabr ayında ayrılıqda 50 və 100 manat olmaqla, ümumilikdə 150 manat ödəniş etmişdir. Həmçinin borclu icra məmurunun çağırışlarından yayındığı üçün barəsində axtarış qərarı qəbul edilmişdir. Sonda protokolun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, anası yataq xəstəsidir, onun baxımı ilə özü məşğul olur. Hazırda heç bir yerdə işləmir. Özünün isə əlilliyi yoxdur. Maddi imkanı olmadığına görə aliment borcunu ödəyə bilmir. Məhkəmə tərəfindən vaxt veriləcəyi təqdirdə sabah aliment borcundan 300-400 manat ödəyə bilər, belə ki, alimenti Avropada yaşayan qardaşı ödəyir. Ona verilən suallara cavab olaraq bildirdi ki, yataq xəstəsi olan anasına baxdığı üçün mütəmadi Bakı şəhərinə, xəstəxanaya gedib-gəldiyi üçün icra məmurunun çağırışlarına gedə bilməmişdir. Uşaqlarla görüş hüququnun müəyyən edilməsinə dair Samux Rayon Məhkəməsinin qətnaməsi olsa da, tələbkar onun uşaqlarla görüşünə maneə olur. Qanunla müəyyən edilmiş qaydada zərərçəkmiş şəxs X8 məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. İş materiallarında olan və məhəmə baxışı zamanı tədqiq edilmiş: - Gəncə Şəhər Məhkəməsinin 2(125)-1161/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, 22 mart 2020-ci il tarixdə anadan olmuş X4 və 16 noyabr 2021-ci il tarixdə anadan olmuş X1 üçün Şəxs X7 xeyrinə hər ay hər uşağa görə 200 (iki yüz) manat, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulmalı, alimentin tutulması 29 dekabr 2023-cü il tarixdən X9 və X5 yetkinlik yaşınaa çatana qədər müəyyən edilməlidir. - İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1161/2024 nömrəli xx.xx.2024cü il tarixli icra sənədinə əsasən icraat başlanmışdır. - Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1161/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbin icra edilməsi üçün 10 gün müddətində vaxt verilmiş və həmin bildiriş borclu tərəfindən imza edilməklə qəbul edilmişdir. - xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1161/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbin icra edilməsi tələb edilmiş, əks təqdirdə məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. - X2 etibarnamə üzrə nümayəndəsi X12 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, borclu həmin günə qədər icra sənəi üzrə aliment pulunu ödəməmişdir. Borclu icra sənədi üzrə borcunu tam ödəmədiyi təqdirdə onun barəsində qanunla nəzərdə tutulmuş qaydada tədbirlər görülməsini xahiş etmişdir. - Borclu İdarədə verdiyi xx.xx.2024-cü il tarixdə izahatında bildirmişdir ki, hazırda yaranmış olan 4000 manat aliment borcunu tam ödəməyə imkanı yoxdur, borcunu az-az ödəyə bilər. Borcunu ödəmədiyi təqdirdə icra məmuru tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyəti ona izah olunmuşdur. - “Borclunun ünvanda yaşamaması haqqında” xx.xx.2025-ci il tarixli aktdan görünür ki, icra məmuru hal şahidlərinin iştirakı ilə borclunun yaşadığı ünvan kimi qeyd edilən ünvan 2nvanda yaşamaması müəyyən edilmişdir. Əlavə olaraq borcluya məxsus qiymətli əmlak aşkar edilməmişdir. - “Borclunun axtarılması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilmişdir. - Borclu İdarədə verdiyi xx.xx.2025-ci il tarixli izahatında bildirmişdir ki, hazırda yaranmış olan 5890 manat aliment borcunu tam ödəməyə imkanı yoxdur, borcunu az-az ödəyə bilər. Borcunu ödəmədiyi təqdirdə icra məmuru tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyəti ona izah olunmuşdur. - İş materiallarına əlavə edilmiş borclunun şəxsiyyət, əmlak və gəlir məlumatlarına dair “Elektron İcra” İnformasiya sistemindən əldə edilmiş çıxarışlardan görünür ki, borclunun adına rəsmiləşdirilmiş hər hansı daşınar və ya daşınmaz əmlak, həmçinin hər hansı gəlir məlumatı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Borclu aliment borcunun könüllü ödənilməsi ilə bağlı bildirişi aldıqdan sonra hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış aliment borcunun lazımı qaydada ödənilməsinə laqeydlik göstərmişdir. İcra sənədinin icrasına səhlənkar yanaşmışdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi mövcuddur. Belə ki, borclunun öz aliment borcunu ara-sıra ödəməsi onun icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırmaması görüntüsünü yaratmaq xarakteri daşıyır. Həmçini borclunun hazırda icra sənədi üzrə borcunun 5890 manat təşkil etməsi borclunun icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırmasını sübut edir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 25 noyabr 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərar dərhal icra edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(125)-4495/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4495/2025
25.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver