Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4504/2024 18.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X4, zərərçəkmiş şəxs X3, barəsində icraat aparılan şəxs Şəxs, iş üzrə şahidlər X7 və X1 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157, 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər BPİ-nin 1-ci PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhər 1-ci PŞ-nin sahə rəisi polis leytenantı X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə səhər saatlarında öz həyat yoldaşını döymüş və narkoloji dispanserdə alınmış analiz zamanı psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan metadon epizodik istifadə edib ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə tabe olmamışdır. Nəticədə Azərbayan Respublikası İXM-in 157, 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında Gəncə şəhər 1-ci PŞ-nin sahə rəisi polis leytenantı X8 protokolu raport əsasında tərtib etdiyini qeyd edərək təhqiqat bölməsinin qərarı əsasında İXM-nin 157 və 206-cı maddələri, əməliyyat qrupunun birgə raportu əsasında isə 510 və 535.1-ci maddələri ilə protokol tərdib edildiyini və aidiyyatı üzrə baxılması üçün məhkəməyə gətirildiyini bildirərək protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, ailə daxili problem olduğundan həyat yoldaşı X5 evdən çıxıb getmiş, o, da barışmaq üçün Aytacın işlədiyi “Oba” marketə getmişdir. O, Aytacı vumadığını bildirərək onun qolundan tutub mağazadan çıxartmaq istədikdə polis əməkdaşları ona yaxınlaşmış və o, qorxaraq oradan qaçmışdır. Daha sonra o, bildirmişdir ki, polis əməkdaşları ilə arasında hər hansı mübahisə olmamışdır. İfadəsinin sonunda nevroloji xəstəliyi olduğundan əvvəllər nevroloji dispanserdə müalicə aldığını, ona görə də ağrı kəsici kimi psixotrop dərmanlar qəbul etdiyini bildirmiş və səhvini anlayaraq, peşman olduğunu, həyat yoldaşı ilə barışdığını nəzərə alınmasını və barəsində yüngül inzibati tənbeh qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 çıxışında səhər saatlarında işə gəldikdə yoldaşı Elmirin gəldiyini görmüş və bu vaxt onun qolundan tutub evə aparmaq istədikdə getmək istəməmişdir. O, qorxmuş və 102 xidmətinə zəng edərək bu haqda məlumat vermişdir. İfadəsinin sonunda isə döyülmə faktına görə Elmiri bağışladığını və ondan şikayətçi olmadığını bildirərək bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, Şəxs barəsində həyat yoldaşını döyməsi ilə bağlı 1-ci PŞ-nə şikayət daxil olmuşdur. Dərhal əməliyyat qrupun üzvləri ilə birlikdə hadisə yerinə yaxınlaşdıqda Şəxs “Oba” marketin qarşısında dayanan görmüşlər. Daha sonra şikayətçi Məmmədova Aytac həyat yoldaşı tərəfindən döyüldüyünü təsdiq etmişdir. Mağazanın video kameralarına baxıldıqda Elmirin Aytacı döyməsi faktı aydın olmuşdur. Daha sonra Elmir səs küy salaraq mübahisə yaratmış və hadisə yerindən qaçmışdır. O, təxminən hadisə yerindən 1 km məsafəyə qədər qaçaraq uzaqlaşmışdır. Bundan sonra polis əməkdaşları Elmirin arxasınca qaçıb onu saxlamış və polis şöbəsinə təhvil vermişlər. Şəxs narkotik vasitələrdən istifadə etməsi şübhəsi yarandığından o, Narkoloji Dispanserdə müayinədən keçirilmiş və sidik analizindən narkotik vasitə metamfetamin, morfi, metadon istifadə etməsi aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, səhər saat 6-7 radələrində Elmir barəsində DİN-in 102 zəng xidmətinə məlumat daxil olmuşdur. Məlumat əsasında hadisə yerinə “Oba” marketin yanına yaxınlaşdıqda Elmir onları görüb səs-küy salmış, ətrafdakı şəxslərin diqqətini özünə cəlb etmiş, polisin qanuni tələbinə tabe olmamış və hadisə yerindən təxminən 1 km məsafəyə qədər qaçıb uzaqlaşmışdır. Daha sonra Şəxs tərəfimizdən saxlanılaraq polis şöbəsinə təhvil verilən zaman onun narkotik vasitələrdən istifadə etməsi şübhəsi yarandığından o, Narkoloji Dispanserdə müayinədən keçirilmiş və verilmiş rəyə əsasən onun psixotrop dərmanlardan istifadə etməsi aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş: - xx.xx.2024-cü tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İXM-in 206 və 157-ci maddələrinin tərkibi olduğundan onun barəsində tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhəri 1-ci polis şöbəsinin İTB-nə göndərilmişdir. - xx.xx.2024-cü il tarixli, 4485/2024 saylı “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsi” protokolundan məlum olurki, Şəxs sidiyində narkotik MET (metamfetamin), MOP (morfi) və MTD (metadon) aşkar edlmişdir. - Gəncə şəhəri Narkoloji Dispanserinn xx.xx.2024-cü il tarixli № 1983 saylı rəyindən görünür ki, Şəxs psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan metadon istifadə edib. Narkotik vasitə olan morfin sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. - xx.xx.2024-cü tarixli inzibati qaydada tutma haqqında protokolundan məlum olur ki, Şəxs həmin gün saat 09:00-da inzibati qaydada tutulmuşdur. - xx.xx.2024-cü il tarixli X5 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, onun Şəxs qarşı heç bir şikayəti yoxdur və İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, zərər çəkmiş şəxs X3 Şəxs qarşı şikayət və tələbi olmadığından, ona dəymiş ziyan ödənildiyindən İXMnin 157-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bununla belə məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İXM-nin 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların tərkibi olduğundan o, həmin maddələrin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 510-cu maddəsinə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs ictimai qaydanı pozması və polisin qanuni tələblərinə qəsdən tabe olmaması, həmçinin narkotik vasitə istifadə etməsi İXM-in 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barəsində tərtib edilmiş protokol və sənədlərlə tam şəkildə sübuta yetirilir. Şəxs eyni vaxtda öz hərəkətləri ilə İXM-in üç müxtəlif maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən məhkəmə İXM-in 34.2-ci və 34.3-cü maddələrini hazırkı işin baxılmasında tətbiq edir. Azərbaycan Respublikası İXM-in 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı və ağırlaşdıran halın olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, onun barəsində daha ciddi xətaya, yəni İXM-in 206-cı maddəsində nəzərədə tutulmuş inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası İXM-in 37.1-37.5-ci maddələrinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması da məhkəmə araşdırması ilə müəyyən edildiyindən onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, inzibati həbs müddəti başa çatdıqdan sonra o, müalicənin həyata keçirilməsi üçün ixtisaslaşmış müalicə müəssisəsinə təhvil verilməli və narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510, 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1 (bir) ay 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli xx.xx.2024-cü il tarixdən saat 09:00-dan hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji dispanserdə qeydiyyata götürülsün. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-4504/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4504/2024
18.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver