Məhkəmə qərarları › İş №3(125)-4507/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4507/2025

25.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4507/2025 25.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X7, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay (deməsinə görə evli), orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri Natəvan qəsəbəsində ünvansız fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X9 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin qarşısında və içərisində nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə tabe olamayaq tabesizlik göstərmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X9 izahatında göstərdi ki, Şəxs barəsində onun nalayiq ifadələr işlətməsinə dair şikayət ərizəsi daxil olduğu üçün xx.xx.2025-ci il tarixdə o, 2-ci Polis Şöbəsinə dəvət olunmuş, Şəxs şöbədə ucadan nalayiq ifadələr işlətmiş, səs-küyə ətrafdakı şəxslər yığışmışdır. Sonda məhkəmədən protokolun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, taksi fəaliyyəti ilə məşğul olur, günün 14-15 saatını avtomobildə keçirir, bu gün gecə saat 01-02 radələrində evə getmiş, yeməyini yemiş və yatmışdır. Dünəndən belə planlamışdır ki, səhər tezdən ailəsi ilə birlikdə Ağstafa rayonuna getsin. Səhər yuxudan durmuş, ona 2-ci X8 adlı şəxsdən zəng gəlmişdir. Ona bildirilmişdir ki, dünən Poçt Qəsəbəsi adlanan yerdə avtomobili kameraya düşüb, sonradan isə Poçt Qəsəbəsində yox, Atabəylər küçəsində kameraya düşdüyünü, həmin yerdə cinayət hadisəsinin baş verdiyini, altı avtomobilin həmin gün oradan keçdiyini, avtomobillərdən birinin də onun avtomobili olduğunu deyərək hadisənin araşdırılması üçün ona köməklik edilməsini xahiş etmişdir. O isə razılaşmış, cəmi 15 dəqiqə sonra 2-ci Polis Şöbəsinə getmişdir. Bu gün saat 11-12 radələrində Mehman adlı leytenant onu qarşılamış, ona rəisin onu qəbul edəcəyini demişdir. X1 rəisi Emin Hüseynovun otağına keçmiş, rəis ondan kobud formada gözlərinin niyə qızardığını, narkotik vasitələrdən istifadə edib-etmədiyini soruşmuşdur. O isə cavabında bugünədək narkotik vasitələrdən istifadə etmədiyini, narkoman olmadığını, hətta narkotik vasitələrdən istifadə edənlərə qarşı mənfi düşüncədə olduğunu, onunla düzgün danışılmasını bildirmişdir. Rəis isə bunun qarşılığında ona söyüşlə “ağzını ....”, “üzünü .....”, “özünü harada hiss eləyirsən?” demiş, yanındakı sonradan adını bilmədiyi mülki geyimdə olan polis əməkdaşı ilə birlikdə onu yerə yıxaraq şillə və təpiklə başına vurmuş, daha sonra isə ona qarşı təhqiredici hərəkətlər edəcəkləri ilə hədələmişdir. Mehman adlı polis əməkdaşı isə onları aralamağa çalışmış, onu döyməmiş, onunla xoş rəftar etmişdir. O isə bunu özünə sığışdırmayaraq kobud formada “qələt eləyərsən” demişdir, bundan sonra onu müvəqqəti saxlanma yerinə apararaq məhkəməyə gətirilənə kimi ac-susuz orada saxlamışlar. Ona verilən suallara cavab olaraq bildirdi ki, kimin ondan şikayət etməsindən məlumatı yoxdur. Heç kimi söyməmişdir. Avtomobilində kameralar da var. Əvvəllər də başına belə bir hadisə gəlmiş, polis əməkdaşları üzündə saqqal olduğundan onun narkoman olduğunu bildirərək polis şöbəsinə aparmışlar. Həmin hadisə zamanı sidik analizi vermiş, sidiyində heç bir narkotik maddə aşkar olunmamışdır. Ümumiyyətlə Şahid2 ilk dəfədir ki, görür. Hadisə zamanı Şahid2 orada olmamışdır. Lakin hadisə zamanı polis əməkdaşı Şahid3 görmüşdür, Şahid3 ona əl-qol atmışdır. Onu yerə yıxıb döyərək söydükləri üçün o da nalayiq ifadələr işlətmişdir. Himayəsində iki azyaşlı uşağı və xəstə anası var, maddi imkanı zəifdir, kredit borcu var, həmçinin sürdüyü avtomobili icarəyə götürmüşdür. Əməlindən peşmandır, səbrsizlik etmişdir, bir daha belə əməllərə yol verməyəcək. Qeyd etdiklərinin nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X3 ifadəsində bildirdi ki, Şəxs maşın hadisəsi ilə bağlı vətəndaşın müraciəti əsasında şöbəyə dəvət olunmuşdur. Belə ki, Əbülfəz Verdiyev ərizə ilə şöbəyə müraciət edərək bir nəfər şəxsin avtomobillə Natavan qəsəbəsinin yaxınlığında Atabəylər küçəsindən keçərkən onu söyməsini bildirmiş, bu faktın aydınlaşdırılması ilə bağlı Şəxs 2-ci Polis Şöbəsinə dəvət olunmuşdur. Şəxs əvvəlcə onun otağında olmuş, taksi fəaliyyəti ilə məşğul olaraq ailəsinə baxdığını bildirmiş, onunla söhbət aparılmışdır. Bundan sonra Şəxs X1 baş inspektoru Şahid2 otağına keçmiş, baş inspektor ondan gözlərinin gözlərinin altının niyə qaraldığını soruşduqda Şəxs özündən çıxaraq əsəblərini cilovlaya bilməyib narkoman olmadığını, niyə ona belə sual verilməsini bildirmişdir. Şəxs qarşı onun narkoman olması barədə heç nə deyilməmiş, sadəcə gözlərinin niyə qızarıq olduğu soruşulmuşdur. Ondan sakitləşməsini tələb edəndə Şəxs daha da aqressivləşmiş, onları dinləməyərək nalayiq ifadələr işlətmiş, “ə, mənə nəsə edən mənim ..... yeyir”, “görün sizin başınıza nə oyun açacam”, “gedəcəm Baş prokurorluğa” demişdir. Hadisə zamanı xidməti otaqda o, Şahid2 və polis əməkdaşı Həsən olmuşdur. Heç kim ona qarşı fiziki zor tətbiq etməmişdir. Dəfələrlə Şəxs nizam-intizama dəvət etsələr də, o, nəinki polisə qarşı tabesizlik göstərmiş, hətta hörmətsizlik etmişdir. Ona verilən suallara cavab olaraq bildirdi ki, Şəxs həyat yoldaşı rəis tərəfindən qəbul edilərək şəxsən məlumatlandırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-nin xidmət üzrə polis baş inspektoru, polis baş leytenantı Şahid2 ifadəsində bildirdi ki, raportu o, tərtib etmişdir. Raportda ayın tarixi mexaniki səhv olaraq bu gün əvəzinə, dünən qeyd edilmişdir. Belə ki, Əbülfəz Verdiyev adlı vətəndaş şöbəyə müraciət edərək Gəncə şəhəri Natavan qəsəbəsi Atabəylər küçəsində piyada keçidindən keçərkən avtomobilin sürücüsü Şəxs yolu keçərkən ona yol vermədiyini, aralarında yaranan mübahisə zamanı Şəxs onu təhqir etmişdir. Polis əməkdaşı Mehman Şəxs faktın aydınlaşdırılması üçün dəvət etmiş, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-nin rəisi Emin Hüseynov vətəndaş qəbul etdiyi üçün Şəxs o, Həsən və Mehmanın oturduğu xidməti otağa keçmişdir. Əvvəlcə ondan nə işlə məşğul olduğunu soruşmuş, o cavabında taksi fəaliyyəti ilə məşğul olduğunu demiş, bundan sonra ondan nə üçün gözlərinin altının qaraldığını soruşanda “ə, mən narkomanammı”, “siz heç kimsiniz, mənə nə edə bilərsiniz”, “niyə gözlərimin qızarıq olduğunu soruşursunuz” tipli ifadələr işlətmiş, o, Həsən və Mehman isə Şəxs dəfələrlə nizam-intizama dəvət etmişlər. Şöbədə səs-küy saldığı üçün rəis Emin Hüseynov onlara yaxınlaşmış, məsələnin nə olduğunu soruşmuşdur. Bundan sonra Şəxs rəis Emin Hüseynovun xidməti otağına keçirilmiş, dəfələrə nizam-intizama dəvət edilmiş, yenə də səs-küy salmağa, nalayiq ifadələr işlətməyə davam etmişdir. Bundan sonra raport tərtib edərək Növbətçi hissəyə təhvil vermişdir. Şəxs müvəqqəti saxlanma yerinə aparılanda tabesizlik göstərmiş, qaçmağa cəhd göstərmişdir. Şəxs qarşı heç bir fiziki zor tətbiq edilməmişdir. Əksinə Şəxs ona qarşı əl-qol hərəkətləri atmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-nin profilaktika üzrə polis baş inspektoru, polis baş leytenantı Şahid3 ifadəsində bildirdi ki, işdə olan zaman polis əməkdaşı Mehman Allahverdizadə zəng vasitəsilə Şəxs çağırmışdır. Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-nin rəisi Emin Hüseynovun xidməti otağında başqa vətəndaşlar olduğu üçün onu Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-nin xidmət üzrə polis baş inspektoru, polis baş leytenantı Şahid2 qəbul etmişdir. Polis əməkdaşı X2 Elvini xidməti otağa gətirmiş, Şahid2 ondan nə işlə məşğul olduğunu soruşanda taksi sürücüsü olduğunu demişdir. Bu zaman o da orada idi. Bundan sonra Şahid2 Şəxs gözlərinin altının niyə qaraldığı soruşanda, Şəxs qeyri-səmimi reaksiya göstərmiş, onu niyə narkomanla səhv saldıqlarını, bu haldan əsəbiləşdiyini bildirərək səs-küy salmağa başlamış, buna görə də Şəxs nizamintizama dəvət edilmişdir. Lakin Şəxs iş qaydasını pozaraq polisin qanuni tələbinə tabe olmamışdır. İş materiallarında olan və məhkəmə baxış iclasında tədqiq edilmiş: -xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 13:30-da inzibati qaydada tutulmuşdur. -X4 xx.xx.2025-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə ərizə ilə müraciət edərək xx.xx.2025-ci il tarixdə Atabəylər küçəsi, Natavan qəsəbəsinin yaxınlığında “Changan” markalı, **-VS-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin sürücüsünün onu nalayiq ifadələrlə təhqir etdiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs təqsiri özünün etirafedici ifadəsi, şahid ifadələri, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, Şəxs polisin iş rejimini pozmuş, polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymamışdır. Eyni zamanda uca səslə nalayiq ifadələr işlədərək müqavimət göstərərək işlədərək ətrafdakılara hörmətsizlik etmişdir. Beləliklə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici ifadəsi, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan da göründüyü kimi Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə xx.xx.2025-ci il tarixdə, saat 13:30-da inzibati qaydada tutulmuş, bundan sonra azad edilməmiş, məhkəmə iclasına da polis əməkdaşlarının müşayiəti ilə gətirilmişdir. Ona görə də, məhkəmə Şəxs məhkəmə baxışına qədər inzibati qaydada tutulmasını nəzərə alaraq cərimə cəzasının İXM-nin 31.4-1-ci maddəsinin tələblərinə uyğun tətbiq edilməsi qənaətinə gəlir. Ona görə də şəxs saxlanılarkən və tutularkən həbsdə qaldığı müddət nəzərə alınmaqla tənbeh yüngülləşdirilərək, tənbehin həddi müəyyən edilir. Məhkəmə Şəxs törətdiyi əməldən özünü təqsirli bilərək peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, törədilmə şəraitini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, əməlini etiraf etməsini, səmimi peşmançılığını, məsuliyyətini ağırlaşdıran halların olmamasını, o cümlədən inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatları nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri ilə inzibati tənbehin məqsədinə nail oluna bilər Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və barəsində həmin Məcəllənin 31.4-1-ci maddəsinə uyğun olaraq inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli, məhkəmə iclas zalında dərhal inzibati qaydada tutmadan azad edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ona 150 (bir yüz əlli) manat cərimə tənbehi tətbiq edilsin. Şəxs məhkəmə iclasında dərhal inzibati qaydada tutmadan azad edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar