Məhkəmə qərarları › İş №3(125)-4509/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-4509/2025

28.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-4509/2025 28.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 31967800 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayəti və əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyənetdi: X2 şikayətlə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, AR DİN Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 31967800 nömrəli inzibati tənbeh vermə haqqında qərarına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 3(125)-4442/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, X2 tərəfindən verilmiş AR DİN Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 31967800 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət məhkəmənin icraatına qəbul edilmiş, işin məhkəmə iclası xx.xx.2025-ci il tarixə, saat 16:30-a Gəncə Şəhər Məhkəməsinin binasına təyin edilmişdir. Məhkəmə, şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət və ona əlavə olunmuş sənədlər baxılmadan X1 geri qaytarılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, X2 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31967800 nömrəli inzibati tənbeh vermə haqqında qərar xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına təkrarən daxil olmuşdur. Eyniməzmunlu şikayət məhkəmənin icraatına əvvəl də daxil olmuş, işin məhkəmə iclası xx.xx.2025-ci il tarixə, saat 16:30-a Gəncə Şəhər Məhkəməsinin binasına təyin edilmişdir (3(125)-4442/2025 nömrəli inzibati iş). Odur ki, xx.xx.2025-ci il tarixli, EQ 31967800 nömrəli inzibati xəta haqqında protokol məhkəmənin icraatına təkrarən daxil olduğu üçün inzibati tənbeh vermə haqqında qərar və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcudluğu araşdırılır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə müvafiq olaraq protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, məhkəmə, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 132 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 31967800 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar