Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-451/2023 06.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs - Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1993-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2an Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 206 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər BPİ-nin 4cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokollar üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Gəncə şəhəri BPİ-nin 4-cü PB-nin polis sahə rəisi, polis baş leytenantı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 06 mart 2023-cü il tarixli, MN ******* nömrəli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 06 mart 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək Gəncə Şəhər Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında 06 mart 2023-cü il tarixli, MN ******* nömrəli protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 05 yanvar 2023-cü il tarixdə Şəxs ünvan 3-da arvadı X3 döyərək ona fiziki ağrılar yetirmişdir. İnzibati xəta haqqında 06 mart 2023-cü il tarixli, MN ******* nömrəli protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 04 mart 2023-cü il tarixdə Şəxs ünvan 3 ünvanının qarşısında nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, həmçinin xx.xx.2023-cü il tarixdə şəxsi istehlak miqdarında narkotik maddə olan marixuana əldə etməklə istifadə etmişdir. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X4 izahatında göstərdi ki, protokollarda qeyd edilən əməllər həqiqətən də Şəxs tərəfindən törədilmişdir. Belə ki, o, 05 yanvar 2023-cü il tarixdə ünvan 3 ünvanında arvadı X3 döymüş, 04 mart 2023-cü il tarixdə isə ünvan 3 ünvanının qapısını döyərək səs-küy salıb, qapını təpikləyib, həmin səsə qonşular oyanıb, həmçinin 05 mart 2023-cü il tarixdə şəxsi istehlak miqdarında narkotik vasitə olan marixuana əldə etməklə istifadə etmişdir. Bununla da o, İXM-in 157, 206 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş və onun barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında narkotik vasitə istifadə etdiyini etiraf edərək göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə təxminən saat 22:00 radələrində dostları ilə birgə araq içib yemək yedikdən sonra iki azyaşlı övladı yadına düşdüyü üçün onları görmək istəmiş, buna görə də sərxoş vəziyyətdə 04 mart 2023-cü il tarixdə təxminən saat 01 radələrində arvadı Türkan Osmanovanın yaşadığı ünvan 3 ünvana getmiş, qapını döysə də arvadı X5 qapını açmamış, o da əsəbləşərək qapıya bir dəfə təpik zərbəsi vurub, yüksək səs tonuyla danışaraq övladları ilə birgə yatmaq üçün qapının açılmasını tələb etmişdir. Daha sonra onun səsini eşidən qayınatası X6 onun yanına gəlib onun qolundan tutaraq binanın qarşısına gətirmişdir. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq onu 4-cü Polis Bölməsinə gətirmişdirlər. Narkotik vasitə qəbul etməsi ilə bağlı isə o, uzun müddətdir ki, narkotik vasitə istifadə etmir, sonuncu dəfə isə təxminən 5 ay bundan əvvəl narkotik vasitə istifadə etmişdir. Bundan əlavə protokolda qeyd edilən, yəni xx.xx.2023-cü il tarixdə arvadı X3 döyməmiş, ona hər hansı fiziki ağrı yetirməmiş və onu hədələməmişdir. Barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil izahat verərək bildirdi ki, Şəxs arvadı X3 döyməmiş, həmin qərardan prokurorluğa şikayət etmiş, o cümlədən hüquqlarını müdafiə etdiyi şəxs xırda xuliqanlıq etməmiş, yəni ictimai qaydanı pozmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 məhkəməyə verdiyi izahatında göstərdi ki, o, təxminən 2 ilə yaxındır ki, tək yaşayır, tək yaşamağına səbəb isə əri Şəxs mütəmadi olaraq spirtli içki və narkotik vasitə qəbul edərək onu döyməsi və bıçaqla öldürməklə hədələmələri olmuşdur. Bunun üçün də azyaşlı övladları ilə birlikdə yaşayır. Şəxs rəsmi qaydada boşanmaq üçün Gəncə Şəhər Məhkəməsində iddia qaldırmış, hazırda onun iddiası əsasında işinə baxılır. Əri Şəxs xx.xx.2023-cü il tarixdə saat təxminən 01-02 radələrində sərxoş halda və narkotik vasitənin təsiri altında əvvəllər birgə yaşadığı və ona məxsus olan evə gələrək evin giriş qapısını döyüb onu evə buraxmasını demişdir. Şəxs evin qapısını açmayacağını onunla boşanmaq ərəfəsində olduğunu demiş, belə dedikdə Murad da uca səslə binanın dəhlizində qışqırıb təpiklə evin giriş qapısının kilidini vurub sındırmış, sonra isə əlində olan açılıb qatlanan bıçağı giriş qapısının gözlük hissəsindən ona göstərib həmin bıçaqla onu öldürməklə hədələmişdir. Bunun üçün də 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. O, məlumat verdikdən sonra polis əməkdaşları oraya gələrək Şəxs götürüb aparmışlar, səs-küyə atası olan X6 oraya gəlmişdir. Həmin vaxt orada aralarında başqa heç nə olmamışdır. Hazırda boşanmaq ərəfəsində olduğu əri Şəxs narkotik vasitə istifadə etməsini 2 il bundan əvvəl birgə yaşadığı dövrdə eyni evdə yaşayan zaman özü demişdir. 1-2 dəfə isə evdə narkotik vasitə olan nəyşə kimi dediyi narkotiki istifadə etdiyini görmüşdür. Bundan əlavə 05 yanvar 2023-cü il tarixdə əri Şəxs onun yaşadığı ünvana gəlmiş onu təhqir edərək əli ilə onun bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq onu döymüşdür. Bundan sonra o, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş və ərinin onu döyməsi faktı ilə bağlı məhkəmə-tibbi ekspertiza rəyi də verilmişdir. Şəxs barəsində ciddi tədbir görülməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə 06 mart 2023-cü il tarixli, MN ******* nömrəli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 06 mart 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 11:05-də inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 17 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində vətəndaş X2 müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qəbul edilmiş qərarın surəti 4-cü Polis Bölməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 06 mart 2023-cü il tarixli qərardan görünür ki, X2 müraciətləri əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-nin 510 və 206-cı maddələri ilə inzibati qaydada tədbir görülməsi məsələsinə üçün qəbul edilmiş qərarın surəti 4-cü Polis Bölməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəyə dair 04 mart 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs orta dərəcə alkoqol sərxoşluğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəyə dair 05 mart 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs sidiyində THC (marixuana) aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserindən verilmiş xx.xx.2023-cü il tarixli 386 nömrəli rəydən görünür ki, Şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi-ekspertizasının xx.xx.2023-cü il tarixli 22 saylı ekspert rəyindən görünür ki, vətəndaş X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ said, sol bazu, boyun, sol bud, boyun nahiyələrinin və sol gözün üst qapağının qançırları - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Məhkəmə baxışında Şəxs və onun vəkilinin İXM-nin 510 və 157-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalara münasibətdə onların məhkəməyə verdiyi izahatları məhkəmə tərəfindən həmin maddələr ilə nəzərdə tutulan inzibati məsuliyyətdən Şəxs yaxa qurtarması üçün onun müdafiəsi məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirilir. Beləliklə, məhkəmə, məhkəmə baxışında inzibati xəta haqqında iş üzrə bütün subutları hərtərəfli və obyektiv qiymətləndirərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla, İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün qismən etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla, İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi zərərçəkmiş şəxsin izahatı, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol, məhkəmə-tibbi ekspertizasının rəyi və işdə olan digər sübutlarla tam sübuta yetirilmişdir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, İXM-in 157, 206 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-nin 157, 206 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona həmin Məcəllənin daha ciddi xəta hesab edilən 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini qismən etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə münasibətdə inzibati xətanı sərxoş halda törətməsini İXM-in 33.1.7-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 206 və 510-cu maddələri ilə tövsif edilmişdir, lakin İXMin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 157-ci maddəsində daha ciddi inzibati tənbeh növü nəzərdə tutulduğunu nəzərə alaraq, Şəxs İXM-in 157-ci maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 30.3-cü maddəsinin tələbinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 206 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətaların xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati qaydada tutulduğu vaxtdan, yəni 05 mart 2023-cü il tarixdən, saat 11:05-dən hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37, 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 206 və 510-cu maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 157-ci maddəsinin sanksiyası həddində 01 (bir) ay müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli Şəxs inzibati qaydada tutulduğu 05 mart 2023-cü il tarixdən saat 11:05-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-451/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-451/2023
06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver