Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4510/2025 10.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin etibarnamə üzrə nümayəndəsi X1, Şəxs etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 444.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsi ilə MN ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir Həmin inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən Şəxs MMC tərəfindən qüsurlu avtomobilin dəyişdirilib qaytarılmasından imtina edilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş orqanın nümayəndəsi X2 çıxışında bildirmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs aldığı avtomobildə qüsur aşkar etmiş və Bakı şəhərində yaşadığından avtomobili X7 aparmışdır. Həmin mərkəzin servisi avtomobildə istehsal xarakterli qüsuru təsdiq etmiş və həmin qüsuru aradan qaldırılması üçün tədbirlər görməyə çalışmış, lakin avtomobilin mühərrikində olan qüsur aradan qaldırılmamışdır. O, əlavə olaraq bildirmişdir ki, şikayətçi avtomobilin qaytarılmasını və dəyişdirilməsini tələb etsə də, servis şəxsin hüquqlarını pozaraq öhdəliklərini yerinə yetirməmişdir. O, ifadəsinin sonunda Zərərçəkmiş şəxs şikayətinin hələ də davam etdiyini bildirirək Şəxs barəsində tərtib edilmiş protokolun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında MMC-nin nümayəndəsi X6 çıxışında vətəndaş Zərərçəkmiş şəxs xx.xx.2023-ci il tarixdə Bakı şəhərindən yeni avtomobil aldığını, 2 il ərzində Bakı şəhəri ərazisində idarə etdiyini və avtomobilin yürüşü 61 000 km-yə yaxın təşkil etdiyini bildirmişdir. Qeyd edir ki, avtomobil alındıqdan sonra mərkəzlərinə yağ dəyişmə proseslərini həyata keçirmək üçün gətirilməmişdir. Belə ki, hər bir avtomobilə dair verilmiş zəmanət kitabçasında 12 ay müddətində avtomobilin yağın dəyişdirilməsi qeyd edilir, çünki, avtomobilə lazımi vaxtda qulluq olunmayanda mühərrik və digər ehtiyyat hissələrində problemlər yarana bilər və bu zaman avtomobil qarantiyadan çıxır. Avtomobilin sahibi hər yağ dəyişdirməyə gəldikdə zəmanət kitabçasında qeydlər aparılır və avtomobilin xidmətdən keçməsi ilə bağlı sistemə işlənir. Lakin, bu avtomobil Gəncə mərkəzinə ümumiyyətlə gəlməmiş, hansı yağın tökülməsi və ümumiyyətlə avtomobilə qulluq olunmasında dair məlumatları yoxdur. O, daha sonra şikayətçinin müraciətinə aydınlıq gətirərək bildirmişdir ki, X7 apardıqda mütəxəsisslər tərəfindən qüsur aktı çıxarılaraq avtomobilin hansı ehtiyyat hissələrinin xarab olması barədə qeydlər aparılmış, mühərrikin dəyişilməsi isə vətəndaşın öz fikri olmuşdur. Mühərrik mütəxəssislər tərəfindən açdıqdan sonra müəyyən ehtiyyat hissələrinin dəyişdirilməsi nəticəsində avtomobilin idarə etməyə qadir olduğunu, servis tərəfindən təqdim edilmiş qüsur aktında qeyd olunan hissələrin dəyişdirildiyini və avtomobilin hazırda idarə olunduğunu bildirmişdir. Sədrlik edənin sualına cavab olaraq X8 gələn avtomobillər Bakı şəhərində yerləşən mərkəzlərindən satıldığını, lakin müqavilə Gəncədəki mərkəzdə bağlanıldığını, qulluğun isə Abşeron mərkəzində göstərildiyini, həmin mərkəzdə də avtomobilin mühərrikindən olan qüsurun aradan qaldırılması üçün tədbirlər görüldüyünü bildirmişdir. Qarantiya şərtlərinə riayət olunması ilə bağlı sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, hər bir mərkəzin sistemi var, sistemdən əldə edilən sənəd də isə şəxsin yağ dəyişməsini 16 000 km-dən sonra qeyd edilmiş, əslində isə yağ dəyişməsi 10 000 km-dən bir olmalıdır. Avtomobildə olan nasazlığı X9 aradan qaldırmış, mühərrikin yığılmasına görə 24 000 yaxın vəsait xərclənmiş və şikayətçi avtomobili tam hazır vəziyyətdə servisdən təhvil almışdır. O, ifadəsinin sonunda qeyd etdiklərini əsaslanaraq protokolun təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını hərtərəfli, tam və obyektiv nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 444.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə təqsiri toplanmış material üzrə inzibati işə xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən Şəxsnə ünvanlanmış xx.xx.2025 və xx.xx.2025-ci il tarixli, 3-54/2-Ə-7xx-xx/2025/3 nömrəli məktubdan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etmişdir. Müraciətdə Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixində Şəxs-dən 3 (üç) illik zəmanətlə “X15 LC300” markalı avtomobili aldığını, zəmanət müddəti ərzində avtomobilin mühərriki tam şəkildə sıradan çıxdığını, X11 Mərkəzinə müraciət etdiyini və mərkəzdə mühərrikin dəyişdirilməsinə ehtiyac olduğu halda dəyişdirilməsindən imtina edilərək təmir ediləcəyi bildirildiyini və bu barədə mərkəzə dəfələrlə etdiyi müraciətlərinin nəticəsiz qaldığını bildirərək həmin avtomobilin tam yenisi ilə əvəz olunmasnda köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan “X10” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs məxsus “BB447272” nömrəli, ban nömrəsi JTMAB7BJ1P4062491, dövlət qeydiyyat nişanı 77LH177 olan X15 300 markalı nəqliyyat vasitəsinin mühərriki sıradan çıxdığına görə xx.xx.2025-ci il tarixində mühərrikin silindr bloku (ehtiyyat hissəsinin kodu: 114007U010) tam şəkildə yenisi ilə əvəz edilmiş, həmçinin “qüsur aktı”ndan da görünür ki, mühərrikin təmiri və ehtiyyat hissələrini dəyişdirilməsinə ümumilikdə 24029 (iyirmi dörd min iyirmi doqquz) manat məbləğində pul sərf edilmişdir. Bundan başqa “X14” MMC-nin nümayəndəsi X3 məhkəməyə təqdim edilmiş 27 iyul 2023-cü il tarixli alqı satqı müqaviləsinin surətindən görünür ki, tərəflərin hüquq və vəzifələri adlı 3-cü bəndin 3.1.5-ci hissəsinə əsasən “Satıcı” avtomobilin göstərilən zəmanət şərtlərinə uyğun olaraq yaranacaq nasazlıqları öz hesabına aradan qaldırılmağı öhdəsinə götürür. Həmçinin həmin müqavilənin 8-ci bəndində göstərilmişdir ki, bu müqavilənin icrası zamanı meydana çıxan bütün mübahisələr tərəfləri qarşılıqlı razılığı ilə danışıqlar yolu ilə həll edilməsi, əks halda isə Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunmalıdır. Beləliklə məhkəmə məhkəmə hesab edir ki, ümumiyyətlə tərəflər arasında müqavilə şərtlərində avtomobilin qaytarılması və dəyişdirilməsinə dair hər hansı şərt müəyyən edilməmiş, yalnız “Satıcı” avtomobilin göstərilən zəmanət şərtlərinə uyğun olaraq yaranacaq nasazlıqları öz hesabına aradan qaldırılmağı öhdəsinə götürmüşdür. Məhkəməyə təqdim edilmiş sənədlərdən də görünür ki, “X10” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs məxsus “BB447272” nömrəli, ban nömrəsi JTMAB7BJ1P4062491, dövlət qeydiyyat nişanı 77LH177 olan X15 300 markalı nəqliyyat vasitəsinin mühərriki sıradan çıxdığına görə xx.xx.2025-ci il tarixində mühərrikin silindr bloku (ehtiyyat hissəsinin kodu: 114007U010) tam şəkildə yenisi ilə əvəz edilmiş, həmçinin “qüsur aktı”ndan da görünür ki, mühərrikin təmiri və ehtiyyat hissələrini dəyişdirilməsinə ümumilikdə 24029 (iyirmi dörd min iyirmi doqquz) manat məbləğində pul sərf edilmişdir. Həmçinin iş üzrə şikayətçi Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlamış məktubdan görünür ki, avtomobil təmir edilmiş və avtomobili servisdən təhvil almışdır. Beləliklə məhkəmə hesab edir ki, müqavilə şərtlərində “satıcının” avtomobilin qaytarılması və dəyişdirilməsi barədə hər hansı öhdəliliyi olmadığından və öhdəlikləri üzrə barəsində protokol tərtib edilmiş “X14” MMC tərəfindən Zərərçəkmiş şəxs ünvan 1 ünvanında yerləşən Şəxs MMCdən aldığı “X15 LC300” markalı avtomobildəki nasazlığın aradan qaldırılması üçün lazımı tədbirlər görüldüyündən (mühərrikin silindr bloku tam şəkildə yenisi ilə əvəz edilmiş, habelə ehtiyyat hissələri dəyişdirilmiş) və sonda avtomobil işlək vəziyyətdə vətəndaş Zərərçəkmiş şəxs təhvil verildiyindən Şəxs barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 444.2-ci maddəsinə əsasən satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Bu səbəbdən Şəxs MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in: 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-43, 48-51, 53, 114, 115,128- 130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 444.2- ci maddəsi ilə tərtib edilmiş MN ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-4510/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4510/2025
10.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver