Məhkəmə qərarları › İş №3(125)-4562/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4562/2025

10.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4562/2025 10.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-596/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, boclu Şəxs hər ay 193 manat aliment sabit pul məbləğində tutularaq, tələbkar X2 ödənilməlidir. Belə ki, borclu icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir, onun barəsində zəruri icra tədbirləri görülməsinə baxmayaraq borcunu qanunla müəyyən edilmiş müddətə ödəməkdən boyun qaçırmaqda təqsirlidir. Hazırda onun borcu 6609 (altı min altı yüz doqquz) manat təşkil edir. Göstərilənlərə əsasən o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq protokolu tərtib etmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan iclasın keçirilməsini mümükün hesab etmişdir. Tələbkar şəxs X4 xx.xx.2025-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq aliment borcunu tam şəkildə ödənilməsini, həmçinin icazəsiz satdığı mebel və qızıllarının pullarını da tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında borclu Şəxs çıxışında tələbkarın xx.xx.2025-ci il tarixdə yazdığı mesajını məhkəmənin diqqətinə çatdıraraq onun pulun yarısını istədiyini, qalan borcu isə hissə-hissə ödəməsinə razılıq verəcəyini bildirdiyini qeyd etmişdir. Sonda sədrlik edənin sualına cavab olaraq Rusiya Federasiyasından yeni gəldiyini, işsiz olduğunu, heç bir sənədi olmadığını və sənədlərini qaydaya saldıqdan sonra hissə-hissə borcunu ödəyəcəyini bildirmişdir. İş materiallarına əlavə edilmiş: - xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-596/2022 nömrəli, xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsini icra etmir. - Zaqatala Rayon Məhkəməsinin e-2(033)-596/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqindən görünür ki, 06 aprel 2019-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 10 may 2022-ci il tarixdən başlayaraq, cavabdeh Şəxs hər ay bir uşaq üçün 193 manat aliment sabit pul məbləğində tutularaq, iddiaçı X2 ödənilməsi qət edilmişdir. - xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərar və “tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, icra sənədi üzrə tələbi könüllü icra etməsi üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. - xx.xx.2022-ci il tarixli “borclunun axtarılması haqqqında” qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası üzrə axtarış elan olunmuşdur. - xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsində verdiyi izahatında borcundan 2500 manatını xx.xx.2025-ci il tarixdə ödədiyini, qalan borcunu isə hissə-hissə ödəyəcəyinə söz vermişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, borclunu dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. İşin faktiki hallarından görünür ki, Şəxs borcunu ödəməyərək icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun vəziyyətini yüngülləşdirən və ağırlaşdıran halları, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən : Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar