Məhkəmə qərarları › İş №3(125)-4571/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4571/2024

20.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4571/2024 20.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx.xx.1983-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 1 uşağı olan, barəsində bir il barəsində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində Gəncə şəhəri, Vaqif küçəsində X1 bazu və sağ bud nahiyələrinə sağlamlığına zərər vurmayan xəsarətlər yetirmiş və Gəncə şəhəri 3 saylı xəstəxananın qarşısında G.M.Əsgərovanın mülkiyyətində olan «Toyota Vits» markalı ** ML *** dövlət qeydiyyat nişanlı avtomobilə 190 manat məbləğində maddi ziyan vurmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş F.V.Quliyev göstərdi ki, o, Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə, saat 00:34 radələrində Samux rayonu, Sərkar kənd sakini X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «102» Xidməti zəng mərkəzinə və Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə müraciət edərək, xx.xx.2024-cü il tarixdə qeyri-rəsmi əri Şəxs onu döyərək, xəsarət yetirməsini və avtomobilinin ön şüşəsini və salon monitorunu sındıraraq, ümumilikdə 150 manat məbləğində maddi ziyan vurduğunu bildirmiş və Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Həmin faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci X6 Bölməsində araşdırma aparılmış və əməldə cinayət tərkibinin olmadığı müəyyən edildiyindən, xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra əməldə inzibati xəta tərkibinin olmasının yoxlanılması ona həvalə edilmişdir. Onun tərəfindən aparılmış araşdırma zamanı Şəxs əməlində İXM-nin 157 və 232-1-ci maddələrinin tərkibinin olduğu müəyyən edilmişdir. Buna görə Şəxs barəsində həmin maddələrlə inzibati xəta haqqında protokol tərtib olunmuş və məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs T.N.Yaqubov izahatında tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə özünü qismən təqsirli bilərək, göstərdi ki, o, G.N.Əsgərova ilə uzun müddət faktiki ər-arvad münasibətlərində olmuş, lakin aralarında olan nikahı qeydə aldırmamışlar. Hətta G.N.Əsgərovanın yaxın qohumları da onlar arasındakı münasibətlərdən xəbərdar olmuşdur. Buna görə də G.N.Əsgərovanı öz arvadı kimi qəbul etmiş və G.N.Əsgərovanın digər şəxslərlə ən adi münasibətlərini də qısqanmışdır. Son dövrlərdə G.N.Əsgərovanın onu xəbərdar etmədən tanımadığı şəxslərlə ünsiyyətdə olmasına görə də onunla G.N.Əsgərova arasında tez-tez dava-dalaş olmuşdur. 2024-cü ilin noyabr ayının əvvəllərində də onunla G.N.Əsgərovanın birlikdə yaşadıqları mənzildə onlar arasında münaqişəli vəziyyət yaranmış, G.N.Əsgərova onun qol nahiyəsindən tutaraq, onun qolunu sıxmışdır. Bu zaman o, əli G.N.Əsgərovanı özündən uzaqlaşdırmış, böyük ehtimalla həmin vaxt G.N.Əsgərovanın qol nahiyəsində izlər qalmışdır. Həmin hal onun tərəfindən qəsdən deyil, özünü müdafiə məqsədli ilə edilmiş hərəkət olmuşdur. Qeyd olunan səbəbdən onun həmin hərəkətində inzibati xətanın tərkibi yoxdur. Lakin xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində o, Gəncə şəhəri 3 saylı xəstəxananın qarşısında G.M.Əsgərovanın mülkiyyətində olan «Toyota Vits» markalı ** ML *** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşərkən görmüş və G.N.Əsgərovanı qınqandığına görə G.N.Əsgərovaya yaxınlaşıb etiraz etməyə başlamışdır. Bu zaman da onlar arasında mübahisə yaranmış, onun bədənin bir hissəsi avtomobildə, ayaqları isə avtomobilin xaricində, yəni yerdə olduğuna görə yıxılmamaq üçün nədənsə tutmağa çalışmış, bu zaman avtomobilin monitoruna əli dəyərək, monitor qırılmışdır. O, G.N.Əsgərova ilə barışmaq və münasibətlərini davam etdirmək istəyir. Sonda Şəxs əməlindən peşman olduğunu və himayəsində 1 azyaşlı uşağın olmasını bildirərək, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs G.N.Əsgərova izahatında göstərdi ki, o, uzun müddət Şəxsla birlikdə ər-arvad münasibətlərində olmuşdur. Lakin Şəxs daim onu psixoloji təzyiq altında saxlamış, ona və yaxın qohumlarına mənəvi əzab vermişdir. Hətta Şəxs hərəkətləri ilə əlaqədar onun atası uzun müddət qida qəbul etməmiş, onun oğlu da psixoloji sarsıntı keçirmişdir. Şəxs 2024-cü ilin noyabr ayında «Gəncə Qalası» satış mərkəzinin yaxınlığında avtomobili ilə hərəkətdə olarkən avtomobilin qapısını açaraq, onun üz nahiyəsindən xəsarətlər yetirmiş və monitorunu qırmışdır. Qeyd olunanlara görə o, Şəxs hərəkətlərini qəbul edilməz sayır və həmin şəxsin barışıq təklifini formal hesab edir. Sonda G.N.Əsgərova Şəxs barəsində ən ağır inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək, hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə Şəxs izahatında barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə özünü təqsirli bilməsə də «canlı şəxsin məhkəmə tibbi ekspertizası»nın xx.xx.2024-cü il tarixli 1517 nömrəli rəyində X1 bazu və sağ said nahiyələrinin qançırı küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəldiyi, əmələ gəlmə müddətinin xx.xx.2024-cü tarixə uyğun gəldiyi və sağlamlığa zərər vurmadığı üçün dərəcəsinin təyin edilmədiyi göstərilmişdir. Həmçinin həmin hal işin digər halları ilə, yəni cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarda şahid qismində dindirildiyi göstərilmiş X5 izahatına da uyğun gəlir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs izahatında özünü təqsirli bilməməsinə dair göstərdiyi xüsusat digər sübutlarla təkzib olunur və işin həqiqi hallarını əks etdirmir. Bundan başqa, məhkəmə G.N.Əsgərovanın əməlin ictimai yerdə törədilməsinə dair izahatında göstərdiyi xüsusatları işin digər halları ilə müqayisəli tədqiq edərək, hesab edir ki, əməlin ictimai yerdə törədilməklə, ictimai qaydanın kobud şəkildə pozulmasına dair məhkəmə hər hansı sübut təqdim olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, Şəxs izahatında göstərdiyi həmin xüsusat inandırıcı deyildir və ağlabatan mühakiməyə əsaslanmır. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs əməlindən qismən peşmançılıq hissi keçirməsini və onun himayəsində bir azyaşlı uşağın olmasını onun hərəkətlərində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs hərəkətlərində məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən bir əsas tənbehə əlavə edilə bilər. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs Azərbaycan Respublikası İXM-nin 157 və 232-1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-cı maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 157 və 232-1-ci maddələrinin müqayisəli tədqiqindən görünür ki, həmin Məcəllənin 157-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. İşin hallarını və Şəxs şəxsiyyətini, o cümlədən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən halları, habelə inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar