Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4572/2024 20.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlu sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci X4 Təhlükəsizlik Bölməsinin polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx.xx.1998-ci ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, barəsində bir il müddətində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510, 535.1 və Gəncə şəhər DYPŞ-dən 333-1.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, Heydər Əliyev prospekti ilə Adil Babayev küçəsinin kəsişməsində YPX-nın əməkdaşları tərəfindən qayda pozuntusu etdiyi üçün saxlanılmış, Şəxs avtomobili YPX-nın həyətinə aparılan zaman ucadan səs-küy salıb, nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510, 535.1-ci və 333-1.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci X4 Təhlükəsizlik Bölməsinin polis kapitanı X3 göstərdi ki, Gəncə şəhər BPİin DYPŞ-in YPX-in inspektoru, polis baş serjantı X1 şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə müraciət edərək bildirmişdir ki, 19 dekabr 2024-cü il tarixdə saat 14:05 radələrində «BMW» markalı 99 YP 223 dövlət qeydiyyat nişanlı patrul avtomobili ilə ekibaj yoldaşı Mürşüd Abdıyev ilə xidmətdə olan zaman Gəncə şəhəri, Heydər Əliyev prospektində saxlanılması vacib olan avtomobil «Naz Lifan» markalı, ** DJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə saxla işarəsi vermiş, sürücü saxla əmrinə tabe olmayaraq hərəkətini davam etdirdiyi üçün H.Əliyev prospekti ilə Adil Babayev küçəsində süni tıxac yaradaraq saxladıqlarını, sürücüyə qayda pozuntusu izah olunaraq duracağda gedəcəkləri bildirən zaman sürücünün yüksək səslə səs küy salmağa başlayaraq avtomobili buraxmayacaqları təqdirdə özünə xəsarət yetirəcəyini bildirmişdir. Şəxs YPX-nın həyətinə aparılan zaman ucadan səs-küy salmış, nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, xx.xx.2024-cü il tarixdə o, Gəncə şəhər BPİ-nin DYPŞ-nə digər avtomobiliylə bağlı getmişdir. Orada olarkən ona avtomobilinin axtarışda olması bildirmişdir. O da özünə məxsus “Naz lifan” markalı, **-DJ- *** dövlət qeydiyyat nişanlı avtomobili sürərək ona verilən saxla əmrinə tabe olmamış və oradan çıxmışdı xx.xx.2024-cü il tarixdə günorta saatlarında Gəncə şəhəri, H.Əliyev küçəsi ilə evə doğru hərəkət edərkən ona polis əməkdaşları xidməti avtomobillə yaxınlaşmışdır və «saxla» əmri vermişdir, lakin o saxlamamışdır. Bundan sonra Mərkəzi poçtun yaxınlığında yerləşən işıqforda tıxac olduğu üçün avtomobilini saxlanmışdır. Bu zaman polis əməkdaşları xidməti avtomobilləri ilə ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra spirtli içkinin təsiri altında olmağından şübhələndiklərini bildirərək, onun müayinədən keçirməli olduqlarını bildirmişdilər. Polis əməkdaşlarının qanuni tələblərinə əməl edərək, onlarla birlikdə Gəncə şəhər Narkoloji Dispanserdən müayinədən keçmək üçün getmişdir. Müayinə zamanı onun narkotik vasitə olan THC (Marixuana) istifadə etdiyim müəyyən olunmuşdur. Bundan sonra polis əməkdaşları ona Gəncə şəhər 1-ci PŞnə gətirərək, növbətçi hissəyə təhvil vermişdirlər. Təxminən 20 gün əvvəl yaşadığı evin yaxınlığında zibil tullantılarının qarşısında narkotik vasitə olan marixuana tapmışdır və ondan 15 gün bundan əvvəl isə 1 dəfə siqaret çəkmə üsulu ilə istifadə etmişdir. Lakin nə üzərində, nə də ki, başqa heç bir yerdə narkotik vasitə və psixotrop maddə saxlamır. Həmin maddələrin satışı ilə məşğul olmur və olmamışdır. Özünə heç bir xəsarət yetirməmişdir və elə bir niyyəti də yoxdur. Əsəbləşdiyi üçün özünə xəsarət yetirməsi barədə məlumat vermişdir. Barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, dinləyərək, hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510, 535.1 və 333-1.1-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bilməsə də, ilkin araşdırma zamanı özünün verdiyi izahat və işin digər materialları ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 206, 510, 535.1 və 333-1.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi müəyyən olunmuşdur. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs əməlindən peşmançılıq hissi keçirməsini onun hərəkətlərində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs hərəkətlərində məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən bir əsas tənbehə əlavə edilə bilər. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs Azərbaycan Respublikası İXM-nin 206, 510, 535.1 və 333-1.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq, hesab edilir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 206, 333-1.1, 510 və 535.1-ci maddələrinin müqayisəli tədqiqindən görünür ki, həmin Məcəllənin 206-cı maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. İşin hallarını və Şəxs şəxsiyyətini, o cümlədən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Bundan başqa, iş materiallarında olan ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli 2005 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İXM-nin 37.1-ci maddəsinin tələbinə görə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq hesab edirəm ki, Azəbaycan Respublikası İXM-nin 37.1-ci maddəsinə əsasən Şəxs narkomaniyadan məcburi təyin edilməli və Şəxs məcburi müalicə inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunmalıdır. Həmçinin hesab edirəm ki, Şəxs inzibati qaydada tutulduğu və azadlıq hüququ faktiki olaraq, xx.xx.2024-cü il tarixdə, saat 14:20-də məhdudlaşdırıldığına görə inzibati həbsin əvvəli həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 333-1.1, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 19 dekabr 2024-cü il tarixdən saat 14:20-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Azəbaycan Respublikası İXM-nin 37.1-ci maddəsinə əsasən Şəxs narkomaniyadan məcburi təyin edilsin və ona təyin edilmiş məcburi müalicə inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunsun. Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərar inzibati həbs növündə inzibati tənbeh tətbiqinə dair hissədə dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №3(125)-4572/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4572/2024
20.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver