Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4582/2025 27.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Umud oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, Gəncə şəhər BPİ-nin 1-ci X2 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Goranboy rayonu, Göynüyən kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Goranboy rayonu, Göynüyən kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Gəncə şəhəri BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Nümayəndə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 27 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək Gəncə Şəhər Məhkəməsinə təqdim edilmişdir. Sözügedən inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərində arvadı Şahid1 və qaynanası Şahid2 söyərək təhqir etmişdir. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin polis sahə rəisi Nümayəndə protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərində boşanma ərəfəsində olduğu arvadı Şahid1 və qaynanası Şahid2 söyərək təhqir etmişdir. Şahid1 DİN-nin 102 xidmətinə zəng edərək Şəxs onların evinə gəlib münaqişə etdiyini və nalayiq ifadələr işlədərək təhqir etməsinə dair məlumat vermişdir. Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə izahat verərək bildirdi ki, o hal-hazırda həyat yoldaşı Şahid1 ilə boşanma ərəfəsindədir. Həyat yoldaşı ona çoxsaylı zənglər etmiş, o da telefon zəngini açdıqdan sonra danışarkən ona nalayiq ifadələr demişdir. Qaynanası gilə gedib orada onları nə təhqir etmiş, nə də ki onlara təzyiq göstərmişdir. İctimai qaydanının pozulmasına yönəldilmiş hərəkətlərə yol verməmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq onun barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyə izahat verərək bildirdi ki, o hal-hazırda həyat yoldaşı Şəxs ilə boşanma ərəfəsindədir. Həyat yoldaşının bibisi qızı qaynatasının evində qalır və ona zəng edərək Turalın onunla evlənəcəyini, həmin evdə olan əşyalarını gəlib götürməsini demişdir. Şəxs onun qaldığı evə gəlib üzərinə hücum çəkmiş, onu və anasını söyüb təhqir etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəməyə izahat verərək bildirdi ki, Şəxs qızının həyat yoldaşıdır, hal-hazırda onlar boşanma ərəfəsindədir. Qızı onun evində qalır. Şəxs azyaşlı uşaqlarının qayğısına qalmır. Ona və qızına zəng edərək nalayiq ifadələr demiş, onları təhqir etmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan 27 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərində arvadı Şahid1 və qaynanası Şahid2 söyərək təhqir etmişdir. Lakin nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs ictimai qaydanı pozması faktını təsdiq edən heç bir mötəbər sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında bildirdi ki, o, heç bir şəkildə ictimai qaydanının pozulmasına yönəldilmiş hərəkətlərə yol verməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən ictimai qaydanın pozulması faktı öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, səlahiyyətli orqan Şəxs ictimai qaydanı konkret olaraq hansı hərəkətlər ilə pozmasını təsdiq edən mötəbər sübutları (səs yazısı, video çəkiliş və s.) məhkəməyə təqdim etməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXMin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, tərəflər arasında olar mübahisə onların şəxsi münasibətlərindən irəli gəlir və bir başa ictimai qaydadının pozulmasına yönəldilməmişdir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: 27 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(125)-4582/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4582/2025
27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver