Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4584/2025 28.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Tahir oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Gədəbəy rayonunun Arıxdam kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Gədəbəy rayonunun Arıxdam kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri, Sevinc qəsəbəsi, 5-ci küçə ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 206-cı və 333-1.1-ci maddələri ilə Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 206-cı və 333-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində inzibati xəta haqqında material tərtib olunaraq baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2025-ci il tarixdə Şəxs “Kia-Rio” markalı, **-EP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili narkotik vasitənin təsiri altında idarə etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 1 ay bundan əvvəl toydan çıxanda sərxoş vəziyyətdə olmuş, polis tərəfindən saxlanılmış, cərimə edilmiş, maşını isə cərimə meydançasına yerləşdirilmişdir. Həmin cəriməni ödəmişdir. Dünən yenidən polis tərəfindən saxlanılmış, analiz götürülmüşdür. Narkotik vasitə istifadə etməmişdir. Əməlindən peşman olduğunu göstərərək, barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında protokol tərtib etmiş Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X4 izahatında göstərdi ki, barəsində protokol tərtib olunan şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib, istifadə etmiş və nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə Şəhər Baş Polis İdarəsinin DYPŞ-nin polis serjantı X2 izahatında göstərdi ki, Şəxs Hərbi Hospitalın qarşısında əməliyyatçılar tərəfindən saxlanılmış və onlara məlumat verilmişdir. Şəxs dispanserə aparılaraq, ondan analiz götürülmüş və məlum olmuşdur ki, nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etmişdir. Dispanserdə həkim tərəfindən şəxsə narkotik vasitə istifadə etdiyi izah edildikdə, 1 ay bundan əvvəl çəkdiyini göstərmişdir. İnzibati materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə qanunsuz narkotik vasitədən istifadə etdiyi müəyyən edilmiş, inzibati xəta törətdiyi aşkar edilmişdir. Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci X3 Bölməsinin baş təhqiqatçısı, polis mayoru Cavidan Həsənov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və barəsində İXM-in 333-1.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Gəncə Şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin İTB-yə göndərilmişdir. xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2025-ci il tarixli, BB ******* nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 20:30-da tutulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məcburi narkoloji-tibbi yoxlamaya dair xx.xx.2025-ci il tarixli, 1878 saylı rəyin surətindən görünür ki, Şəxs narkotik vasitə olan kannobinoiddən epizodik istifadə etmə halları olmuşdur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. xx.xx.2025-ci il tarixli, 4124/2025 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktının surətindən görünür ki, Şəxs sidikdə THC aşkar edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı və 333-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetir. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs daha ciddi xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən olunmadı. Törədilmiş inzibati xətanın xarakterini və digər xüsusiyyətlərini nəzərə alıb məhkəmə Şəxs inzibati qaydada tənbeh edərkən onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yenidən inzibati xəta törətməsinin qarşısını almaq məqsədi ilə barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112,114,115,117,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 333-1.1-ci maddələri ilə təqsirli bilinib, İXM-nin 34.3-cü maddəsinə əsasən İXM-nin 206-cı maddəsi ilə 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsin əvvəli xx.xx.2025-ci il tarixdən saat 20:30-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(125)-4584/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4584/2025
28.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver