Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4585/2025 28.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, Gəncə Şəhər BPİ-nin DYPŞ-nin polis baş leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2007-ci ildə Daşkəsən rayonunun Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X4 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncə Şəhər BPİ-nin DYPŞ-nin polis baş leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs “Khazar LX” minik markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, maşını etibarnamə ilə idarə etmişdir. Əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcəyini göstərərək, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs “Khazar LX” minik markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati materiala əlavə edilmiş DVD diskdə olan videogörüntüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi yolda idarə etdiyi “Khazar LX” minik markalı, **-GF-*** nömrə nişanlı avtomobili qəflətən sürətləndirib sərt tormozlaması nəticəsində avtomobilin yerində fırlanmasına səbəb olan manevr etmiş və digər avtomobillər üçün təhlükəli qəza şəraiti yaratmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs törətdiyi əməl İXM-in 511.1.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Şəxs İXM-in 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində tərtib edilmiş inzibati materialda olan sübutlarla tam sübuta yetirilir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəliliyini nəzərə alıb, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xətanın törədilməsinin qarşısını almaq məqsədi ilə barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Həbsdə saxlama müddətinin əvvəli tutulduğu vaxtdan xx.xx.2025-ci il tarixdən, saat 19:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla, barəsində 15 (on beş) gün müddətinə inzibati qaydada həbs tənbehi tətbiq edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 19:00-dan hesablansın. Qərarın icrası Gəncə Şəhəri Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya biləvasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(125)-4585/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4585/2025
28.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver