Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4588/2025 15.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X12 Umud oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X6 Xidməti 10 saylı X2 nümayəndəsi böyük məsləhətçi-müfəttiş Nümayəndə iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və Samux rayonu, İnstitut qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X6 Xidməti 10 saylı X1 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 26 noyabr 2025-ci il tarixli protokola əsasən Şəxs ünvan 3 ünvanında yerləşən subartezian quyusunun (Reper 35/284 nömrəli) mühafizə zonasında Şəxs tərəfindən xx.xx.2025-ci il su obyektlərinin istifadəsinə və mühafizəsinə nəzarət orqanı ilə razılaşmış layihə sənədi olmadan tikinti işlərinin aparılması aşkar edilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və X6 Xidməti 10 saylı X2 nümayəndəsi, böyük məsləhətçi-müfəttiş Nümayəndə protokolun məzmununa uyğun çıxış edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan: MN seriyalı ******* nömrəli, 26 noyabr 2025-ci il tarixli protokolda qeyd edilmiş Şəxs izahatından görünür ki, tikintini özü aparır, heç bir podratçı şirkətə verməmiş, subartezian quyusunun mühafizə zonasında tikinti işinin aparılması üçün nəzarət orqanı ilə razılaşmış layihə sənədindən məlumatı olmamışdır. xx.xx.2025-ci il tarixli 002054 nömrəli aktdan görünür ki, Gəncə şəhəri, X10 küçəsi 96A ünvanında yerləşən 35/284 reper nömrəli subartezian quyusunun mühafizə zonasında tikinti işlərinin aparılması nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 21 avqust tarixli 109 nömrəli qərarı ilə təqsdiq edilmiş “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi” qaydalarının 6.1.4-cü bəndinin tələbləri pozulmuşdur. Azərbaycan Dövlət Su X3 Su Meliorasiya xidməti PHŞ X11 Sistemləri İstismarı İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdə X11 Sistemləri İstismarı İdarəsinin balansında olan 35/284 reper nömrəli subartezian quyusunun mühafizə çəpərləri yaxınlıqda aparılan tikinti şirkətinin işçiləri tərəfindən obyekt tikmək üçün sökülmüşdür. Azərbaycan Dövlət Su X3 Su Meliorasiya xidməti PHŞ X11 Sistemləri İstismarı İdarəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Gəncə şəhər 4 nömrəli məktəbin yanında yerləşən 35/284 reper nömrəli subartezian quyusu 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə qazılaraq, X11 Sistemlərinin İstismarı idarəsinin balansındadır və vətəndaşların məişət-kommunal, suvarma suyuna olan tələbatını ödəyir. Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin istifadəsinin təyin edilməsi haqqında “dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısı, mühafizə rejimi və təhlükəsizliyi üzrə təsnifatı”nın, “hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması qaydalarının və “mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 109 nömrəli Qərarının 6.1.4-cü bəndinə əsasən Su quyularında (subartezian, kaptaj və s. yeraltı suqəbuledici qurğular) mühafizə zonalarının ölçüsü quyudan (qrup halında yerləşən quyularda isə kənardakı quyudan) götürülməklə hər tərəfə mühafizə olunan yeraltı sularda 30 m-ə qədər, kifayət qədər mühafizə olunmayan yeraltı sularda isə 50 m-ə qədər qəbul edilmişdir. Buna müvafiq olaraq, X11 Sistemlərinin İstismarı idarəsinin balansında olan 35/284 reper nömrəli subartezian quyusunun mühafizə zolağı 30 metr təşkil edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (**********81 reyestr nömrəli) çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən 0,1372 ha torpaq sahəsi xx.xx.2024-cü il tarixdən xx.xx.2029-cu il tarixədək Şəxs icarəyə verilmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 264.0.3cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsinə əsasən su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin istifadəsinin təyin edilməsi haqqında “dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısı, mühafizə rejimi və təhlükəsizliyi üzrə təsnifatı”nın, “hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması qaydalarının və “mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 109 nömrəli Qərarının 6.1.4-cü bəndinə əsasən su quyularında (subartezian, kaptaj və s. yeraltı suqəbuledici qurğular) mühafizə zonalarının ölçüsü quyudan (qrup halında yerləşən quyularda isə kənardakı quyudan) götürülməklə hər tərəfə mühafizə olunan yeraltı sularda 30 m-ə qədər, kifayət qədər mühafizə olunmayan yeraltı sularda isə 50 m-ə qədər müəyyən edilmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb və ona əlavə edilmiş foto-şəkillərə baxış keçirib müəyyən etdi ki, Şəxs tərəfindən su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməmişdir. İnzibati tənbehin növünü seçərkən inzibati xəta törədən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs (FİN – xxxxxxx) Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsi ilə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(125)-4588/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4588/2025
15.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver