Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-459/2025 05.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.1989-cu il təvəllüdlü, orta təhsilli, subay, məhkumluğu olmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində olan Gəncə şəhər Məhkəməsinin 2(125)-229/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2022-ci il tarixindən başlayaraq hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment pulu alınaraq tələbkar X2 xeyrinə ödənilməsi qərara alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsulliyətə cəlb olunacağı barədə xəbərdarlıq göndərilmişdir. Lakin borclu icra sənədində göstərilən borcunu ödəməmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununlada borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X6 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, borcun ödənilməsi tələb edilmişdir. Lakin borclu bugünə kimi heç bir ödəniş etməmişdir. Hal hazırda Şəxs 8220 (səkkiz min iki yüz iyirmi) manat yığılmış aliment borcu vardır. Protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, o, rəsmi qaydada heç bir ödəniş etməmişdir. Lakin o, uşaqlarının təhsil xərclərin, geyim xərclərin çəkmişdir. Onun borcunu ödəməyə hal-hazırda maddi imkanı yoxdur. Əgər ona 10 (on) gün vaxt verilsə o, aliment borcundan ödənişi edə bilər. Ona görə də iş üzrə icraat xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Gəncə şəhər Məhkəməsinin 2(125)-229/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 08 avqust 2022-ci il tarixdən başlayaraq, 04 avqust 2012-ci il təvəllüdlü X3 və 17 yanvar 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ataları Şəxs hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub X5 verilməlidir. - icraat başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Gəncə şəhər Məhkəməsinin 2(125)-229/2023-007 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraat başlanılmışdır. - tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, həmin bildiriş borclu tərəfindən imza atılmaqla xx.xx.2023-cü il tarixdə götürülmüşdür. - xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Şəxs borcunu ödəməyəcəyi təqdirdə inzibati və cinayət məsuliyyətinə cəlb edilmək barəsində xəbərdar edilmişdi. - 10 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən Gəncə Şəhər 1-ci Polis Şöbəsinin rəisi, polis-mayoru cənab Xanlar Məmmədova ünvanlanmış məktubdan görünür ki, Şəxs barəsində axtarış işi açılması və açıldıqdan sonra Gəncə şəhəri üzrə İcra İdarəsinə məlumat verilməsi xahiş olunmuşdur. -26 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər 1-ci Polis Şöbəsi tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış məktubdan görünür ki, borclu Şəxs barəsində Gəncə şəhər 1-ci Polis Şöbəsinin İTB-i tərəfindən xx.xx.2023-cü il tarixdə 550580 saylı axtarış elan edilmişdir. -30 may 2023-cü il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər 1-ci Polis Şöbəsinə ünvanlanmış məktubdan görünür ki, Gəncə şəhər Məhkəməsinin 2(125)-229/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə sasən borclu Şəxs barəsində axtarış işi açılması bildirilmiş və borclu Şəxs barəsində açılmış axtarış işinə xitam verilməsinə aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir. - Gəncə şəhər Məhkəməsinin 14 aprel 2023-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində 30 may 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. - “Borclunun axtarılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Borclu aliment borcunun könüllü ödənilməsi ilə bağlı bildirişi aldıqdan sonra hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən aliment borcundan heç bir ödəniş edilməmiş, lazımi qaydada ödənilməsinə laqeydlik göstərmiş. Borclu Şəxs icra sənədini icra etmək üçün işləmək imkanı olduğu halda işləməmişdir. İcra sənədinin icrasına səhlənkar yanaşmışdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi mövcuddur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 05 fevral 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-459/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-459/2025
05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver