Məhkəmə qərarları › İş №3(125)-4591/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4591/2025

19.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4591/2025 19.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, “Şəxs”nin rəhbəri X1 iştirakı ilə, “Şəxs” tərəfindən Azərbaycan Respublikası İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Gəncə şəhəri BPİ-nin X6 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Baş Polis İdarəsi X6 Şöbəsindən daxil olmuş İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 16:01-də “Şəxs”nin mülkiyyətində (istifadəsində) olan “Khazar” minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs Bakı-Qazax yolu 235.7-ci km Qazax istiqamətində yolda müəyyən edilmiş hərəkət sürətini 21 km/saat həddində aşmışdır. İnzibati xətanı törətmiş fiziki şəxs barədə məlumat verilmədiyindən “Şəxs” barəsində Azərbaycan Respublikası İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında “Şəxs”nin nümayəndəsi X3 çıxışında bildirmişdir ki, hər il idarənin mülkiyyətində olan avtomobillərin sürücüləri barədə məlumatı əks etdirən məktub X7 İdarəsinə təqdim edilir. Eyni məzmunlu məktub bu il də idarə tərəfindən 03 mart 2025ci il tarixdə X7 İdarəsinə təqdim edilmiş, lakin idarə tərəfindən qeydiyyata alınmamışdır. (məhkəməyə məktub təqdim edir) O, bununla bağlı polis idarəsinə müraciət etdiyini və məsələ ilə bağlı idarənin əməkdaşının öz məsuliyyətsizliyini etiraf etdiyini qeyd edərək qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə həvalə etmişdir. Gəncə şəhəri Baş Polis İdarəsi X6 şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə nümayəndəni dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Gəncə şəhəri Baş Polis İdarəsi X6 Şöbəsi tərəfindən Şəxsnə ünvanlanmış bildirişdən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 18:01-də “Şəxs”nin mülkiyyətində olan “Khazar” minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs Bakı-Qazax yolu 235.7-ci km Qazax istiqamətində yolda müəyyən edilmiş hərəkət sürətini 21 km/saat həddində aşmışdır. Törədilmiş xətaya görə Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulur. “Şəxs”nin inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat (adı, soyadı, atasının adı, sürücülük vəsiqəsinin seriya və nömrəsi) verilməsi xahiş olunmuş, sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində tələb olunan məlumatın verilməməsinə görə Məcəllənin 347-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulduğu barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə “Şəxs”nin əməlində Azərbaycan Respublikası İXM-in 347-ci maddəsi ilə nəzərdə tutulmuş tərkibin olmasını təsdiq edən heç bir dəlilin və sübutun olmaması nəzərə alaraq hesab edir ki, hüquqi şəxsin inzibati xəta törətməsi barədə şübhələr hər bir halda onun xeyrinə qiymətləndirilməlidir. Belə ki, “Şəxs” tərəfindən orqanın ünvanına sürücü barədə məlumatı əks etdirən məktub ünvanlanmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş həmin məktubdan görünür ki, “Şəxs”nin mülkiyyətində olan “Khazar” minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən (xx.xx.2025 - xx.xx.2027) X2 olmuşdur. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, “Şəxs”nin əməlində Azərbaycan Respublikası İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Şəxs” barəsində İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar