Məhkəmə qərarları › İş №3(125)-4592/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-4592/2025

02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-4592/2025 02.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Gəncə Şəhər Məhkəməsinin hakimi Xanməmmədova Liza Əliəşrəf qızı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti Gəncə Regional X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarının ləğv edilməsinə dair X1 şikayət ərizəsinə işə baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: X3 şikayətlə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək X4 Xidməti Gəncə Regional X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, X3 tərəfindən inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası İXM-in 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57ci maddəsində nəzərdə tutulmuş qaydada rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Belə ki, şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərardan görünür ki, həmin qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmiş və həmin qərarda barəsində inzibati tənbeh tətbiq edilən şəxsin 10 gün müddətində şikayət vermə hüququnun olması göstərilmişdir. Lakin, X3 həmin qərar üzrə şikayət ərizəsini xx.xx.2025-ci il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, bununla da o, qərardan şikayət vermə müddətini ötürmüşdür. Qeyd olunan Məcəllənin 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcudluğu araşdırılır. Şərh olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, X3 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürdüyündən, onun həmin şikayətinə baxılmasından imtina olunmalı, səlahiyyətli orqana (Gəncə Regional X4 İdarəsi) buraxılmış prosessual müddətin bərpası barədə vəsatətlə müraciət etmək hüququnun olması izah olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 109, 130 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 barəsində X4 Xidməti Gəncə Regional X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli MN ******* nömrəli inzibati qərardan verdiyi şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılsın. X2 inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair səlahiyyətli orqana vəsatətlə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar