Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4598/2025 01.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: Şəxs barəsində olan Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol və ona əlavə edilmiş materiallar Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclası xx.xx.2025-ci il tarixə, saat 17.50-yə təyin edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçi qismində təyin olunacaq vəkilin hüquqi yardımından istifadə edib-etməməsi məsələsinin həlli üçün ərazi üzrə vəkil qurumundan vəkillər sırasından hər-hansı bir vəkil məhkəməyə dəvət olunmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının İXM-nin 65 və 66-cı maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə 01 dekabr 2025-ci il tarixə, saat 17.50-yə təyin olunmuş məhkəmə iclasına müdafiəçi qismində təyin olunacaq vəkilin hüquqi yardımından istifadə edib-etməməsi məsələsinin həlli üçün Azərbaycan Respublikası Vəkillər X1 Vəkil Bürosunun vəkilləri sırasından hər-hansı bir vəkil məhkəməyə dəvət edilsin. Qərarın icrası Azərbaycan Respublikası Vəkillər X1 Vəkil Bürosuna həvalə edilsin. Hakim : Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-4598/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4598/2025
01.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver