Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4608/2025 02.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Umud oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs MMC-nin etibarnamə üzə nümayəndəsi Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 02 dekabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-157/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən, Şəxs 10508 manat pul vəsaiti və 156 manat dövlət rüsumu tutularaq müvafiq olaraq tələbkar Zərərçəkmiş şəxs MMC-yə və dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iclasında iştirak edən icra məmuru Ülvi Quliyev bildirdi ki, borclu Şəxs müvafiq məhkəmə qərarının icrası ilə əlaqədar onun tələblərini yerinə yetirməmiş, nəticədə 10664 manat borcu yaranmışdır və bununla əlaqədar Şəxs barəsində sözügedən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Borcluya tələbin könüllü icrası barədə bildiriş verdikdən sonra izahat verərək bidirmişdir ki, borcunu hissə-hissə ödəyəcək, lakin borcundan heç bir ödəniş etməmişdir. Sonda protokolu müdafiə etdiyini bildirərək, iş üzrə yekun qərarın qəbul edilməsini məhkmənin mülahizəsinə həvalə etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə izahat verərək, bildirdi ki, borcunu ödəyə bilməməsi qərəzli olmamış, stabil işi və maddi imkanı olmadığı üçün borcunu ödəyə bilməmişdir. İki azyaşlı uşağı vardır. Ailədə yeganə qazanc gətirən şəxsdir. Ana və atası şəkər xəstəsidir. İki gündür ki, usta kimi işləyir, 10 gün müddətində borcundan 500 manat, növbəti müddətlərdə isə borcunun qalan hissəsini ödəyəcəkdir. Qeyd edilənləri nəzərə alaraq barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs MMC-nin etibarnamə üzə nümayəndəsi Nümayəndə bildirdi ki, borclu Şəxs borcunu ödəmir, borcunu hissə-hissə ödəyəcəyini bildirsə də, heç bir ödəniş etməmişdir. İş materiallarında olan: “İcraata başlamaq haqqında” 13 mart 2025-ci il tarixli qərarın surətindən görünür ki, Gəncə Şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 xx.xx.2025-ci il tarixdə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e2-2(115)-157/2025 nömrəli icra sənədini icraatına qəbul edərək, icra sənədi üzrə icraata başlamışdır. “Tələbin könüllü icrası haqqında” xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, borclu Şəxs Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli icra sənədinin icrası üçün 10 gün müddət verilmişdir. Müvafiq idarə və təşkilatlara edilmiş elektron sorğulardan görünür ki, borclunun heç bir əmanəti, əmlakı və gəlirləri müəyyən edilməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, borclu Şəxs maddi imkanınının olmaması, ailədə yeganə gəlir gətirən şəxsin olması, qısa müddət ərzində borcunu hissə-hissə ödəyəcəyini bildirməsi və s. halların olması onu göstərir ki, o barəsində olan icra sənədinin icrasından yayınmağa çalışmamış, borcunu ödəyə bilməmsi qərəzli olmamışdır. Ona görə də məhkəmə bu nəticəyə gəlir ki, barəsində icraat aparılan şəxsin əməlində qərəz mövcud deyildir. Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, işin təsvir edilmiş hallarını, onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini və yuxarıda qeyd edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İXM-in 40, 43, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsi şikayət verilə bilər. Sədrlik edən hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(125)-4608/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4608/2025
02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver