Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-4634/2025 09.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Gəncə Şəhər Məhkəməsinin hakimi Xanməmmədova Liza Əliəşrəf qızı, Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1 maddəsi ilə xx.xx.2025ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokola əsasən vəzifəli şəxs X2 tərəfindən inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın icrası ilə bağlı DƏMX-nin Bakı şəhər İdarəsinin xx.xx.2024-ci il tarixli, 3-175/2-15541/2024 nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər görülməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Çünki xx.xx.2024-cü il tarixli Gəncə Şəhər İcra İdarəsinin “icraata xitam verilməsi haqqında” qərarından görünür ki, icra sənədində qeyd olunan tələb borclu X2 tərəfindən tam şəkildə icra edilmişdir. Belə ki, borclu tərəfindən 1800 manat cərimə tutularaq dövlət nəfinə keçirilmiş, bununla bağlı ******* nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinin icraatına xitam verilmişdir. Buna baxmayaraq protokolu tərtib etmiş orqan dəfələrlə eyni məzmunlu yəni, 1 fevral 2024-cü il tarixli ******* nömrəli qərarın icra edilməməsi səbəbindən məhkəməyə protokol ilə müraciət etmişdir. (Gəncə Şəhər Məhkəməsinin 3(125)-3662/2025 nömrəli 20 iyun 2025-ci il tarixli və 3(125)-1742/2025 nöməli 29 sentyabr 2025-ci il tarixli qərarlarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı Şəhər İdarəsinə qaytarılmışdır) Odur ki, Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, X1 hərəkətlərində Azərbaycan Respublikası İXM-in 529.1-1 maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən və onun barəsində iş üzrə icraata xitam verilməsi haqqında qərar mövcud olduğundan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının ƏƏSMN yanında DƏMX-nin Bakı şəhər İdarəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMCnin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı Şəhər İdarəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Liza Xanməmmmədova
Məhkəmə qərarları › İş №3(125)-4634/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-4634/2025
09.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver