Məhkəmə qərarları › İş №3(125)-466/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-466/2023

07.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-466/2023 07.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi Sənani Məmmədovun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X2, zərərçəkmiş şəxs X4 iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan küçəsi 5-dön küçəsi, ev 18 də qeydiyyatda olmaqla yaşayan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Sənani Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, X7 xx.xx.2023-cü il tarixdə X5 yaşadığı ünvanda nalayiq söyüşlərlə söyüb, təhqir edərək hədələmişdir. Beləliklə də, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sənani Məmmədov izahatında göstərdi ki, zərərçəkmiş şəxs dəflərlə 102 xidmətinə yığaraq X2 onu təhqir etdiyini hədlədiyini bildirmişdir. Ona görə də X7 şöbəyə çağıralaraq barəsində protokol tərtib edilmişdir. Buna görə də, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Suallara cavab olaraq bildirmişdir ki, X2 yaşdığı yerin sahə rəisi olduğundan onu tanımışdır. Zərərçəkmiş şəxsin izahatı əsasında protkol tərtib edilmişdir. Başqa hər hansı bir sübut mövcud deyildir. Hadisəni heç kim görməmiş, eşitməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X7 izahatında bildirdi ki, inzibati xəta haqqında protokolda qeyd edilən İXM-nin 510-cu maddəi ilə nəzərdə tutulan əməli törətməmişdir, zərərçəkmiş şəxs müəllimə olub, onua böyük hörməti var, onun oğlu yaşındadı, neçə dəfə, müəlliməyə demişdir ki, sənin oğlunam, nə köməklik lazım olsa desin. Zərərçəkmiş şəxsi döyməmiş, təhqir etməmişdir. Sadəcə zərərçəkmiş şəxs ona arvadının ondan xəbərsiz başqa nömrə istifadə etdiyi bildirmişdir. Oda onların evinə gedərək zərərçəkmiş şəxsin telefonu ilə deyilən nömrəyə zəng eləmiş və həqiqətən yoldaşının götürməsinin şahidi olmuşdur. Daha sonra məsələni başqa cür olduğunu öyrənmişdir. Barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X8 izahatında bildirdi ki, X7 bəzi məsələri düz desə də çox hissəsin yalan danışır. X2 yoldaşı onu tərk edərək Qəbələyə getmişdir. Hara getməsindən onu xəbəri olmuş lakn X3 bu barədə deməmişdir. xx.xx.2023cü il tarixdə X7 onların evinə məcburi olaraq girmiş və yoldaşının hara getm\sini soruşmuşdur. O isə bilmədiyini öz ailəvi məslələrinə onu qarışdırmamalrını bildirmişdir. Daha sonra X7 onu yaxasından tutaraq silkələyib, söyüşlər söyərək getmişdir. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, X7 tərəfindən İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq edən mötəbər sübutlar yoxdur. Belə ki, protokol X7 oğlunun xırda xuliqanlıq etməsi ilə tərtib edilsə də, xırda xuliqanlıq hərəkətlərinin nədən ibraət olması, sonuncunun ictimai qaydanı pozan hərəkətlər etməsi, zərərçəkmiş şəxsin üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə hər hansı hərəkətlər etməsi hər hansı sübutla (kamera görüntüləri, şahid ifadələri) təsdiq edilmir.Bu barədə yalnız zərərçəkmiş şəxsin izahatı var. Zərərçəkmiş şəxsin üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə hər hansı hərəkətlər etməsi, X2 həqiqətən də ictimai qaydanı pozması digər sübutlar ilə öz təsdiqini tapmadığından onun hərəkətlərində İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar