Məhkəmə qərarları › İş №3(125)-4672/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-4672/2025

15.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-4672/2025 15.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Gəncə Şəhər Məhkəməsinin hakimi Xanməmmədova Liza Əliəşrəf qızı, X1 xx.xx.2025-ci il tarixli, EQ 32555279 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, EQ 32555279 nömrəli inzibati tənbeh vermə haqında qərar və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Şikayət və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət aidiyyəti üzrə düzgün verilmədiyindən baxılması üçün aidiyyəti üzrə Kəlbəcər Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmə hərəkətsizlikdə ifadə olunur. İşin məhkəmə icraatının mümkünlüyünün yoxlanılması zamanı Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə edilmiş sorğudan görünür ki, X1 ünvanı Kəlbəcər rayonu, Lev ə/d., Lev kəndidir. Azərbaycan Respublikası İXM-in 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Beləliklə, məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı həll edilməli məsələni nəzərdən keçirərək belə nəticəyə gəlir ki, X1 verdiyi şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Kəlbəcər Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 110, 118-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X1 xx.xx.2025-ci il tarixli, EQ 32555279 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət aidiyyəti üzrə baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilsin. Hakim: Xanməmmədova Liza

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar