Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4677/2025 19.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, şikayət vermiş şəxsin nümayəndəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, DƏMX Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarı ilə X5 İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinib 700 manat məbləğində cərimə olunmuşdur. Hesab edir ki, vəzifəli şəxs işin hallarını tam araşdırmamış, sübutlara düzgün qiymət verməmiş və bunun nəticəsində səhv qərar qəbul etmişdir. Belə ki, işəgötürən Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü və 173-cü maddəsinin 1-ci bəndinin tələblərini pozmuşdur. Bildirir ki, ona bildiriş göndəriləndən sonra Gəncə-Daşkəsən regional şöbəsinə müraciət edərək E.Z.Ələkbərov xx.xx.2018-ci il tarixdə "xxxx" ASC-yə sürücü vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2020-ci ildə öz ərizəsi ilə işdən azad olunmuş, xx.xx.2020-ci ildə yenidən "xxxx" ASC-yə sürücü vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2025-ci il tarixdə ƏM-nin 69.3-cü maddəsi ilə işdən azad olunmuşdur. E.Z.Ələkbərovla bağlanan əmək müqaviləsinin 4.1-ci maddəsinə əsasən gördüyü işin spesifikası nəzərə alınmaqla aylıq əmək haqqı ölkə üzrə müəyyən edilən minimum əmək haqqına uyğun olaraq hər iş gününün sonunda müəssiyə verdiyi plandan çıxılaraq hissə-hissə ödənilir. Göründüyü kimi, E.Z.Ələkbərovun əmək haqqısı işin spesifikası nəzərə alınmaqla hər iş gününün sonunda əmək müqaviləsinə uyğun olaraq ödənilirdi ki, işlədiyi 2018-ci ildən bəri bir dəfə də etirazını bildirməmişdir. Son gün ona son haqq-hesab edilmiş və 987 manat pul nağd qaydada əmək haqqı verildiyi qaydada verilmiş və o, ərizə yazaraq heç bir iddiası olmadığını bildirmişdir. Qeyd edilənlərə əsasən işçiyə işdən çıxdığı gün əmək haqqı ödənildiyi formada son haqq-hesab edilmiş və o, heç bir iddiası olmadığını bildirmişdir. İXM-nin 192.4-cü maddəsinə görə məsuliyyət məhz son haqq-hesabın ödənilmədiyi üçün yarandığından, onun rəsmiləşdirilməməsi bu məsuliyyəti yaratmır. Beləliklə, Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli iş üzrə qərarı ləğv edərək işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab edir. Məhkəmə iclasında şikayət vermiş şəxsin nümayəndəsi Vəkil İnqilab oğlu şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirdi ki, şirkətdə əmək haqqının ödənilməsi spesifik sahə olduğundan hər gün işin sonunda həyata keçirilmişdir. Belə ki, əgər sürücü 100 manat plan verirdisə onun 20-25 manatı əmək haqqına çıxılırdı və işçi bununla da razılaşaraq uzun müddətdirki "xxxx" ASC-də işləmişdir. Qeyd edir ki, şirkətdə əmək haqqının ödənilməsi həmişə əlbəəl olub, ümumiyyətlə kartdan istifadə edilməyib, həmin vətəndaş isə 2018-ci ildən bu qaydada işləmiş, lakin heç bir etirazı və ya müraciəti olmamışdır. Sonda şikayət ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərarından görünür ki, X5 ("xxxx" ASC-nin işəgötürəni) Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü bəndi və 173-cü maddəsinin 1-ci bəndinin tələblərini pozmuşdur. Nəticədə o, İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. - "xxxx" ASC-nin direktoru ilə işçi arasında bağlanmış əmək müqaviləsinin şərtindən görünür ki, sürücünün əmək haqqı ölkə üzrə müəyyənləşdirilmiş minimum əmək haqqına uyğun olaraq aylıq iş günlərinin sayı nəzərə alınmaqla iş gününün sonunda müəssisəyə verdiyi plandan çıxılaraq hissə-hissə nəğd qaydada ödənilməsinə razılaşmış və öz imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə, nümayəndəni dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Gəncə Regional Ərazi Şöbəsinin rəisi X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərar ləğv edilməli, X1 hərəkətlərində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, işçi X3 əmək haqqını hər iş gününün sonunda müəssisəyə verdiyi plandan çıxılaraq əlbəəl qaydada alaraq 2018-ci il tarixdən həmin müəssisədə çalışmış və bu işəgötürən ilə işçi arasındakı bağlanmış əmək müqaviləsində də öz əksini tapmışdır. Belə olduğu təqdirdə "xxxx" ASC-nin direktoru X1 təqsirli olması sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, X1 hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri müəyyən edilmir. Məhkəmə tərəfindən iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, şikayətçi X1 İXM-in 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 700 manat məbləğində inzibati cərimə edilməsi yolverilməzdir və şəxsin əsassız olaraq hüquqlarının pozulmasıdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X1 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Gəncə- Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərarı ləğv edilməli və X1 hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. X5 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərar ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-4677/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4677/2025
19.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver