Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-468/2023 07.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə Şəhər Baş Polis idarəsi 2-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Gəncə ŞBPİ 2-ci polis şöbəsində tərtib olunmuş material baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə ŞBPİ 2-ci polis şöbəsinin polis sahə rəisi, polis kapitanı Nümayəndə tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və raportda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, 3-cü mikrarayon, bina 20, mənzil 13-də yaşayan X1 məxsus olub binanın zirzəmisindən 1 ədəd 150 manat dəyərində su mühərrikini oğurlamışdır. Həmçinin materiala əlavə edilmiş Gəncə ŞBPİ 2-ci polis şöbəsinin polis sahə rəisi Nümayəndə tərəfindən tərtib olunmuş xx.xx.20023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında binanın dam hissəsindən X5 məxsus 120 manat dəyəri olan su matorunu oğurlamışdır. Həmçinin materiala əlavə edilmiş Gəncə ŞBPİ 2-ci polis şöbəsinin polis sahə rəisi Nümayəndə tərəfindən tərtib olunmuş xx.xx.20023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, N.Nərimanov küçəsi. ev 14 mənzil 20-də yaşayan X2 məxsus 1 ədəd 70 manat olan su mühərrikini oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları tərtib etmiş şəxs Nümayəndə inzibati xəta haqqında protokolların məzmununa uyğun çıxış edərək bildirmişdir ki, Şəxs Gəncə şəhəri, 3-cü mikrarayon, bina 20, mənzil 13-də yaşayan X1 məxsus 150 manat dəyərində su mühərrikini, ünvan 1 ünvanında binanın dam hissəsindən X5 məxsus 120 manat dəyəri olan su matorunu və Gəncə şəhəri, N.Nərimanov küçəsi, ev 14 mənzil 20-də yaşayan X2 məxsus 1 ədəd 70 manat olan su mühərrikini oğurlamışdır. Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edildiyini, lakin Şəxs tərəfindən törədilmiş xırda talama Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, sonuncu barəsində müvafiq protokollar tərtib edildiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü tam təqsirli bilərək izahatında bildirdi ki, onun maddi vəziyyəti çox ağırdır. O, Gəncə şəhəri, 3-cü mikrarayon, bina 20, mənzil 13-də yaşayan X1 məxsus 150 manat dəyərində su mühərrikini, ünvan 1 ünvanında binanın dam hissəsindən X5 məxsus 120 manat dəyəri olan su matorunu və Gəncə şəhəri, N.Nərimanov küçəsi. Ev 14 mənzil 20-də yaşayan X2 məxsus 1 ədəd 70 manat olan su mühərrikini oğurlamışdır. Sonda o, əməllərindən peşman olduğunu, oğurladığı əşyaları tanımadığı şəxslərə satıb uşaqlarına dərman aldığını, himayəsində 2 azyaşlı uşağı olduğunu nəzərə alıb barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxslər məhkəmənin vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İş materiallarında olan: - 25 dekabr 2022 və xx.xx.2023-cü il tarixli qərarlarda qeyd edilmişdir ki, qeyd olunan əməlləri törətmiş Şəxs əməllərində cinayət tərkibi olmadığından onun əməllərində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində tədbir görülməsi üçün qərarların surətləri Gəncə ŞBPİ-in 2-ci polis şöbəsinə göndərilmiş, toplanmış materallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. - “İnzibati qaydada tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 14:00-da tutulmuşdur. - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(125)-97/2022 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 02 ay müddətinə inzibati həbs edilmişdir. Elektron Məhkəmə informasiya sistemindən görünür ki, Şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 adlı 2 azyaşlı uşağı vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndində göstərilmişdir ki, həmin Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 23 aprel 2018-ci il tarixli qərarında göstərilmişdir ki, oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin Qeydinin 1-ci bəndindən və Konstitusiya Məhkəməsi Plenumunun 23 aprel 2018-ci il tarixli qərarından görünür ki, şəxs tərəfindən təkrarən oğurluq əməlləri törədildikdə və bu əməllərin hər biri üzrə əmlakın mülkiyyətçisinə yüz manatdan yuxarı ziyan vurulduqda, əməl oğurluğun təkrar törədilməsi kimi Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə tövsif olunmalıdır. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Şəxs xx.xx.2023-cü il tarixdə törətdiyi talama əməli nəticəsində zərərçəkmiş şəxs X1 150 manat, xx.xx.2023-cü il tarixdə törətdiyi talama əməli nəticəsində isə zərərçəkmiş şəxs X5 120 manat dəyərində ziyan vurmuşdur. Belə olan vəziyyətdə, Şəxs əməlində Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin əlamətlərinin olduğu müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməllərində cinayət əlamətləri olduğundan, onun barəsində xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli və xx.xx.20023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollara əsasən Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, müvafiq materiallar baxılması üçün Gəncə şəhər prokuroruna göndərilməlidir. Bununla belə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, xx.xx.20023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, onun özünün etirafedici izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetir və onun törətdiyi əməl İXM-nin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də Şəxs hərəkətlərində xx.xx.20023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilən İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş Şəxs şəxsiyyətini, məsuliyyətini məsuliyyəti ağırlaşdıran hal kimi onun il ərzində inzibati tənbeh tətbiq edilən eyni xətanı təkrar törətməsini, məsuliyyəti yüngülləşdirən hal kimi isə səmimi peşmançılığını, əməlini etiraf etməsini, himayəsində 2 azyaşlı uşağının olmasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs xx.xx.20023cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli onun tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 85, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 01 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Şəxs barəsində xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli və xx.xx.20023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İş üzrə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli və xx.xx.20023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollara əsasən toplanmış materiallar araşdırma aparılması üçün Gəncə şəhər prokuroruna göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-468/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-468/2023
07.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver