Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4728/2025 17.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, icra məmuru X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala icra işi ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-in 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və protokolun əlavəsində qeyd edilmişdir ki, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-7237/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 27000 manat məbləğində pul alınaraq X1 ödənilməsi və Gəncə şəhər Məhkəməsinin 2(125)-4149/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış 11925 manat və ödənilmiş dövlət rüsumunun əvəzində 125,78 manat məbləğində pul vəsaiti tutularaq X1 ödənilməsi qərara alınmışdır. Belə ki, borclu icra sənədləri üzrə icra məmurunun qanuni tələblərinin yerinə yetirmir, icra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununlada borclu, borcunu qanunla müəyyən edilmiş müddətə qaytarmaqdan boyun qaçırmaqla təqsirlidir. O, icra məmurunun xəbərdarlıqlarına məhəl qoymur və qanunun tələblərini yerinə yetirməkdən yayınır. Borclunun barəsində axtarış qərarı qəbul edilmiş və xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən Gəncə şəhəri üzrə icra İdarəsində təhvil verilmişdir. Məhkəmə iclasında iştirak edən icra məmuru X4 protokolun məzmununa uyğun ifadə verib əlavə olaraq borclunun axtarışla gəldiyini, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin icra sənədi üzrə borcundan cəmi 1500 manat ödəniş etdiyini bildirərək protokolun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində icraat aparılan şəxs Şəxs ifadəsində günəmuzd işlədiyini, indiyədək borcundan 1500 manat ödəniş etdiyini və ödəniş etməsi üçün vaxt verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan: - xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-7237/2017 saylı, xx.xx.2017-ci il tarixli və Gəncə şəhər Məhkəməsinin 2(125)-4149/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədlərini icra etməkdən yayınır. - Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-7237/2017 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 27000 manat məbləğində pul tutularaq iddiaçı X1 ödənilməsi qət edilmişdir. - Gəncə şəhər Məhkəməsinin 2(125)-4149/2024 saylı icra sənədi üzrə Şəxs xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış 11925 manat və ödənilmiş dövlət rüsumunun əvəzində 125,78 manat məbləğində pul vəsaiti tutularaq X1 ödənilməsi qət edilmişdir. - xx.xx.2017-ci və xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərar və “tələbin könüllü icrası haqqında” bildirişin surətlərindən görünür ki, borclu Şəxs icra qeydində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. - xx.xx.2025-ci il tarixli “bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi” haqqında qərardan görünür ki, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-7237/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi ilə Gəncə şəhər Məhkəməsinin 2(125)-4149/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi bir icraatda birləşdirilmişdir. - Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 8(043)-186/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadına əsasən Şəxs Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)- 7237/2017 saylı icra sənədi üzrə borcu ödənilədək ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. - xx.xx.2025-ci il tarixli “borclunun axtarılması haqqında” qərara əsasən Şəxs barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilmişdir. - Gəncə şəhər Məhkəməsinin 1(125)-114/2022 saylı xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Şəxs CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. - Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-585/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Gəncə şəhər Məhkəməsinin 3(125)-3860/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək və tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya məhkəmə icraçısı tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta hesab olunur. Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməməsi, beləliklə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati protokol və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Çünki keçən bu müddət ərzində borclu maddi imkanı olmadığı halda hər ay tam şəkildə olmasa da, hissə-hissə ödənişlər edib məhkəmə qərarının icrasından yayınmadığını göstərə bilərdi. Borclu, maddi imkanının olmamasını bəhanə edərək qərəzli şəkildə məhkəmə qərarını icra etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-4728/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4728/2025
17.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver