Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4770/2025 26.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 tərəfindən tərtib edilmiş protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, xx.xx.1991-ci il Gəncə şəhərində anadan olmuş, AR-nın vətəndaşı, Gəncə şəhəri, H.Əliyev pr, ev 33,mənzil 44-də yaşayan Şəxs barəsində Gəncə Şəhər Məhkəməsinin 2(125)-2505/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 3042,68 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 40 manat məbləğində pul tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilsin. Belə ki, borclu Şəxs icra sənədləri üzrə icra məmurunun qanuni tələblərinin yerinə yetirmir,icra sənədi üzrə tərəfimizdən zəruri icra tədbirləri görülmüş və bununlada borclu, borclarını qanunla müəyyən edilmiş müddətə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. İcra məmurunun xəbərdarlıqlarına məhəl qoymur və qanunun tələblərini yerinə yetirməkdən yayınır.Hal-hazırda borclu Şəxs 2582,68 manat borcu vardır. Borclu Şəxs barəsində axtarış qərarı qəbul edilmiş və aidiyyatı üzrə gəndərilmişdir. xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən Gəncə şəhər üzrə İcra İdarəsinə təhvil verilmişdir.Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq protokolu tərtib edən şəxs və tələbkar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab edir. Məhkəmə iclasında Şəxs çıxışında bildirdi ki, oktyabr ayının 9-da borcundan 500 manat ödəniş etmişdir.Ancaq maddi imkanı olmadığı üçün qalıq borc məbləğindən ödəniş edə bilmir. Sonda protokolun təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: - xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokol və protokola əlavədən görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-2505/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məhkəmə qətnaməsini icra etmir. - Gəncə Şəhər Məhkəməsinin 2(125)-2505/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, 3042,68 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 40 manat məbləğində pul cavabdeh Şəxs alınıb iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. - xx.xx.2025-ci il tarixli “icraata başlamaq haqqında” qərar və “tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, icra sənədi üzrə tələbi könüllü icra etməsi üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. - xx.xx.2025-ci il tarixli “borclunun axtarılması haqqında” qərardan görünür ki, borclu xx.xx.1991-ci il Gəncə şəhəri, H.Əliyev pr, ev 33,mənzil 44-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilmişdir. - Borclu Şəxs xx.xx.2025-ci il tarixdə Gəncə şəhər İcra İdarəsinə verdiyi izahatdan görünür ki, o, xx.xx.2025-ci il tarixdə 500 manat məbləğində ödəniş edəcəyinə və oktyabrın sonuna kimi qalıq borcu ödəyəcəyinə söz vermişdir. - xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, borclu Şəxs 500 manat ödəniş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, borclunu dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. İşin faktiki hallarından görünür ki, Şəxs borcunu ödəməyərək icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun vəziyyətini yüngülləşdirən və ağırlaşdıran halları, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən hallar və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-4770/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4770/2025
26.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver