Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4771/2025 22.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İcra məmuru X5, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 tərəfindən tərtib edilmiş protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-484/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu X2 hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində aliment tutularaq tələbkar X3 ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri üzrə idarəsinin icraatına daxil olmuşdur.İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu X7 tələbin könüllü icrası barədə bildiriş göndərilməsinə və xəbərdarlıq edilməsinə baxmayaraq o,icra sənədi üzrə tələbi tam şəkildə icra etməmişdir.X8 icra sənədi üzrə icra məmurunun çağırışlarına mütəmadi olaraq gəlsə də,bugünədək cəmi 3250 manat ödəniş etmişdir.Borclunun yönəldilə biləcəyi əmlak və ya gəlirlər aşkar edilməmişdir.X6 qalıq borcu 1950 (min doqquz yüz əlli) manat təşkil edir.Göstərilənlərə əsasən X8 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X9 protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-484/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində aliment tutularaq tələbkar X3 ödənilməlidir.Borclu bugünə qədər müəyyən məbləğdə ödənişlər etsə də, bugünə olan qalıq borcu 1950 manatdır.T.Məmmədova çıxışında bildirdi ki,sonuncu dəfə dekabr ayının əvvəllində 200 manat ödəniş edilib.Bugün də idarədə borcluya ödəniş etməsi bildirilsə də, o ödəniş etmək üçün maddi imkanının olmadığını qeyd etdi.Çıxışının sonunda protokolun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şəxs çıxışında bildirdi ki,reklamçı olaraq işləyir və daimi gəlir yeri yoxdur.Ancaq əlinə pul keçdikcə aliment borcundan müəyyən məbləğdə ödənişlər edir.Sədrlik edənin sualına cavab olaraq maddi imkanının olmaması səbəbilə hazırda borcundan ödəniş edə bilməyəcəyini bildirdi. Sonda protokolun təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: - xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokol və protokola əlavədən görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-4635/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 7100 manat pul alınaraq tələbkar X4 ödənilməlidir. - Gəncə Şəhər Məhkəməsinin 2(125)-4635/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 7100 manat məbləğində pul alınaraq iddiaçı X4 verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməsin. - Borclunun xx.xx.2025-ci il tarixində Gəncə şəhəri üzrə İcra İdarəsində verdiyi izahatında borcundan bu günə kimi heç bir ödəniş etməmişdir. Hal-hazırda barəsində yaranan borcu bir dəfəlik ödəyə bilməyəcəyi ilə əsaslandırmışdır. - xx.xx.2025-ci il tarixli “borclunun axtarılması haqqında” qərardan görünür ki, borclu xx.xx.1992-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilmişdir. - xx.xx.2025-ci il tarixli “icraata başlamaq haqqında” qərar və “tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, icra sənədi üzrə tələbi könüllü icra etməsi üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. - Borclunun xx.xx.2025-ci il tarixində Gəncə şəhəri üzrə İcra İdarəsində verdiyi izahatında borcundan bu günə kimi heç bir ödəniş etməmiş, buna baxmayaraq hər ay 100 manat ödəyə biləyəcəyi ilə əsaslandırmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, borclunu dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. İşin faktiki hallarından görünür ki, Şəxs borcunu ödəməyərək icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, X6 şəxsiyyətini, onun vəziyyətini yüngülləşdirən və ağırlaşdıran halları, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən hallar və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-4771/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4771/2025
22.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver