Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4815/2025 07.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, X1 xx.xx.2025-ci il tarixli EQ 32638216 nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 32638216 nömrəli inzibati qərarın ləğv edilməsini və inzibati məsuliyyətdən azad edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə “X5” minik markalı **-UD-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi M2.E60.AH5 Bakı-Ələt- Qazax-Gürcüstan yolu 183 km-də İXM-nin 328.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və EQ 32638216 saylı inzibati xəta haqqında elektron qərar qəbul edilmişdir. Həmin nəqlyyat vasitəsi atası X3 məxsusdur. Bildirir ki, həmin gün həmin nəqliyyat vasitəsini idarə etməmiş, belə ki, o, BDU-nin tələbəsidir və həmin gün Bakı şəhərində olmuşdur. İnzibati xətanın törədildiyi vaxt nəqliyyat vasitəsini atası X4 idarə etmişdir. Sadəcə sürmək üçün sonuncu etibarnamə ona verildiyindən bütün inzibati xəta haqqında qərarlar onun adına tərtib olunur. Odur ki, barəsində tərtib edilmiş EQ32638216 saylı inzibati xəta haqqında elektron qərardan razı deyil, barəsində tərtib olunmuş elektron qərar tamamilə əsasız və qanuna ziddir. X2 və qərarından şikayət verilən orqanın nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan: xx.xx.2025-ci il tarixli EQ 32638216 saylı inzibati xəta haqqında iş üzrə qərarda qeyd olunmuşdur ki, X2 xx.xx.2025-ci il tarxdə saat 08:22-də M2.E60.AH5 Bakı-Ələt-Qazax-Gürcüstan yolu 183 km-də “X5” minik markalı **-UD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 47 km/saat həddində aşmasına görə Azərbaycan Respublikası İXM-in 328.3-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinmiş və ona 200 (iki yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri, o cümlədən məhkəməyə təqdim olunan sübutları nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Çünki qərara əlavə edilmiş fotoşəkildən “X5” minik markalı **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin faktiki olaraq şikayətçi X2 tərəfindən idarə edilməsi aydın olmur. Bundan başqa şikayətçi X1 inzibati xəta törətməsini, yəni sürət həddini aşması ilə bağlı qaydaları pozmasını təsdiq edən sübutları video görüntü, fotoşəkil və s. inzibati qərarı tərtib etmiş orqan tərəfindən məhkəməyə təqdim edilməmiş, onun inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilməmişdir. İnzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İXM-nin 328.3-cü maddəsi göstərilmiş, yolda müəyyən edilmiş hərəkət sürətini aşma inzibati məsuliyyəti özündə ehtiva edir. “Yol hərəkəti haqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin Vİİİ bəndinə əsasən yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 “İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması”nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan ***-**** metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Sadalanan qanunvericilik normalarının tələblərinə riayət olunub olunmaması haqqında qərarı tərtib etmiş orqan tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilmədiyi və həmin inzibati xətanın törədən şəxsin kim olmasını qərara əlavə edilmiş fotoşəkildən aydın olmadığı üçün məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli EQ 32638216 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyi sübuta yetirilmir. Göstərilən əsaslara görə məhkəmə mübahisələndirilən qərarın ləğv edilməsi nəticəsinə gəlir. Beləliklə məhkəmə hesab edir ki, şikayətçi X1 təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 32638216 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 32638216 saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Gəncə şəhər Baş Polisi İdarəsinin X8 Şöbəsinin xx.xx.2025-ci il tarixli EQ 32638216 saylı inzibati tənbeh vermə haqqında qərarı əsasında Azərbaycan Respublikası DİN Baş X8i İdarəsinin Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-4815/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4815/2025
07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver