Məhkəmə qərarları › İş №3(125)-4854/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-4854/2025

26.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-4854/2025 26.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Gəncə Şəhər Məhkəməsinin hakimi X4, X5 tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 32403017 nömrəli elektron qərardan verilmiş şikayəti və əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdim: X5 xx.xx.2025-ci il tarixli, EQ 32403017 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan Gəncə Şəhər Məhkəməsinə ərizə ilə şikayət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, EQ 32403017 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi üçün 50 (əlli) manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə şikayət və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət və ona əlavə olunmuş sənədlər natamam olduğundan məhkəmənin icraatına qəbul edilmədən X2 geri qaytarılmalıdır. Belə ki, şikayəti X5 versə də xx.xx.2025-ci il tarixli, EQ 32403017 saylı qərarla inzibati xətanın X6 tərəfindən törədildiyi və sonuncunun cərimə olunması qərara alınmışdır. Buna görə də EQ 32403017 saylı inzibati tənbeh vermə haqqında qərardan barəsində qərar çıxarılmış X3 şikayət vermək hüququ vardır. Çünki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Beləliklə hesab edirəm ki, xx.xx.2025-ci il tarixli, EQ 32403017 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar X6 barəsində çıxarıldığından X5 tərəfindən həmin qərardan verilmiş şikayət geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 128 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 xx.xx.2025-ci il tarixli, EQ 32403017 nömrəli inzibati qərarın ləğv edilməsinə dair şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər X2 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar