Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-4875/2025 13.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, X1 iştirakı ilə, X1 xx.xx.2025-ci il tarixli, EQ 26875976 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26875976 saylı inzibati qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26875976 nömrəli inzibati tənbeh vermə haqqında qərarla cərimə olunmuşdur. Lakin, həmin avtomobil nə onun mülkiyyətindədir nə də ki, onun istifadəsindədir. Buna baxmayaraq avtomobilin cərimələri ona yazılır. Qərar əsassızdır. Çünki elə qərarın özündən aydın olur ki, cərimə yazılan **- BJ-*** saylı nömrə “Vaz 21013” markalı avtomobilə aiddir. Lakin qərardakı şəkildən görünür ki, sözügedən nömrə “Vaz 2106” markalı avtomobilin üzərindədir. Bu hal qərarın tam qanunsuz olmasını sübata yetirir. Odur ki, xx.xx.2025-ci il tarixli, EQ 26875976 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X2 çıxışında qərarda qeyd olunmuş “Vaz 21013” minik markalı avtomobili 1996-cı il tarixdə satdığını, hazırda həmin avtomobilin adına qeydiyyatda olmadığını bildirmiş, lakin 2025-ci ilin may ayında adına olan cərimələr barəsində X3 məktub ünvanlanmışdır. O, bununla bağlı yol polis şöbəsinə müraciət etdikdə 1996-cı il tarixdə adına qeydiyyatda olmuş **-BJ-*** nömrə nişanı “Vaz 2106” minik markalı avtomobilin üzərinə taxılaraq qayda pozuntuları etməsini bildirmişlər. Daha sonra o, aidiyyəti qurumlara müraciət etmiş, həmin nömrə axtarışa verilmiş və noyabr ayının 21də yenidən ona məktub ünvanlanaraq həmin nömrənin “Opel Astra” minik markalı avtomobilin üzərinə taxılaraq Gəncə şəhəri ərazisində qayda pozuntuları törətməsi bildirilmişdir. Bundan sonra Gəncə şəhər DYPŞ-nə həmin avtomobilin tapılması ilə bağlı müraciət etdikdə, şöbəyə çağırılıb ona həmin nömrə təhvil verilmişdir. Məhkəmə iclasına sədrlik edənin suallarına cavab olaraq müraciəti ilə bağlı yol polis şöbəsinin əməkdaşları tərəfindən heç bir araşdırılma aparılmadığını və adına olan cərimələrin silinməsi barədə məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında üzrlü səbəb göstərmədən iştirak etməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: xx.xx.2025-ci il tarixli, EQ 26875976 saylı inzibati tənbeh vermə haqqında elektron qərarda qeyd olunmuşdur ki, X2 həmin tarixdə, saat 10:32:01-də Şəmkir rayonu Şəmkir-Gədəbəy yolu Gədəbəy istiqamətində “VAZ 21013” minik markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən nəqliyyat vasitəsini yolda müəyyən edilmiş hərəkət sürətini 11 km/saat həddində aşmasına görə Azərbaycan Respublikası İXM-in 328.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, ona 10 (on) manat miqdarında inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri, o cümlədən məhkəməyə təqdim olunan sübutları nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Çünki, xx.xx.2025-ci il tarixli, EQ 26875976 saylı inzibati tənbeh vermə haqqında elektron qərarda “Vaz 21013” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin inzibati xəta törətməsi qeyd olunsa da, həmin qərarda əks olunmuş fotoşəkildə isə **-BJ-*** dövlət qeydiyyat nömrə nişanı “Vaz 2106” markalı avtomobilin üzərində olduğu açıq aşkar görsənir. Bu isə inzibati tənbeh vermə haqqında qərarın düzgün tərtib olunmadığının göstəricisidir. Odur ki, işin faktiki hallarından görünür ki, X2 tərəfindən xx.xx.2025-ci il tarixdə inzibati xətanın törədilməsinə aidiyyatı və təqsiri sübut olunmur. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, həmçinin inzibati xətanın törədilməsində qanunazidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyindən X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmadığından xx.xx.2025-ci il tarixli, EQ 26875976 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26875976 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 26875976 saylı inzibati tənbeh vermə haqqında qərarı əsasında Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-4875/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-4875/2025
13.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver