Məhkəmə qərarları › İş №3(125)-488/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-488/2024

30.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-488/2024 30.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə Şəhər üzrə icra idarəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala icra işi ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs İXM-in 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, borclu Şəxs Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-1496/12 saylı, xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs xeyrinə hər ay iki uşaq üçün 50 manat olmaqla cəmi 100 manat aliment, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)- 1957/13 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs xeyrinə hər ay iki uşaq üçün 80 manat olmaqla cəmi 160 manat aliment, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-849/17 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs xeyrinə hər ay iki uşaq üçün 110 manat olmaqla cəmi 240 manat aliment tutularaq ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmişdir. Borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Bu günə olan borcu 23440 manat təşkil edir. Beləliklə, borclu borcunu qanunla müəyyən edilmiş müddətə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru İlkin Zeynalov protokolun məzmununa uyğun ifadə verərək bildirmişdir ki, borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq indiyədək ödəniş etməmiş və buna görə də onun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək Şəxs aliment borcunu tam şəkildə ödənilməsini tələb etdiyini, ödənilmədiyi təqdirdə isə onun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs ifadə verərək Rusiya Federasiyasında 04 il 06 ay 05 gün həbsdə olduğundan aliment borcunu ödəyə bilmədiyini və həmin vaxtlarda mərhum atasının yaşadıqları evi keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs bağışlayaraq əvəzində alimentdən imtina etməsi ilə bağlı razılığa gəldiklərini bildirmişdir. Lakin həmin razılaşma ilə bağlı heç bir sübutunun olmadığını qeyd edərək qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. İş materiallarında olan: - 30 yanvar 2024-cü il tarixli MN № ******* saylı protokoldan görünür ki, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-1496/12 saylı, xx.xx.2012-ci il tarixli, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-1957/13 saylı, xx.xx.2013-cü il tarixli və Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-849/17 saylı, xx.xx.2017-ci il tarixli icra sənədlərinə əsasən borclu Şəxs 2 uşaq üçün 110 manat olmaqla cəmi 240 aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. - xx.xx.2012-ci il tarixli icraata başlamaq haqqında qərarların və tələbin könüllü icrası haqqında bildirişlərin surətindən görünür ki, icra sənədləri üzrə borclu Şəxs Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-1496/12 saylı, xx.xx.2012-ci il tarixli, 2(043)- 1957/13 saylı, xx.xx.2013-cü il tarixli və 2(043)-849/17 saylı, xx.xx.2017-ci il tarixli icra qeydlərində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. - Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, Şəxs icra qeydini icra etməyəcəyi təqdirdə məsulliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. - Şəxs icra idarəsində verdiyi izahatdan görünür ki, borcu ödəməyə imkanı yoxdur. Əgər işlə təmin olunsa aliment borcunu ödəyəcək. Bundan başqa, o, izahatında bildirmişdir ki, mərhum atası tərəfindən aliment əvəzinə yaşadıqları ev Zərərçəkmiş şəxs verilmişdir. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya məhkəmə icraçısı tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta hesab olunur. Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməməsi, beləliklə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tələbkar şəxsin izahatı, barəsində tərtib olunmuş inzibati protokol və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Çünki keçən bu müddət ərzində borclu maddi imkanı olmadığı halda hər ay tam şəkildə olmasa da, hissə-hissə ödənişlər edib məhkəmə qərarının icrasından yayınmadığını göstərə bilərdi. Borclu, maddi imkanının olmamasını bəhanə edərək qərəzli şəkildə məhkəmə qərarını icra etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar