Məhkəmə qərarları › İş №3(125)-489/2022

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-489/2022

27.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-489/2022 27.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Əhməd oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BNMİQBR şöbəsi tərəfindən tərtib edilmiş 27 avqust 2022-ci il tarixli MN N0 ******* 3431158 nömrəli inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BNMİQBR şöbəsi tərəfindən 27 avqust 2022-ci il tarixli MN N0 ******* 3431158 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş 27 avqust 2022-ci il tarixli cinayət işinin rədd edilməsi barədə Qərardan görünür ki, Vəliyev X1 şəhərində saxlanılmış və Şəxs üzərindən Azərbaycan Respublikası DİN BNMİQBR şöbəsində narkotik vasitə, psixotrop maddə və ya digər qanunsuz əşya aşkar edilməmişdir. Göründüyü kimi inzibati xəta Mingəçevir şəhərində törədildiyindən aidiyyat Mingəçevir Şəhər Məhkəməsinin inzibati ərazi dairəsinə daxildir. Bundan başqa Şəxs ərizə ilə müraciət edərək, inzibati işin onun yaşayış yeri üzrə Mingəçevir Şəhər Məhkəməsinə göndərilməsini xahiş etdi. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. İnzibati Xətalar Məcəlləsinin110.1-ci maddəsinin tələbinə görə inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi Mingəçevir şəhərində baş verdiyindən inzibati iş baş vermiş ərazi Mingəçevir şəhər inzibati ərazi dairəsinə aid olduğundan qeyd edilən inzibati xəta haqqında iş aidiyyəti üzrə baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110, 112, 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında iş aidiyyəti üzrə Mingəçevir Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində şikayət və protest verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar